Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Yanvar 20, 2026
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Bu qanlı hadisələr xalqımıza qarşı aparılan sistemli təzyiq və repressiya siyasətinin bariz nümunəsi olmaqla yanaşı, milli iradəni sındırmaq və cəmiyyətdə qorxu mühiti yaratmaq məqsədi daşıyırdı. XX əsr boyunca Azərbaycan xalqı bu cür planlı təzyiq və repressiyalarla dəfələrlə üzləşib. 20 Yanvar faciəsi də daxil olmaqla, Qarabağda separatizmin süni şəkildə qızışdırılması, azərbaycanlılara qarşı kütləvi qırğınların törədilməsi və onların Ermənistan ərazisindəki doğma yurdlarından didərgin salınması həmin siyasətin ardıcıl və məqsədli şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir.

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də milli qürur rəmzi kimi yer alıb. Qanlı Yanvar hadisələri xalqımızın müstəqillik uğrunda qəti və dönməz iradəsini nümayiş etdirdi. Şəhidlərin müqəddəs qanı ilə yazılan bu səhifə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsinin əbədi simvoluna çevrildi.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib. Rayon ərazisində hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, qazilər, polis əməkdaşları, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Qeyd edək ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə keçmiş SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin hərbi birləşmələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Dinc əhaliyə qarşı həyata keçirilən silahlı hücum nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi və yaralandı ki, bu da totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Sovet qoşunlarının Bakıya daxil olması xüsusi qəddarlıq və misilsiz vəhşiliklə müşayiət olunurdu. Hələ fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 dinc insan qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Bu hadisələr rejimin xalqın azadlıq və müstəqillik uğrunda iradəsinə qarşı heç bir insani dəyərə məhəl qoymadığını açıq şəkildə göstərirdi.

Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə ermənimənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə girdilər. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdu. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Faciənin miqyası ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatı “Şit” ekspertlərinin hesabatında belə qeyd edilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.

Xalqımızın başına gətirilən həmin amansız faciənin bu gün minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini və eyni zamanda, xalqımızın sarsılmaz iradəsini əks etdirən ən mühüm sübutlardan biri fotoşəkillərdir. Qanlı Bakı gecəsini, günahsız insanların küçələrdə qalan cəsədlərini, şəhidlərin dəfn mərasimlərində yaranan izdihamı və digər hadisələri əks etdirən şəkillər o dövrün ağrı-acısını bir daha göz önünə gətirir. 20 Yanvar Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq nümunəsi kimi əbədi olaraq qalır. Şəhidlərin dəfn mərasimindəki izdiham xalqımızın böyük kədərini göstərməklə yanaşı, onun milli həmrəyliyini və azadlıq uğrunda birləşmə gücünü göstərir. O dövrdə çəkilmiş fotolar həmin qürurverici anları bu gün də yaşadır.

İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar da dəyişir. İlk vaxtlar yalnız ağlayıb-sızlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür. Həmin qanlı günlər Azərbaycan xalqının tarixinə həm faciə, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu Öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Belə də oldu. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi kimi qiymətləndirildi.

Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onların fədakarlığı nəticəsiz qalmayıb. Otuz altı il əvvəl başlayan çətin və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə çatdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Bütün bu nailiyyətlər şəhidlərimizin canı və qanı ilə yazılmış qəhrəmanlıq dastanımızın parlaq davamıdır. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 36-cı ildönümünü həm kədər, həm də qürur hissi ilə yad edir, başucalığı ilə xatırlayır.

Ötən illər ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.

20 Yanvar faciəsindən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.

1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir… Bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə dəyərləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

20 Yanvar faciəsindən sonra Şəhidlər Xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Bakının yüksəkliyində yerləşən bu müqəddəs məkan həm ümummilli hüznün və kədərin, həm də xalqımızın mübariz ruhunun və dönməz iradəsinin simvoludur. İllər ötdükcə şəhidlərin xatirəsinə ehtiram daha da artır. Çünki məhz onların fədakarlığı sayəsində xalqımız azadlıq arzusuna çatıb. Qəhrəman şəhidlərimizin canı və qanı bahasına Qarabağımız işğaldan azad edilib. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər guşəsində böyük qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.

Əvvəlki Yazı

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Növbəti Yazı

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

EKSKLUZİV

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 / 0:00
1
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

21 İyul 2026 / 16:41
0
Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

21 İyul 2026 / 15:51
1
Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

21 İyul 2026 / 15:21
1

XƏBƏR LENTİ

Azərbaycanda Milli Mətbuat Günüdür

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir

Prezident İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilib

Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib

Jurnalistika ixtisasına qəbulda yenilik var

Məktəbli formaları pulsuz veriləcək?

Zidan Fransa millisinin baş məşqçisi oldu

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Azərbaycanda yeni statistika ciddi narahatlıq yaratdı

Sabahın hava proqnozu açıqlanıb

Messi Argentina millisi ilə vidalaşıb

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub

Azərbaycan əhalisinin sayı açıqlanıb

Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan nefti bahalaşıb

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

“İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib

Sözün işığında

Pezeşkian İspaniyanın qəlbəsinə sevindi, təbrik etdi

Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr – SİYAHI

Sabah çimərliklərdə hava necə olacaq?

Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.