Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İdman

Futbolda bu qaydalar dəyişdirildi

İyul 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) tərəfindən qəbul edilmiş son dəyişikliklərə əsasən, bir sıra qaydalara yeni əlavələr və düzəlişlər edilib.

Cumhuriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, bu dəyişikliklər həm oyunçuların davranışlarına, həm də hakimin qərar mexanizminə birbaşa təsir edəcək.

Məsələn, qapıçıların topa nəzarət müddəti ilə bağlı yeni limit tətbiq olunacaq. Belə ki, artıq qolkiperlər topu cərimə meydançasında əlləri ilə maksimum 8 saniyə saxlaya biləcəklər. Bu zamanın içərisinə topun havada saxlanması, yerə qoyulması və ya birəlli nəzarəti də daxildir. Qapıçının ayaqda və ya yerdə olmasının fərqi yoxdur – nəzarət anından etibarən sayım başlayacaq. Qayda ilk dəfə pozularsa, qarşı tərəfə künc zərbəsi veriləcək. İkinci dəfə eyni hal təkrarlanarsa, xəbərdarlıq ediləcək, üçüncü pozuntuda isə sarı vərəqə göstəriləcək. Zərbə qapıçının hansı künc bayrağına yaxın olmasından asılı olaraq həmin tərəfdən yerinə yetiriləcək.

Penaltilərlə bağlı da diqqətçəkən yenilik var. Əgər zərbə vuran oyunçu qeyri-ixtiyari olaraq topa ardıcıl iki dəfə toxunarsa – məsələn, ayağı sürüşüb və topa nəzarətsiz ikinci toxunuş olarsa – bu zaman qol hesab olunmayacaq. Lakin əvvəlki kimi cərimə zərbəsi ilə yox, penalti təkrar olunmaqla oyun davam edəcək. Bu dəyişiklik təsadüfi səhvlərə daha ədalətli yanaşmanı təmin etməyə yönəlib.

Hakim qərarlarına etiraz qaydalarında isə tamamilə yeni yanaşma tətbiq ediləcək. Belə ki, artıq meydanda yalnız komanda kapitanı hakimlə fikir mübadiləsi apara biləcək. Xüsusən də VAR-dan istifadə olunduğu epizodlarda digər oyunçular hakimi mühasirəyə alaraq etiraz etsələr, dərhal intizam cəzası ilə qarşılaşacaqlar. Əgər kapitan qapıçıdırsa və meydanın o başında dayanırsa, bu zaman başqa bir oyunçu əvvəlcədən hakimə bildirilərək kapitan kimi çıxış edəcək.

Oyun dayandırıldıqda topun kimə verilməsi qaydası da dəyişib. Əvvəllər bu vəziyyət topa son toxunan komandaya əsasən müəyyən edilirdisə, yeni qaydaya görə hakim topun nəzarətdə olduğu komandanı müəyyənləşdirə bilirsə, onu həmin tərəfə yönəldəcək. Bu dəyişiklik ədalətsiz görünən epizodların qarşısını almağa kömək edəcək.

Eyni şəkildə, texniki zonada baş verən təsadüfi topa toxunuşlar da fərqli qiymətləndiriləcək. Əgər ehtiyat oyunçu, əvəzlənmiş futbolçu və ya məşqçi meydanı tərk edən topa bilərəkdən yox, təsadüfən toxunarsa, artıq sarı vərəqə verilməyəcək və oyun dolayı cərimə zərbəsi ilə yox, sadəcə sərbəst şəkildə davam etdiriləcək.

Son olaraq, ofsayd qərarlarında da incəliklər artırılıb. Əgər qapıçı topu oyuna əli ilə qaytarırsa, bu zaman oyundankənar vəziyyəti müəyyənləşdirmək üçün topun qapıçının əlindən çıxdığı an – yəni son fiziki təmas nöqtəsi əsas götürüləcək. Bu dəyişiklik ofsaydların daha dəqiq və ədalətli müəyyən olunmasına xidmət edir.

Əvvəlki Yazı

Bu dərmanlar geri çağırıldı

Növbəti Yazı

Xalq artisti Arif Babayev vəfat edib

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.