Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!

Dekabr 29, 2024
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim. Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, onlar öz həyatlarını risk altına atmışdılar:

“Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi”.

Əvvəlki Yazı

Uçuşları dayandırmağa mən göstəriş vermişəm!

Növbəti Yazı

Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub

EKSKLUZİV

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

04 İyun 2025 / 11:29
1
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

04 İyun 2025 / 11:28
6
İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

03 İyun 2025 / 15:15
0
Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

03 İyun 2025 / 15:00
3

XƏBƏR LENTİ

Millət vəkili Səməd Seyidov və icra başçısı Rəcəb Babaşov səhiyyə işçiləri ilə görüşüb

Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?

İran bu yatağa iddia edir – Ərəb ölkələrindən cavab

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

İstanbulda mühüm razılaşmalar əldə olundu – Peskov

Attestatla bağlı heç bir ödəniş tələb edilə bilməz – MÜTDA

Əliyevlə Tokayev bir-birini təbrik etdi

META İranın əleyhimizə fəaliyyət göstərən 60 səhifəsini sildi

Medvedyev təhdid etdi: Qisas qaçılmazdır

Güclü küləyə görə bu işlər dayandırıldı – SOCAR

Prezident sərəncam imzaladı

TƏKRAR GƏNCLƏŞMƏNİN SİRRİ TAPILDI – MARAQLI KƏŞF

Millimizin 3 üzvü koronavirusa YOLUXDU

Bu şəxslərə 1600 manat verilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq – SABAHIN HAVASI

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb

Qabillə bağlı həbs qərarı verildi

Güclü külək Bakıda 16 ağacı aşırdı

Ordumuz “düşmən” hədəflərini məhv etdi – Video

Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı…

Güclü külək nə vaxt kəsəcək?

Ötən ay dövlət sərhədini pоzan 20 əcnəbi saxlanılıb

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ötən gün bank kartlarından 6 min manata yaxın pul oğurlanıb

Azərbaycan nefti 4%-ə yaxın bahalaşıb

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İyunun 1-də quru sərhədlər açılacaq?

Ceki Çan qara kəmərə layiq görüldü

Aparıcı Elgiz ölümdən döndü

“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.