Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

143 milyonluq yeyinti işi: Bu tədbirlərə 2,3 milyon xərclənib

Aprel 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

30 May 25 / 14:00
Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?

21 May 25 / 10:58
Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

Sumqayıtda 2 il öncə ağacları kəsdi, indi obyekt tikdirir -FOTO

08 May 25 / 11:46
Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

Məzahir Pənahovun keçmiş gəlininin acı hekayəsi – “Görünür ki, çox tərbiyəsiz oğul böyüdüb”

06 May 25 / 13:00
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –TƏFƏRRÜAT

01 May 25 / 13:11

Müdafiə Nazirliyinin (MN) Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Cumhuriyyet.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramov və Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə apellyasiya şikayəti üzrə çıxış ediblər.

Təqsirləndirilən Bayram Bayramov ittihamla razılaşmadığını bildirib. O deyib ki, korpusun bütün maliyyə xidmət rəislərinin mənimsədiyi məbləğlər onun adına yazılıb:

“Bir neçə epizod üzrə mənim adıma artıq pullar yazılıb. Həmçinin bir hərbi hissədə mənim və hərbi hissənin maliyyə xidmət rəisinin iştirakı olmadan yoxlama aparılıb. 2022-ci ildə Rəfail Xələfov və digər təftişçilər yoxlamaya gəlmişdilər. Aşkarlanan məbləğin 60 faizi onlara verilib, lakin Rəfail Xələfov ifadəsində bunu boynuna almayıb. O, cəmi 950 min manat mənimsədiyini təsdiqləyir, onun 313 min manatını da guya, mənə verdiyini deyib”.

Müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin sözlərinə görə, birinci instansiya məhkəməsində ifadə verən maliyyə xidmət rəisləri və digər şahidlər Nizami Məmmədovun adını çəkməyiblər:

“Nizami Məmmədovun adına 18 milyon 600 min manat pul yazılıb. Bu pulun da 12 milyon manatdan çoxu istintaq orqanının depozit hesabına ödənilib. Lakin məhkəmə müvəkkilimin dəymiş ziyanın qismən ödədiyi qənaətinə gəlib. Bu məbləğ ümumi məbləğin 70 faizinə bərabərdir. Bunun qarşılığında müvəkkilimə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası verilib”.

Vəkil deyib ki, bu mexanizm Nizami Məmmədovdan əvvəl də olub:

“Bunu o, özündən çıxartmayıb. İş üzrə dindirilən bütün şahidlər ifadələrində inspeksiya ilə bağlı pul verdiklərini deyiblər. Bu üsulla N.Poladova Nizami Məmmədovun adından pul verilib. Bu pul Nizami Məmmədovun adına yazılmış 18 milyon 600 min manatdan çıxılmalıdır”.

Vəkil Rəşad Mirmehdizadə əlavə edib ki, müvəkkili Nizami Məmmədovun adına başqa bir epizod üzrə 2 milyon 300 min manat pul yazılıb. O, bu pulun Müdafiə Nazirliyində keçirilən tədbirlərə xərcləndiyini deyib.

Müdafiəçinin sözlərinə görə, ibtidai istintaqın ilk dövrlərində mənimsənilən məbləğlər 80 milyon manat göstərilsə də, bununla bağlı hər hansı bir sənəd mövcud olmayıb:

“Sonra məbləğ daha da acınacaqlı şəkildə qaldırılaraq 143 milyon manat müəyyən olundu. Qeyd edim ki, indiyə kimi bu iş üzrə dövlətə 40 milyon manata yaxın ödəniş olunub. Bu vəsait az məbləğ deyil. Həmçinin bizim birinci instansiya məhkəməsində toxunduğumuz məsələlərdən biri də Rəfail Xələfovun bu işin ortasında olmağıdır. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin müxtəlif şöbələri olub. Rəfail Xələfov da nəzarət-təftiş şöbəsinin rəisi kimi bölgünü özü müəyyən edib”.

Vəkil Rəşad Mirmehdizadə vurğulayıb ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır:

“Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət edib. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300.000 manat pul mənimsədiyini və bunu hissə-hissə qaytarılmasına şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır”.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.

Əvvəlki Yazı

İmişli hadisələrinə görə tutulan 14 nəfərlə bağlı yeni xəbər

Növbəti Yazı

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

EKSKLUZİV

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

31 May 2025 / 9:39
2
İyunun 1-də quru sərhədlər açılacaq?

İyunun 1-də quru sərhədlər açılacaq?

30 May 2025 / 16:16
1
Ceki Çan qara kəmərə layiq görüldü

Ceki Çan qara kəmərə layiq görüldü

30 May 2025 / 16:00
0
Aparıcı Elgiz ölümdən döndü

Aparıcı Elgiz ölümdən döndü

30 May 2025 / 15:44
1

XƏBƏR LENTİ

İcra başçısı “Əsədoğlu Group” MMC-yə məxsus müəssisənin təsərrüfat sahəsinin fəaliyyəti ilə tanış olub

İyunun 1-də quru sərhədlər açılacaq?

Ceki Çan qara kəmərə layiq görüldü

Aparıcı Elgiz ölümdən döndü

“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişir

Bu ödənişlər 10 dəfəyədək artırılır

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

Milli Məclisin yaz sessiyası başa çatıb

Azərbaycan gələn il İƏT Pİ-yə sədrlik edəcək

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Ərdoğan Laçında bu mahnını Çinarə ilə birgə oxudu – Video

ABŞ Tayvana silah tədarükünü artırır

Havada toz müşahidə olunur

Azərbaycan və Çin vətəndaşları vizadan qarşılıqlı azad ediləcək

Sabah hava necə olacaq?

Azərbaycan MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq – SƏRƏNCAM

Məktəbəhazırlıq qruplarında 23 minə yaxın uşaq məşğələyə cəlb olundu

Deputatdan keçmiş məcburi köçkünlərlə bağlı təklif

Mask Trampın müşaviri olacaq

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Ötən gün bank kartlarından 5 min manat oğurlanıb

FHN meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib – VİDEO

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

NİİM yollarda sıxlıqla bağlı sürücülərə müraciət edib

İcra başçısı çətin tərbiyə edilən bir qrup şagirdin valideyni ilə görüşüb

Qarabağ Universitetində psixoloqların peşəkar inkişafına dair layihə icra olunub  

Bu kəndlərdə 2 gün qaz olmayacaq

Bayraq həyəcanı!

Rus Evi bu ölkədə də bağlandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Mar   May »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.