Suriya İsraillə 1974-cü il razılaşmasına qayıtmağa hazırdır.
Cumhuriyyet.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.
O, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Suriyanın Vaşinqtonla bu mövzuda əməkdaşlıq etmək istədiyini bildirib.
Qeyd edək ki, İsrail və Suriya arasında 1974-cü ildə imzalanan müqavilə hər iki ölkə ordularının toqquşmadan yayınmasını nəzərdə tuturdu.