Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Vardanyanın Bakıdan ermənilərə müraciəti: Mənə yazığınız gəlməsin!

Mart 7, 2025
A A

REDAKTORUN SEÇİMİ

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

10 İyul 26 / 11:26
“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

“Kontakt Home”dən qələm fırıldağı: pulsuz məhsul müştərilərə satılır – FOTOFAKT

09 İyul 26 / 14:29
Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

Səfir özəl şirkəti hansı statusla rəsmi görüşə aparıb?

06 İyul 26 / 13:30
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18

Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ruben Vardanyanın ailəsinə göndərdiyi səs yazısı ictimailəşib.

Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, Vardanyan bu səs yazısının yayılmasını özü istəyib və tam 11 dəqiqəlik bir müraciət edib.

Səs yazısında mühüm detallar

Hər şeydən öncə bu səs yazısı, geniş müraciət Bakıda mühakimə olunan Ruben Vardanyanın bütün hüquqlarından maksimum istifadə etdiyini ortaya qoyur. O, vaxtaşırı olaraq ailəsi ilə təmasdadır və onun bu böyük müraciəti təsdiqləyir ki, ailəsi ilə danışıqlarına və erməni cəmiyyətinə müraciətinə də hər hansı məhdudiyyət qoyulmayıb.

Digər tərəfdən, Ruben Vardanyan bu səs yazısı ilə erməni mediasında və erməni diasporunun təsiri ilə bəzi beynəlxalq media orqanlarında yayılan iddiaları alt-üst edir. Belə ki, bir müddət öncə Vardanyanın saxlanılandan öncəki və sonrakı şəkillərini yayan bəzi tərəfdarları onun səhhətində ciddi problem olması barədə yalançı hay-küy yaratmışdılar.

Ruben Vardanyan bu müraciətinin başlanğıcındaca deyir ki, dəstəyə görə hamınıza təşəkkür edirəm, bu dəstəyiniz mənə güc verir: “Mən yaxşı formadayam, tam sağlamam və səhhətimlə bağlı hər şey normaldır”.

Ailəsindən “onlara verdiyi əziyyətə görə” üzr istəyən Vardanyan qeyd edir ki, bu yolu özü seçib: “Mən nəyə getdiyimi (nə etdiyimi) bilirdim və daha ağır şərtlərə hazır idim və hazıram. Mən qurban deyiləm, mənə görə acımaq lazım deyil. Çünki bu mənim şüurlu seçimim olub”.

Bu, əslində Vardanyanın açıq etirafıdır: o, nə etdiyini bildiyini və bunun nəticələrinə əvvəlcədən hazır olduğunu təsdiqləyir.

Ötən ilin aprelində 20 günlük aclıq elan etməsi məsələsinə də toxunur: yalnız bir istəyi var ki, məhkəməyə xarici jurnalistlər və müşahidəçilər buraxılsın və onun işi digər mühakimə olunanlarla birləşdirilsin.

R.Vardanyanın milyardlıq sərvəti var, təsadüfi deyil ki, Bakıda mühakimə olunan Ermənistan vətəndaşları arasında yalnız və yalnız o, daha çox “yada salınır”, istər erməni mediasında, istər xarici mətbuat orqanlarında və bəzi deputatların dili ilə. Eyni zamanda, Ruben Vardanyan özünə xaricdən ən məşhur vəkili bir neçə milyon dollar müqabilində tutmağı bacarıb. Vardanyan ətrafında bu təbliğat kampaniyasının arxasında onun külli miqdarda sərvətinin dayandığı şübhəsizdir. O, məhz buna görə “xarici media qurumları və müşahidəçilərin” Bakıdakı məhkəməyə gəlməsini istəyir.

Bir anlıq düşünək: hansı meyarlara görə hansısa beynəlxalq media qurumu öz əməkdaşını Bakıya göndərib, aylarla burda qalmasını təmin etməlidir? Bu məlumatlar onlara hansı dividentlər gətirir? Və yaxud “müşahidəçilər”…

Bəllidir ki, belə bir izn olarsa, gələnlər hamısı Vardanyanın milyonları hesabına təmin ediləcək və onların hədəfi də burada reallığı və məhkəmə prosesini, həqiqəti işıqlandırmaq yox, məhkəməni şouya çevirmək və bundan öz məqsədləri üçün istifadə etmək olacaq.

Yada salaq ki, Vardanyan Ukraynanın qara siyahısındadır, o cümlədən bir neçə gün öncə Latviya Seyminin bir qrup deputatı onun layiqincə mühakimə olunması tələbilə Azərbaycana müraciət edib. R.Vardanyanın Rusiya oliqarxiyasının çirkli pullarını yumaqla məşğul olduğu və bundan yüzmilyonlar qazandığını Avropa mediası dəfələrlə gündəmə gətirib və bu araşdırmalar R.Vardanyan Azərbaycan ərazisinə gəlməzdən 5 il öncə – 2017-ci ildən dünyanın ən nüfuzlu media orqanlarında dərc edilib.

