Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Mart 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

27 Noyabr 25 / 16:15
Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? – Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR

27 Noyabr 25 / 10:45
Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

25 Noyabr 25 / 21:15
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin Novxanı yolundan qazandıqları və 650 minlik avtomobili – FOTOLAR

25 Noyabr 25 / 20:45
MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” –  (FOTO)

MTK sahibi olan BDU müəllimindən ŞİKAYƏT: “DÖVLƏTİN ADINDAN BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – (FOTO)

25 Noyabr 25 / 19:39

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!”

Əvvəlki Yazı

Bakıda 32 dərəcə isti var – FAKTİKİ HAVA

Növbəti Yazı

Bu günün valyuta məzənnələri

EKSKLUZİV

İcra başçısı qalib idmançılarla görüşdü – FOTOLAR

İcra başçısı qalib idmançılarla görüşdü – FOTOLAR

27 Noyabr 2025 / 22:57
4
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

27 Noyabr 2025 / 19:21
1
Putin şərtini açıqladı: Ukrayna qoşunları tutduğu əraziləri tərk etməyincə

Putin şərtini açıqladı: Ukrayna qoşunları tutduğu əraziləri tərk etməyincə

27 Noyabr 2025 / 19:01
0
Gələn il pensiyalar bu qədər olacaq: RƏSMİ + FOTO

Gələn il pensiyalar bu qədər olacaq: RƏSMİ + FOTO

27 Noyabr 2025 / 18:58
1

XƏBƏR LENTİ

İcra başçısı qalib idmançılarla görüşdü – FOTOLAR

Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş

Putin şərtini açıqladı: Ukrayna qoşunları tutduğu əraziləri tərk etməyincə

Gələn il pensiyalar bu qədər olacaq: RƏSMİ + FOTO

Ayda 16 manat, ildə 362 milyon manat: Bu vəsaiti ödəməyən “işləyən işsizləri” cərimə gözləyir?

Uitkoff qalmaqalı: KİMİN “KƏLLƏSİ GEDƏCƏK”?

Adəm İsmayıl Bakuvi: “Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir”

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblər Azərbaycan xalqından üzr istədi

Papa Türkiyəyə gəlib, Ərdoğanla görüşdü

Xanımı rəsmən, özü isə qismən sufi olan lider: İmran Xan haqqında MARAQLI FAKTLAR

“Türmələr idarəsi”ndə təftiş – Rəisin “poqonu” niyə söküldü?

Elm və Təhsil Nazirliyi bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb

Ərəblərin Azərbaycandan “ayağı kəsildi” – Səbəb

Deputat Ülvi Quliyevin “qazi” oğlunun Londondan Qarabağa uzanan biznesi və SSRİ sevgisi – DOSYE+VİDEO

SSRİ bayrağı qaldıranlar Mehdiyevin adamlarıdır?

Bakıda məşhur biznesmenin evində qətl: “Qatil onu zorlamışdı?…” – ŞOK DETALLAR

Bir gündə üç tender udan “canavar”: “VNM İNŞAAT” kimindir? – ARAŞDIRMA

Turizmdə SOS siqnalı: Azərbaycana gələnlər azalır, qiymətlər isə artır – səbəb nədir?

Putindən KTMT ilə bağlı yeni çağırış: “Rusiya müttəfiqlərə öz döyüş silahlarını…”

Bakı “dona” bilər – Hava ilə bağlı XƏBƏRDARLIQ

Onlar da pensiyaya daha tez çıxacaq? – çoxuşaqlı ailələr diqqətdə

Öcalanın İmralı “iqamətgahı” – tutulanda titrəyən adam indi özünü ötkəm aparır

“Bravo” buna görə cərimələnə bilər – SƏBƏB

Mədəniyyət Nazirliyinin planı baş tutmadı: 45 min təklif etdiyi iş 9 min manata başa gəlib

“Azparking” qiymətləri qaldırır?

Gələn il pensiyalar nə qədər artacaq?

“Kontakt Home” külli miqdarda borcunun 1 milyonunu ödəməyə məcbur edildi

Tovuz Dövlət Peşə Təhsil Mərkəzində baş verən ciddi qanunsuzluqlar və direktorun özbaşınalığı

Mənzil bazarında qiymət şişirdənlər kimlərdir?

Bülbüloğlunu muzeydə oğurluq və sirli ölümlərlə nə bağlayır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« Fev   Apr »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.