İyulun 28-də Qazax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Gənclər düşərgəsinin açılış mərasimi keçirilib.
Cumhuriyyet.az Mediaxeberleri.az-a istinadən xəbər verir ki, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan – Salyan və Gəncə-Daşkəsən regionlarından 98 nəfər yeniyetmə və gəncin iştirak etdiyi tədbirdə Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin baş məsləhətçisi Coşqun Hidayətov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “İrəli” İctimai Birliyinin baş katibi Riad Cəbrayılov və Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış ediblər.
Tədbirin sonunda gənc ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.

