İndiki sülh dövrü diplomatlardan və hökumətdən hərbi səfərbərlik tələb edir.
Cumhuriyyet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Yalnız müharibə və hərbi əməliyyatlar zamanı deyil, sülh dövründə də səfərbərlik lazımdır. Nəzərə alın ki, biz sülh dövründə, hərbi səfərbərliyə ehtiyac duyulan bir dövrdə yaşayırıq. Bu il və gələn il çətin olacaq! Təzyiq və tələblər daha da artacaq. Bu, təkcə diplomatik nümayəndəliklərin rəhbərlərinə deyil, bütün hökumətə aiddir. İqtisadiyyatı saxlamaq lazımdır”, – Lukaşenko bildirib.