Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

“Bolt” sürücüləri kütləvi blokladı – TAKSİ QİYMƏTLƏRİ ARTACAQ?

Mart 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

04 Dekabr 25 / 13:16
QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

04 Dekabr 25 / 10:56
Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT

29 Noyabr 25 / 11:12
Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

28 Noyabr 25 / 16:09
Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15

“Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.

Maraqlıdır, “Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?

Cumhuriyyet.az xəbər verir ki, Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az”a açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:

‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.

Məsələnin kökü ondan ibarətdir ki, vaxtilə Bakı şəhərində və digər ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan insanlarla yanaşı, bu xidmətdən əyləncə məqsədilə istifadə edən vətəndaşlar da vardı. Nəticədə onlar vəziyyətdən sui-istifadə edirdilər və qanunda boşluqlar mövcud idi. Taksi şirkətləri hər kəsi taksi sürücüsü kimi dəvət edirdilər və burada qanunsuz əməllər baş verirdi. Bu səbəbdən şikayətlər hədsiz dərəcədə çoxalmışdı. Ölkədə fəaliyyət göstərən xarici taksi operator şirkətləri isə bu şikayətlərə əhəmiyyət vermirdilər. Sertifikatı olmayan, müvafiq kursu keçməyən, meyarları uyğun gəlməyən sürücülərin həmin taksi şirkətlərində qeydiyyatdan keçməsi qadağandır’’.

Ekspert diqqətə çatdırıb ki, şirkət operatorları hansısa şəxsin meyarlara uyğun gəlmədiyi halda onunla işləyərsə, taksi operatorları külli miqdarda cərimə oluna bilər:

”Təəssüf ki, bəzi taksi şirkətlərinin operatorları sürücüləri istismar edirlər, onların hüquqlarını tez-tez pozurlar və onlara çatacaq qeyri-nağd ödəmələri vaxtında geri vermirlər. Fikrimcə, belə şirkətlərə qarşı müvafiq qurumlar sanksiyalar tətbiq etməyə hazır olmalıdırlar. Fikrimcə, bu qadağalar taksi qiymətlərinin dəyişməsinə səbəb olmayacaq. Çünki taksi qiymətlərinin artması başqa amillərlə əlaqədardır’’.

Əvvəlki Yazı

Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Növbəti Yazı

Yeni reytinq: Sərkisyanın “Şərəfi” daha yoxdur – Sorğu

EKSKLUZİV

Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir”

Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir”

08 Dekabr 2025 / 13:42
1
Yenitikililərdə yenidən “kupça” böhranı: Problem nədir?

Yenitikililərdə yenidən “kupça” böhranı: Problem nədir?

08 Dekabr 2025 / 13:40
0
Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

08 Dekabr 2025 / 13:37
0
Sərt qış yaxınlaşır, əsrin soyuğu…

Sərt qış yaxınlaşır, əsrin soyuğu…

08 Dekabr 2025 / 13:36
0

XƏBƏR LENTİ

Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir”

Yenitikililərdə yenidən “kupça” böhranı: Problem nədir?

Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi

Sərt qış yaxınlaşır, əsrin soyuğu…

Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan nefti: satış qiyməti ilə büdcədəki qiymətin fərqi

Sabah Bakıda leysan olacaq

“Ola bilsin ki, şeyxin Ramiz Mehdiyevlə münasibətləri olub”- Qardaşı

Abdin Fərzəliyevin qanunsuz tikinti prosesi: Yüksək gərginlik altında obyekt

Əbülfəz Qarayevin qızı bəyanat yaydı – Üzr istədi

Yanvarın 1-dən benzin bahalaşır? – Mühüm AÇIQLAMA

Mehdiyevin oğlunu gözləyən aqibət – banklar, torpaq sahələri…

Quru sərhədlərin açılmasına əsas əngəl

Paşinyan keçmiş liderləri rəqib hesab etmir

Şahin Mustafayev Ermənistana GEDƏCƏK

Rusiya istənilən halda Donbassı və Novorossiyanı ələ keçirəcək – Putin HƏDƏLƏDİ

Anar Əliyev devalvasiyanın, inflyasiyanın hesabına artan rəqəmlərlə manipuliyasiya edir

Eldar Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır

Putin artıq qocalığını gizlədə bilmir… – FOTOLAR

Azərbaycanda işləyənlər çox qazanır, yoxsa region ölkələrində? + RƏQƏMLƏR

Əhməd Vəliyev borclarını ödəmək üçün obyektini satır…

QHT agentliyindən Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…

Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? – Körpüdə çatlar yaranıb… (VİDEO)

İcra başçısı vətəndaşların fərdi qəbulunu keçirib

AZAL təyyarəsinin qəzası üzrə istintaq başa çatır – Qazaxıstan tarix AÇIQLADI

Əsgərliyə yararsız olan şəxslərin nəzərinə! – QAYDALAR DƏYİŞDİ

Türkiyə Ermənistanla sərhədi açmağa HAZIRLAŞIR

Alqış Musayevdən Bəxtiyar Sadıqova sərt İTTİHAM

Daha 3 halda işdən çıxarıla bilərsiniz – YENİ QAYDALAR

Qazaxıstan niqabı qadağan edir: “Ənənələrdə əks olunmur”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.