O, yalnız Rusiya Ukraynada müharibəyə başlayandan və bu ölkəyə sanksiyalar tətbiq ediləndən sonra var-dövlətinə təhlükə yarananda – 2022-ci ilin sentyabrında Xankəndiyə gəlib.

İndi belə bir şəxsi – Avropada “Putinin pul kisəsi” olaraq xatırlanan adamı, “çirkli pul yuyucusunu” beynəlxalq media niyə müdafiə etməlidir?

Bu sualın cavabını hamınız bilirsiniz.

Yeri gəlmişkən, ötən ilin aprelində Vardanyanın bankı təsadüfən satılmamışdı və yalnız ordan yüzmilyonlarla dollar nağdlaşdırılandan sonra Rubenin “hüquqlarının” qorunması barədə Avropa mediasında yazılar peyda olmağa başladı, bəzi avropalı siyasətçilər də bu prosesə qoşuldu.

Vardanyan müraciətində azərbaycanlılara təşəkkür də edir:

“Burada ünsiyyətdə olduğum azərbaycanlıların böyük əksəriyyətinə təşəkkür etmək istəyirəm, onlar məni düşmən hesab etmələrinə baxmayaraq, insani dəyərlərə sadiqdirlər – baxmayaraq ki, mənə etirazları və iradları var, onlar humanist yanaşmalarını qoruyurlar”.

Vardanyan əslində bu sözlərlə saxlanılanlara qarşı Azərbaycanın hansı humanist yanaşma sərgilədiyini birbaşa etiraf edir. Xatırlatmaq istərdik ki, 90-cı illərdə mülki insanların qətlə yetirilməməsi üçün əsir götürülməsinə razı olan Natiq Qasımovu ermənilər dəhşətli işgəncələr verəndən sonra tikə-tikə doğramışdılar. Ermənilərin girov götürdüyü mülki insanlara hansı işgəncələr verməsini o dəhşətlərdən sağ çıxanların bədənlərində hələ də qalan işgəncə izləri sübut edir.

Vardanyan daha sonra “sülh mesajı” da verib və bildirib ki, qonşularla birgə sülh içində yaşayacağı günə inanır. Bunun üçün uzunmüddətli sülh sazişinin yalnız sənəddə deyil, münasibətlərdə də olmasından bəhs edir (Nədənsə Qarabağa gələrkən və ittiham aktında elan olunduğu kimi, erməni terror təşkilatlarını maliyələşdirərkən Vardanyan bu barədə düşünməyib).

Vardanyan hər şeyi dolayısı ilə unutmağa və baş verənlərin bir daha təkrarlanmaması üçün gələcək haqda düşünməyə çağırıb, “bir-birimizə hörmət edərək yaşayacağımıza, bəzi xalqlarda olduğu kimi, qarşılıqlı düşmənçiliyə, yığılmış nifrətə qalib gələcəyimizə” inamını ifadə edib.

Əvvəlki Yazı

Bu cərimələr 100 dəfəyə qədər artırılır

Növbəti Yazı

İranda sünnilərin məscidləri bağlandı

EKSKLUZİV

Rusiya bazarında yanacaq çatışmazlığı var – Rəsmi Moskva

Rusiya bazarında yanacaq çatışmazlığı var – Rəsmi Moskva

10 İyul 2026 / 16:30
1
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir

10 İyul 2026 / 16:16
1
Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib

Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib

10 İyul 2026 / 16:00
1
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

10 İyul 2026 / 15:45
1

XƏBƏR LENTİ

Rusiya bazarında yanacaq çatışmazlığı var – Rəsmi Moskva

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir

Maliyyə Nazirliyi depozit hərraclarını yenidən bərpa edib

Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

Təkrar qumar oynayanlar həbs ediləcək

Səhiyyə Nazirliyindən valideynlərə ÇAĞIRIŞ

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

Sabah 38 dərəcə isti olacaq

Velosiped və skuter sürənlərin nəzərinə!

Mülki PUA-lara nəzarət olacaq

Hesablama Palatasına yeni səlahiyyət verilir

Ermənistana propan və gübrə göndəriləcək

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Qazaxıstandakı səfirimiz müəmmalı təhsil şirkətini himayə efir: “EasyDanismanlik”in imtahansız qəbul foksu

Milli Məclisin iclası başlayıb

Neymar karyerasını başa vura bilər

TRİPP İran üçün yeni imkanlar açacaq – Paşinyan

Bizə qələbə lazımdır – Putin

Qurban Qurbanov: “Rəqib çox yaxşı müdafiə olundu”

Səlim Müslümovun evi 50 faiz endirimlə satışa çıxarıldı

Polietilen torba bahalaşdı?

Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur

Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək

Məktəbli formalarının qiyməti bahalaşacaq? – Açıqlama

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

MİQ imtahanlarının vaxtı açıqlandı

Avtomobil bazarında qiymətlər necədir?

Altı ayda 15 420 cinayət qeydə alınıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.