“Azərbaycanda 2.3 milyona yaxın ev təsərrüfatı mövcuddur. Onlardan 1.3 milyonu 18 yaşa qədər uşaqların olduğu ailələrdir”.
Cumhuriyyet.az xəbər verir ki, bunu “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib.
“Hazırda Ailə, Qadın və Uşaq Komitəsi olaraq Azərbaycan Respublikasının Ailə Konsepsiyası üzərində işləyirik. Bu barədə müvafiq qurumlara məlumat göndərilib, konsepsiyanın hazırlanması istiqamətində müzakirələr aparılacaq, təkliflər dinləniləcək.
Proqnozlara əsasən, 2050-ci ilə qədər Azərbaycan əhalisinin 11.5 milyon nəfərə çatması gözlənilir. Bunu nəzərə alaraq, müxtəlif proqnozları, nəsillərarası rəqəmsal inkişafı birgə nəzərdən keçirməliyik”, – deyə sədr bildirib.









