Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib

İyul 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50
“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

“Misli” bonus verir, istifadə etmək olmur – Vətəndaşların gileyi

28 Avqust 26 / 17:44
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16

Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olan şəxslərin cinayət işinin təfərrüatı məlum olub. Onlar Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçiriblər.

Cumhuriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Təqsirləndirilən 21 yaşlı Cavid Dünyamaliyev və 18 yaşlı Cəlil Cəlilovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, onlar Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər.

Daha sonra isə Teleqram və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, bu iş üzrə Cavid və Cəlildən başqa şəxslər də məsuliyyətə cəlb edilib. Həmin şəxslər Teleqram sosial şəbəkəsində “DARK MONEY CHAT” yazışma qrupunda “@Kraker”, “@w1se5” və “@Mosad2x” şərti adlı istifadəçilər, eləcə də digər şəxslərdir. Onlar barəsində açılmış cinayət işi ayrıca icraata verilib.

İstintaqla müəyyən edilib ki, Cavid Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə müdaxilə ilə 450 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarını ələ keçirib.

Cavid sonradan Cəlillə tanış olub. Razılığa əsasən, Cəlil Tiktok sosial şəbəkəsində həmin məlumatları paylaşmağa başlayıb. Elanlar yerləşdirərək istənilən şəxs barəsində şəxsi məlumatları sata biləcəklərini qeyd ediblər.

Cavidin ifadəsində diqqətçəkən məqamlar var. O, ifadəsində Səhiyyə Nazirliyinin elektron sisteminə necə müdaxilə etdiyini belə danışıb:

“Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə daxil olmaq üçün “script” kompüter məlumatı hazırladım. “E-health.gov.az”ın kompüter təhlükəsizliyi sistemində yaranan “Covid-19 directory” bazasındakı boşluqdan istifadə edərək sistemə sızdım. Vətəndaşların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, FİN və s. kimi məlumatları əldə edib “Kamatera” şirkətinə aid virtual serverə topladım. 450 294 nəfərin məlumatı var idi.

“Discord” yazışma platformasında “Last” ləqəbli şəxslə tanış oldum. Sonra adının Cəlil olduğunu bildim. Dostlaşıb pul qazanmaq qərarına gəldik. Cəlilə “e-health.gov.az” sistemində tapdığım boşluqlar barədə məlumat verdim. Cəlil Tiktokda vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar verdi. Sonra hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacağımızdan qorxduğum üçün elanları silməsini tapşırdım. Məlumatları başqa heç kimə vermədim”.

Cavid ifadəsində Elm və Təhsil Nazirliyinin “miq.edu.az” saytında istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlardan istifadə etdiyini bildirib. Söyləyib ki, bu sistemə dəfələrlə daxil olsa da, vətəndaşlara məxsus şəxsi məlumatları öz sisteminə yükləməyib.

Cəlil də eyni məzmunlu ifadə verib. Hər iki şəxs əməllərindən peşman olduqlarını, ilk dəfədir cinayət əməli törətdiklərini deyiblər.

Məhkəmənin hökmü ilə Cavid 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəlil isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq dövründə Cavid həbsdə idi. Amma Cəlil barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə Cəlilin həbs edilməsi barədə hökm çıxarıb. Cəlil məhkəmə zalında qandallanaraq cəzaçəkmə müəssisəsinə köçürülüb.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Növbəti Yazı

Yol polisi hava ilə bağlı sürücülərə müraciət edib

EKSKLUZİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

10 Sentyabr 2026 / 14:56
0
Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

10 Sentyabr 2026 / 12:39
0
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

10 Sentyabr 2026 / 12:24
0
Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR

Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR

10 Sentyabr 2026 / 12:16
0

XƏBƏR LENTİ

Sabah hava necə olacaq?

Prezident Qaradağda istehsal müəssisəsinin açılışında

Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR

Ermənistana Azərbaycandan yeni tranzit: 3 min ton taxıl

Məqsədli büdcə fondları ləğv ediləcək

Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS

Sürücülərə çağırış: “Sizi evdə gözləyənlər var”

Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr

Ötən ay tarixin ən isti avqustu olub

Azərbaycan 140-dan çox ölkəyə yardım göstərib

Azərbaycan neftinin qiyməti 113 dolları ötüb

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” – JURNALİST

Ermənistanda vətəndaşlıq almaq 5 dəfə bahalaşacaq

Ermənilər Bakıya gəlir

Azərbaycanda ötən ay inflyasiya dəyişməyib

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb

Yol polisi hərəkət iştirakçılarına müraciət edib

Azərbaycanda hər 3 şagirddən 2-si oxuduğunu anlamır – ŞOK HESABAT

Sabahın hava proqnozu

“Mançester Yunayted” – “Sabah” oyunu sükutla başlayacaq

Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb

Son 5 ildə 93 mindən çox uşaq bir valideyni ilə yaşayır

Daha 28 məktəbdə təmayüllü siniflər olacaq – SİYAHI

BDU-da ən populyar ixtisas məlum oldu

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.