Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Medvedyevin müharibədən qazancı şok etdi

İyun 11, 2025
A A

REDAKTORUN SEÇİMİ

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?  – VİDEO+FOTO FAKT

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir? – VİDEO+FOTO FAKT

08 İyul 25 / 14:34
Səbaildə qanunsuz tikililər “göz oxşayır”

Səbaildə qanunsuz tikililər “göz oxşayır”

25 İyun 25 / 17:58
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO

23 İyun 25 / 12:57
Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

Taleh Qaraşov və Cəbrayıl Xanlarova meydan oxuyan, prokurorluğu saymayan iş adamı: Hünər Hadızadə kimdir?

23 İyun 25 / 11:52
Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

Nərimanovda qanunsuz tikintiyə hansı məmur icazə verib? – VİDEO

20 İyun 25 / 16:00

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri Rusiyanın eks-prezidenti Dmitri Medvedyevə bağlı fondlar təxminən 850 milyon dollar sərvət toplayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun “Sistema” rusdilli araşdırma layihəsində qeyd olunub.

“Putinin Təhlükəsizlik Şurasının sədr müavini və hakim Vahid Rusiya Partiyasının sədri kimi hökumətdə rolunu qoruyan Medvedyev eyni zamanda, “onlayn hücum iti” – onlayn aqressiv təbliğatçı kimi yeni rolunda da milyonlardan ibarət auditoriya əldə edə bilib.

Bir vaxtlar mülayim, mötədil siyasi fiqur olan Medvedyev indi sosial mediada Kiyevə və Qərbə qarşı son dərəcə sərt və nifrət dolu çıxışlarla müharibə tərəfdarına çevrilib”, – məlumatda bildirilib.

“Sistema”” tərəfindən araşdırılan maliyyə sənədlərinə görə, Medvedyevlə əlaqəsi olan ümumilikdə 15 fond 2015-2021-ci illərdə cəmi 28 milyard rubl (müvafiq məzənnə ilə 424 milyon dollar) əldə edib. 2022-2024-cü illərdə bu rəqəm 130 milyard rubldan (1.39 milyard dollar) çox artıb və bu vəsaitin yarısından çoxu təkcə keçən il əldə olunub.

Bildirilib ki, sənədlər bu qurumların 2021-ci ilin sonunda toplam 23.5 milyard rubl (316 milyon dollar) və 2024-ci ilin sonunda 86.4 milyard rubl (850 milyon dollar) civarında məbləğə sahib olduğunu göstərib.

“Sistema” bu vəsaitlərin Ukraynaya qarşı döyüşən Rusiya qüvvələrindən tutmuş Sankt-Peterburqdan Qara dəniz sahillərinə qədər, Medvedyevlə açıq-aşkar bağlılığı olan daşınmaz əmlak layihələrinə yönəldildiyini müəyyən edib.

Bu fondlar öz donorlarını ictimaiyyətə açıqlamır və 14 fonddan hazırda yalnız ikisinin vebsaytı var.

Onlardan biri “Naşa Pravda” fondu bildirir ki, son iki ildə “xüsusi hərbi əməliyyat”a (Putinin Ukraynaya qarşı işğal müharibəsinə verdiyi ad) 2.4 milyard rubl xərcləyib. Bu vəsaitin minlərlə dronun, gecəgörmə eynəklərinin, generatorların, tibbi avadanlıqların və digər ləvazimatların alınmasına xərcləndiyi bildirilir.

Vahid Rusiya ilə əməkdaşlıq

Vahid Rusiya Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksey Sidyakinin sözlərinə görə, “Naşa Pravda” Medvedyevin təşəbbüsü ilə yaradılıb və bu fond partiya ilə əməkdaşlıq edib. Məsələn, fondun saytındakı məlumata görə, 2025-ci ilin fevralında partiya və fond birgə şəkildə Rusiyanın bir hərbi birləşməsinə 14 milyon rubl (177 min dollar) dəyərində texnika verib.

2022-ci ilin sentyabrında partiyaya üzv olan Medvedyevin 29 yaşlı oğlu İlya da təqdimat mərasimində iştirak edib. “Naşa Pravda”nın saytındakı məlumatda onun həmin partiya komitəsində layihə direktoru vəzifəsində çalışdığı qeyd olunub.

