Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb

Mart 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Cumhuriyyet.az xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5% təşkil edib. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9%-lik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5% ucuzlaşıb.

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar balansının profisiti 4.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında xarici ticarət balansında 1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40.5% çoxdur. Son qiymətləndirmələrə görə 2025-ci ilin yekunu üzrə cari hesab proqnozunda 2024-cü illə və daha öncəki proqnozla müqayisədə yaxşılaşma ehtimalı var.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Qeyd edək ki, ötən ilin sonunda hökumət hesabları qalıqlarının azalması bank sistemindəki likvidliyə artırıcı təsir edib. Bunun nəticəsi olaraq cari ilin əvvəlində banklararası pul bazarında faizlər pik (2024-cü ilin dekabrında 1D AZIR 7.68%) səviyyə ilə müqayisədə azalıb. Belə ki, yanvar və fevral aylarında orta günlük 1D AZIR ötən ilin dekabr ayı ilə müqayisədə 0.6 faiz bəndi və 0.2 faiz bəndi az olub. Cari ildə pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi işləri də davam etdirilir. 2025-ci ilin fevral ayında daimi imkan və açıq bazar əməliyyatlarının aparılması şərtlərində dəyişikliklər edilib. Belə ki, bir günlük daimi imkan depozit və əks-repo əməliyyatların müddəti 24 saatdan 1 gecəliyə keçirilib Eyni zamanda not hərraclarında minimum iştirakçı sayına qoyulan tələb aradan qaldırılıb.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir.

Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək.

Əvvəlki Yazı

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

Növbəti Yazı

Dövlət Komitəsi: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır

EKSKLUZİV

AZAL bu istiqamətlərdə uçuşları bərpa edir – Yenilənib

02 May 2026 / 17:45
0
Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – FOTOLAR

Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – FOTOLAR

02 May 2026 / 16:20
53

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır – Fotolar

02 May 2026 / 11:32
2

Vüqar Hüseynova yeni vəzifə verildi

02 May 2026 / 8:22
0

XƏBƏR LENTİ

AZAL bu istiqamətlərdə uçuşları bərpa edir – Yenilənib

Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – FOTOLAR

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır – Fotolar

Vüqar Hüseynova yeni vəzifə verildi

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı – Foto

Oqtay Əsədov 22 illik vəzifəsindən getdi – Fotolar

Mərkəzi Bankda yeni təyinat – Foto

ABŞ Mediası Şok İddia: İran Döyüş Gəmilərinə Qarşı Yunusları Silahlandırır?

Azərbaycan Cüdoçuları “Böyük Dəbilqə”dən Medalsız Qayıtdı: Nəticələr Ümidləri Doğrultmadı

Türkiyə millisi Avro 2024 öncəsi iki vacib yoxlama oyunu keçirəcək

Bavariya Noyerlə müqaviləni uzadır: 40 yaşlı əfsanə meydanlarda qalır!

ABŞ-ın İrana qarşı hipotetik müharibəsi: 50 milyard dollar itki və onlarla dron məhv olub

Tramp AB-yə Yeni Gömrük Vergisi Təhdidi Edir: Ticarət Müharibəsi Dərinləşirmi?

Azərbaycanın Aİ Qərarı: Rədd Cavabı Əməkdaşlığa Son Qoymur – İddialar Fonunda

Tramp Kubaya qarşı sanksiyaları sərtləşdirdi: ABŞ-dan yeni təzyiq

Epşteynin sirli məktubu: 7 il əvvəl tapılan “vida notu” niyə gizlədildi?

Azərbaycan Neft Sənayesi: Hasilat Azalması Yavaşlasa da, Xərclər Yarım Milyard Dolları Ötüb

Şoyqunun “bəxtsiz” müavinləri: Dördüncü general da həbs edildi – Kreml daxilindəki sarsıntılar

Bakı məktəbində nəm salfetdən şagirdlərdə allergiya: Təhsil Nazirliyi araşdırmaya başladı

ABŞ-ın Teksas Ştatında Dəhşətli Təyyarə Qəzası: 5 Nəfər Həlak Oldu

Luçano Spalletti İtaliyada Ayın Məşqçisi Seçildi!

Luis Enrike: “Bavariya” karyeramın ən çətin rəqibidir”

İsrail səfiri: Azərbaycanla əlaqələr davamlı genişlənir

Mərkəzi Bankın Valyuta Ehtiyatlarında Milyard Dollarlıq Sıçrayış: İqtisadiyyat Güclənir

Sumqayıtda Dövlət Bayrağına Hörmətsizlik Edən Şəxs Saxlanıldı: Qanunsuz Hərəkətə Sərt Cavab

Yaxın Şərqdə Gərginlik Zirvədə: İran ABŞ-i “Ağrılı Zərbələr”lə Hədələyir

Azərbaycanın Milli Yaşıl Taksonomiyası Təsdiqləndi: Dayanıqlı İnkişafa Strateji Addım

İsrail Livanın Cənubunda Monastırı Vurduğu İddia Edilir: Gərginlik Artır

Heydər Əliyevlə xanımının yeni – Fotoları

Real Madrid”in baş məşqçi axtarışları: Gündəmdə SÜRPRİZ ad

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.