Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

Yanvar 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qayda müəyyənləşir.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna yeni redaksiyada əlavə edilən 9-cu maddədə əksini tapıb.

Qanuna əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq. Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunacaq:

– məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

– məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

– əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.”.

Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

– məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

– məişət zorakılığı örətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

– əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

– zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

– zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Əvvəlki Yazı

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

Növbəti Yazı

Bu şəxslər də həqiqi hərbi xidmətə göndəriləcək

EKSKLUZİV

Prezidentdən İkinci Dünya Müharibəsi Veteranlarına 2750 Manatlıq Birdəfəlik Yardım Sərəncamı

24 Aprel 2026 / 13:14
0

Ələt Azad İqtisadi Zonasının İnkişafı Sürətlənir: Prezidentdən Mühüm Fərman

24 Aprel 2026 / 13:14
0

Arizona’da 200 Milyon İllik Daşlaşmış Meşə Kəşf Edildi: Dünyanın Ən Böyük Ekosistemi

24 Aprel 2026 / 12:52
1

Pakistanın “Zalzala Koh” adası: Sirlərlə dolu yaranış və yox oluş hekayəsi

24 Aprel 2026 / 12:52
0

XƏBƏR LENTİ

Prezidentdən İkinci Dünya Müharibəsi Veteranlarına 2750 Manatlıq Birdəfəlik Yardım Sərəncamı

Ələt Azad İqtisadi Zonasının İnkişafı Sürətlənir: Prezidentdən Mühüm Fərman

Arizona’da 200 Milyon İllik Daşlaşmış Meşə Kəşf Edildi: Dünyanın Ən Böyük Ekosistemi

Pakistanın “Zalzala Koh” adası: Sirlərlə dolu yaranış və yox oluş hekayəsi

Londonda Dələlər Tərk Edilmiş Elektron Siqaretləri Yığır: Təhlükəli Vərdişin Səbəbi Açıqlandı

İnsan Penisinin Sirri Açıldı: Təkamül Niyə Bu Ölçünü Seçdi?

Təmkin Xəlilzadə dünya ulduzları ilə eyni komandada: Azərbaycan idmanında yeni səhifə

Rusiyanın Ermənistandakı səfirliyi ‘soyqırım’ bəyanatı yaydı: Moskva İrəvanın yanında?

Milli Məclis MSK-nın Yeni Tərkibi Üzrə Qərar Verəcək: Layihə Parlamentə Daxil Oldu

ABŞ hərbçisi casusluqda ittiham olunur: 400 min dollarlıq məxfi məlumat satışı

Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşdü: Yerli problemlər diqqət mərkəzində

McLaren 11 yaşlı gəncə sərmayə qoydu: Formula 1 tarixində ilk

Rusiyada neft hasilatı niyə azalır? Gündəlik 400 min barel itki

Ermənilərin Türkiyə Bayrağını Yandırması: Yarımçıq Təxribatın Gizli Səbəbləri

Sabah Azərbaycanda hava necə olacaq? – Detallı proqnoz açıqlandı

Tərk edilmiş neft quyusu milyonlar gətirdi: Fransız mühəndisin inanılmaz uğuru

ABŞ əsgəri dövlət sirləri ilə 400 min dollar qazanıb: Həbs olundu!

Almaniyanın Yeni Təyyarəsi Havada Şəklini Dəyişir: Səma Qaydaları Yenidən Yazılır

Qantas Tarix Yazır: 22 Saatlıq Kəsintisiz Uçuşlarla Dünya Aviasiyasında Yeni Era

“Atletik Bilbao”da məşqçi qeyri-müəyyənliyi: Valverde gedirmi, kim gəlir?

Zelenski Ərəb Ölkələri ilə Dron Sazişlərini Açıqladı: Ukrayna Müdafiəsi üçün Yeni Strateji Addım

Livan Prezidentindən ermənipərəst bəyanat: Rəsmi Bakıdan sərt reaksiya gözlənilir

MSK-nın yeni tərkibi nə vaxt təsdiqlənəcək? – RƏSMİ AÇIQLAMA

“İradə diktəsi qəbuledilməzdir!” – Yazıçıdan cəmiyyətə sərt xəbərdarlıq

Bakıda əsas küçələr 2 sutkadan artıq bağlanır: Sürücülərə vacib xəbərdarlıq!

Şamda Rəqs Şousu Gərginlik Yaratdı: Prezident Şara Mübahisələrə Aydınlıq Gətirdi

Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı – Ölən var – Video

Moringa möcüzəsi: Qədim Misir sirri mikroplastikləri sudan necə təmizləyir?

ABŞ-ın 59 illik pərakəndə nəhəngi Big Lots iflas etdi: Bütün mağazalar bağlanır

Əriyən Bina: Modern Memarlığa Meydan Oxuyan Şah Əsər

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.