ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask demək olar ki, distant işləməyə keçib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat verib.
“Biz telefonla danışırıq, təsiri eynidir. Sadəcə, o, əvvəllər olduğu qədər fiziki olaraq burada olmur”, – Ağ Evin əməkdaşlarla iş üzrə aparatın rəhbəri Syuzan Uayls nəşrə açıqlamasında deyib.