Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Yanvar 20, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Ərazi partiya təşkilatının sədrləri, partiya veteranları və fəalları, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin və 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, xalqımızın qan yaddaşı və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, faciə qurbanlarına Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. İcra başçısı bildirib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə böyük bir faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının başlanğıc və zirvə nöqtəsidir. Rayon rəhbəri 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsində misilsiz xidmətlərindən, möhtərəm Prezident İlham Əliyev tərəfindən bu gün faciə, soyqırım, qətliam qurbanlarına, müqəddəs şəhidlərə göstərilən ehtiramdan, şəhid ailələrinə olan diqqət və qayğıdan ətraflı söz açıb. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə, Xocalıya qovuşmağımızla, suverenliyimizin, ərazi bütövlüyümüzün tam olması ilə bütün şəhidlərimizin, o cümlədən də 20 Yanvar faicəsi qurbanlarının ruhlarının rahatlıq tapdığını, igid Vətən övladlarının qanlarının yerdə qalmadığını, qisaslarının alındığını söyləyib. Xalqımızın Vətən yolunda canlarından keçən oğullarını, faciə, soyqırım qurbanlarını heç zaman unutmadıqlarını, illər ötsə belə hər zaman böyük hörmət və ehtiramla yad etdiklərini diqqətə çatdırıb. Xalq olaraq müstəqilliyimizi, suverenliyimizi, daimi, əbədi, ərazi bütövlüyümüzü tam edən şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğumuzu bildirib.

Artıq 20 Yanvar faciəsindən 36 il ötdüyünü bildirən YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bu faciənin müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda atdığı bir qəhrəmanlıq, milli qürur günü olduğunu vurğulayıb. Rayon təşkilatının sədri 20 Yanvar hadisələri zamanı müdrik Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirdiyini vurğulayıb. Natiq xalqımızın başına gətirilən bu faciənin müstəqilliyə gedən yolun başlanğıcı, dövlətçilik tariximizin qanlı və şanlı səhifəsi olduğunu qeyd edib. A.Nəbiyev bildirib ki, 20 Yanvar faciəsi həm də şərəfli bir qəhrəmanlıq salnaməsidir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvə nöqtəsidir. A.Nəbiyev bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin zaman-zaman öz istəklərinə, öz hədəflərinə çatdığını bildirib. Rayon təşkilatının sədri müstəqil, suveren Azərbaycanın güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya və dünya şöhrətli Liderə malik olduğunu xüsusi qeyd edərək əldə olunan uğurlardan, qələbələrdən də geniş bəhs edib. A.Nəbiyev bütün şəhidlərin və faciə qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının artıqlaması ilə alındığını bildirib və onlara rəhmət diləyib.

Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi Ülviyyə Bayramova, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində şanlı qələbə qazanmış ölkə kimi bütün dünyada tanınır, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz bu yerlərə gələnə kimi qanlı-qadalı günlərdən, faicələrdən, soyqırımlardan keçib, ağır günlər yaşayıb. 20 Yanvar faciəsi də müstəqilliyimizə gedən yolun ilk başlanğıcı kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Bildirilib ki, “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyildiyi, Ulu Öndərin səsləndirdiyi kimi “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda şəhidlərini vermişdir”. Bu gün ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsi ilə əlaqədar ali diqqət və ehtiramı əks etdirən dövlət siyasəti yürüdülür. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi kimi “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Partiya veteranlarından Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıblar. Şəhidlərimizə, 20 Yanvar faciəsinə həsr etdikləri şeirləri səsləndirərək ehtiramlarını ifadə ediblər.

Qazax Dövlət Dram Teatrının aktyorları Rüfət Əhmədov və Aytac Cəfərova ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Əvvəlki Yazı

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Növbəti Yazı

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

EKSKLUZİV

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

22 Oktyabr 2026 / 15:46
1
Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

22 Oktyabr 2026 / 15:23
2
Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

22 Oktyabr 2026 / 15:00
2
Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

22 Oktyabr 2026 / 14:49
2

XƏBƏR LENTİ

“Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır – Rəsmi

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

Kənd təsərrüfatında elekrik maşınlarına keçid…

Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşından danışıb

Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq

Azərbaycanda sovet dövründən qalma binalar 2060-cı ilədək izolyasiya ediləcək

Paşinyan: Sülh sazişinin 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” dəyişib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Türkiyə hərbi xərcləri kəskin artırır

Azərbaycanda payız yay havasına döndü

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

BVF: Azərbaycanın xarici ticarət balansı güclənib

Azərbaycana turist axını 6% azaldı

DİM 648 nəfər üçün bu həftə imtahan keçirəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Kobaxidze Azərbaycana gəlir

Noyabrda 5 günlük tətil olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.