Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında Aşqabadda danışıqlar baş tutub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfindən görüşdən Baş nazirin müavini Aleksey Overçuk, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Kremlin mətbuat katibi Dmitri Peskov və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də iştirak edib.
Qeyd edək ki, bu Vladimir Putin və Məsud Pezeşkian arasında ilk görüşdür.