Fondların sadəcə bir neçəsi xərclərin hədəfləri haqqında detallı məlumat verir. Ancaq sübutlar göstərir ki, bu fondların bəzilərinin vəsaitləri açıq-aşkar Medvedyevə bağlı daşınmaz əmlak layihələrini birbaşa və ya dolayı şəkildə dəstəkləyən məqsədlər üçün istifadə edilib.

Mərhum müxalifət lideri Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) ovaxtkı baş nazirə (Medvedyev) aid dəbdəbəli malikanələri, yaxtaları, üzüm bağlarını və digər sərvətlərini ortaya çıxaran araşdırmasından sonra D.Medvedyev ictimai maraq obyektinə çevrilib.

FBK-nın araşdırmasında qeyd olunurdu ki, Medvedyevin Volqa çayı sahilindəki Plyos şəhərində, Kursk vilayətində, Moskvanın Rublyovka kimi tanınan dəbdəbəli qəsəbəsində və Soçidə iqamətgahları, həmçinin “Skalistı Bereq” adlı şərab istehsalı zavodu və bir neçə yaxtası var.

“Sistema” müəyyən edib ki, həmin araşdırma hesabatında qeyd olunan əmlakların əksəriyyəti hələ də Medvedyevə bağlı fondlarla əlaqəlidir.

Martda “Naşa Pravda” fondu Anapa sahil kurortu yaxınlığında üzüm bağları olan “Skalistı Bereq” ilə əməkdaşlıq edərək dekabrda həmin ərazidə baş verən neft sızmasının təmizlənməsinə kömək edib. “Skalistı Bereq” dekabrdan etibarən Medvedyevlə əlaqəli fondlar tərəfindən idarə olunur və İ.Medvedyev onun Direktorlar Şurasında yer alır.

Bu arada 2022-ci ilin dekabrında Medvedevə bağlı fonda məxsus FKK firması “Makna” adlı idarəçi şirkəti alıb. Bu şirkət isə “Skalistı Bereq”ə avtomobillə 7 dəqiqə və dənizə 100 metr məsafədə olan “Şinqari” adlı xaraba kurortun idarəçiliyinə sahibdir.

Alındıqdan bir neçə ay sonra həmin xaraba kurortun sökülməsinə başlanılıb və FKK yaxınlıqdakı torpaq sahələrini alıb, eyni zamanda, “Makna”dan ərazidəki torpaqları icarəyə götürüb. Bütün bu işləmlər yeni inkişaf planı barədə xəbər verir, ancaq hələ nəyin tikiləcəyi bəlli deyil.

Əvvəlki Yazı

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər – VİDEO

Növbəti Yazı

Vuçiç bu gün Ukraynaya gəlir – İlk dəfə

EKSKLUZİV

Qazaxda icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb

Qazaxda icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb

16 İyul 2025 / 21:15
0

15 İyul 2025 / 18:45
1
Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

15 İyul 2025 / 14:44
0
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

15 İyul 2025 / 14:06
0

XƏBƏR LENTİ

Qazaxda icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

Sabah hava necə olacaq?

Rəsmi Tehran: İran hərbi büdcəsini artıra bilər

Pezeşkian xaricdəki iranlılara müraciət etdi

Çin Trampın Rusiyaya təhdidini qınayıb

Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Tələbələrin köçürülməsi başlayıb

Torpaq sahələri ilə bağlı vacib YENİLİK

Rus bölməsinin abituriyentləri bu “mübarizədə” geri qalır

Son üç gündə 4 nəfəri gün vurdu

Nəsimi Rayon İcra Hakimiyyətindən şok addım: Sahibkarın 750 min manatlıq əmlakı “dəfn edildi”

Azərbaycanda taksi istifadəçilərinin sayı azalıb

Şahidlər Xocalı soyqırımı ilə bağlı dəhşətli faktları sadaladı

Aİ Bakı və İrəvanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir

Metrodan istifadə edənlərin sayı azalıb

DİM sədri: Bəzi ixtisaslar ləğv olunacaq

Milli Məclis tətilə buraxılıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

FHN “Alov Qüllələri, Fairmont Baku Hotel”də təlim keçirəcək

Sabahın hava proqnozu açıqlanıb

Taksi sürücülərinə yeni tələb

Şiddətli istilər təhlükəlidir: Nə etməli?

Azərbaycanda ət bahalaşdı – VİDEO

DTX bu dəstəni ifşa etdi: İnsanları necə aldadırmışlar…

“Çelsi” unikal rekorda imza atdı

Cahid Şahbazova cinayət işi açıldı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyun 2025
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« May   İyl »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.