Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Oktyabr 22, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Kommunal və digər xidmətlər üzrə tariflərin artırılması sahibkarların xərclərini yüksəldərək məhsul və xidmətlərin bahalaşmasına səbəb ola bilər. Buna görə qiymət dəyişikliyi ilə bağlı təkliflər qiymətləndirilərkən onların əhali və biznes üçün nəticələri əvvəlcədən hesablanmalıdır.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, tariflərə yenidən baxılması yalnız xidmət göstərən müəssisələrin maliyyə vəziyyəti ilə əsaslandırılmamalıdır:

“Tarifin artırılması təklif edilirsə, ilk növbədə bunun səbəbləri, iqtisadi əsasları, əhaliyə və sahibkarlara mümkün təsirləri açıqlanmalıdır. Azərbaycanda sahibkarlıq subyektlərinin əsas problemlərindən biri məhsul və xidmətlərin maya dəyərinin yüksək olmasıdır. Bir sıra sahələrdə rəqabətin zəifliyi, idxaldan asılılıq, logistika xərcləri və maliyyə resurslarının baha olması biznesin xərc yükünü artırır. Bu isə yerli istehsalçıların xarici məhsullarla rəqabət imkanlarını zəiflədir”.

Asif İbrahimov qeyd edib ki, belə şəraitdə kommunal xidmətlərin bahalaşması digər sahələrdə də qiymət artımına yol aça bilər:

“Elektrik enerjisi, qaz, su və nəqliyyat xidmətlərinin qiymətinin yüksəlməsi istehsal xərclərinə birbaşa təsir göstərir. Sahibkar əlavə xərcləri öz hesabına qarşılaya bilmədikdə onları məhsul və xidmətlərin qiymətinə daxil edir. Nəticədə tarif artımı inflyasiya təzyiqini gücləndirə bilər”.

İqtisadçı bildirib ki, qərar qəbul edilərkən aşağı və orta gəlirli ailələrin maliyyə imkanları xüsusilə nəzərə alınmalıdır:

“Ailə gəlirlərinin böyük hissəsi ərzağa və digər zəruri ehtiyaclara sərf olunursa, kommunal ödənişlərin artması büdcəyə əlavə təzyiq yaradır. 4 nəfərlik bir ailənin kommunal xidmətlərə görə ödənişi hətta ən əlverişli ssenaridə ötən illə müqayisədə 480 manat artıb. Gəlirləri xərcləri ilə eyni sürətlə artmayan ailələr digər ehtiyaclarını məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Buna görə tarif dəyişikliyinin müxtəlif gəlir qruplarına təsiri ayrıca qiymətləndirilməlidir”.

Onun fikrincə, xidmət göstərən müəssisələrin infrastrukturun yenilənməsinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyacı ola bilər. Lakin tarif artımından əvvəl həmin müəssisələrin xərcləri və idarəetmənin səmərəliliyi araşdırılmalıdır:

“Müəssisənin xərclərinin artması həmin yükün avtomatik olaraq istehlakçının üzərinə qoyulmasına əsas vermir. Əvvəlcə xərclərin nə dərəcədə əsaslı olduğu, mövcud resurslardan necə istifadə edildiyi və qənaət imkanları müəyyənləşdirilməlidir”.

Asif İbrahimov sahibkarların istehsal xərclərinin azaldılması üçün rəqabətin gücləndirilməsini, logistika xərclərinin aşağı salınmasını, maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasını və inzibati maneələrin aradan qaldırılmasını vacib sayıb.

“Tarif siyasəti həm xidmət göstərən müəssisələrin maliyyə dayanıqlığını, həm də əhali və sahibkarların maraqlarını nəzərə almalıdır. Qərarlar şəffaf hesablamalara əsaslanmalı, məhsuldarlığın artırılmasına, rəqabətin gücləndirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etməlidir”, – deyə o vurğulayıb. (Modern.az)

Əvvəlki Yazı

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Növbəti Yazı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

EKSKLUZİV

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

22 Oktyabr 2026 / 13:16
0
Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

22 Oktyabr 2026 / 13:00
0
Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

22 Oktyabr 2026 / 12:47
0
Ailələrin kommunal ödənişləri 480 manat artıb

Ailələrin kommunal ödənişləri 480 manat artıb

22 Oktyabr 2026 / 12:30
0

XƏBƏR LENTİ

Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

Azərbaycanda bu kənd köçürülür – Hazırlıqlar başladı

Milli Məclis BMT-ni Fransada polis zorakılığını araşdırmağa çağırdı

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Türkiyə hərbi xərcləri kəskin artırır

Azərbaycanda payız yay havasına döndü

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

BVF: Azərbaycanın xarici ticarət balansı güclənib

Azərbaycana turist axını 6% azaldı

DİM 648 nəfər üçün bu həftə imtahan keçirəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Kobaxidze Azərbaycana gəlir

Noyabrda 5 günlük tətil olacaq

DYP sürücülərə müraciət edib

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Sabahın havası açıqlanıb

Azərbaycanın Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.