Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Saleh Məmmədovun asfalt zavodu Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –VİDEO+FOTOLAR

Avqust 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir?

17 Sentyabr 26 / 9:10
Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

Şahmar İbadovun xanımı ilə milyon yarımlıq qalmaqallı icarə müqaviləsi

12 Sentyabr 26 / 12:00
“Kristal Abşeron” şefinin qardaşı iflas olur

“Kristal Abşeron” şefinin qardaşı iflas olur

11 Sentyabr 26 / 9:20
Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

Məhərrəm Novruzov həbsin bir addımlığında – “Hacı”nın macəraları “Şəki Yaylası”nda bitir?

09 Sentyabr 26 / 14:56
İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

İsmayıl Qasımovun “Zulu Shipping”i Rusiya və İrana necə kömək edir?

28 Avqust 26 / 17:50

Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!

Yenixeber.org: Ötən ilin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Xatırladaq ki, bu tədbir – BMT-nin İqlim Dəyişmələri Konfransı – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən konfransdır. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və 1990-cı illərin ortalarından etibarən inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq üçün hüquqi cəhətdən məcburi öhdəliklər qoyan Kioto Protokolunu müzakirə etmək üçün UNFCCC tərəflərinin – Tərəflər Konfransının (COP) rəsmi görüşü kimi xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi, BMT-nin Baş katibi Antonio Quterraş başda olmaqla bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi Sammit yüksək səviyyədə keçirildi və bir sıra vacib nəticlərələ yadda qaldı. Azərbaycan yaşıl enerji sahəsində yenilikləri ilə Beynəlxalq Ekosistemə töhvələr verməkdə davam edir. Bu dövlət başçımız üçün prioritet məsələlərdən birinə çevrilib…

Təəssüf ki, bu həqiqəti ya bilməyən, ya da bilmək istəməyən yüksək çinli məmurlarımız da var…

                                 AAYDA-nin “şef”i Saleh Məmmədov kimi…

Bak-Sumqayıt yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsindən sonra “Asfalt zavod” deyilən bir yaşayış massivi var. Adı üstündədir-burada sovetdənqalma, həm də iş qabiliyyətini qoruyub saxlaya bilmiş bir Asfalt zavodu var. Bu zavod Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin balansında fəliyyət göstərir. Bundan başqa, elə eyni ərazidə “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin adı bəlli olmayan, iritonnajlı avtomobillərin qarajı kimi tanınan daha bir idarəsi var…

“Onillərdir ki, bura yaşayış ərazisidir. Gördüyünüz kimi, asfalt zavod da, bu qaraj da yaşayış massıvının ortasındadır. Zavodun tüstüsü, qarajın iritonnajlı maşınları həyatımızı alt-üst edir. İndi hansı zəmanədir ki, hansısa zavoddan belə tüstü çıxsın. Ölkədə ekoloji problemlərlə bağlı ciddi addımlar atılır. Amma, bu rəhbərlər ya “fil qulağında yatıb”, ya da onlara belə sərf edir. Elə bil qəsdən kimlərsə bizim nəfəsimizi kəsir…Uşaq demirlər, yaşlı demirlər, şikəst ediblər bizi. Bu illər ərzində burada bir nəsil yetişib. Təsəvvür edirsiniz, burada dünyaya göz açıb, 30-40 yaşına çatan insanın sağlığı necə ola bilər?

Mən inanmıram ki, Ermənistanın Metsamor AES-i bu dərəcədə zərərli olsun. Dəfələrlə müxtəlif formada etirazımızı bildirsək də, nəticə olmur. Ümidimiz bircə cənab prezidentə qalıb ki, məlumatı olsun və problemin həllini tapşırsın”.

Bu narazılıq sözügedən ərazidə yaşayanların Yenixeber.org-un əməkdaşı ilə söhbətindəndir. Sakinlərin dəvəti ilə sözügedən ərazidə olduq…Video və fotolardan mənzərə aydındır. Necə deyərlər “Görünən dağa nə bələdçi”. Zavodun 10-15 metrliyində yaşayış təsəvvürolunmaz dərəcədə fəlakətlidir. Vətəndaşın da qeyd etdiyi kimi, bu gün hansı zamandir ki, bir zavoddan ətrafı bu dərəcədə çirkləndirəcək zərərli maddələr çıxsın. Bəs filtr deyilən, müasir texnalogiya deyilən nəsnələr də var axı…

 

Biz məlum qanun və prinsiplərə uyğun olaraq 30.06.2025-ci il tarixdə aidiyyatı dövlət strukturlarından ikisinə – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə video və fotolarla birlikdə online rəsmi sorğu ünvanladıq.

Ötən ayın 10-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini, rəis səlahiyyətlərini müvəqqəti icra edən Emin Ələkbərovun imzası ilə məktub aldıq. Məktubda qeyd edilir ki, 2024-cü ildə bu zavodda monitorinqlər aparılmış və ciddi nasazlıqlar aşkar edilmişdir. Müəssisənin rəhbəri 4000 manat, MMC isə hüquqi şəxs qismində 10500 manat cərimə edilmişdir. Bu il isə aparılan monitorinqlə atmosferə atılan zərərli maddələrin miqdarının normada olduğu müəyyənləşib(?) Və s.

Göründüyü kimi ekoloji duruma sorumlu olan struktur da problemin mövcudluğunu birbaşa etiraf edir.

Artıq bir ayı keçməsinə baxmayaraq hörmətli Saleh Məmmədovdan isə cavab yoxdur… Səbəbini biz bilmirik: cavab yazmağa söz tapılmır, yoxsa sayqısızlıq?

Onu da xatırladaq ki, bir müddət əvvəl mediada hüquqi təmsilçisi Həmzəyev Zaur Oktay oğlu olan “Bakı 1 nömrəli Yol İstismarı” MMC-nin 580 203.89 manat vergi borcu olması haqqında məlumat yayılmışdır. Vaxtı ilə rəisi Saleh Məmmədov olan bu MMC həm də, AAYDA-nın ən böyük idarəsi sayılır.  

                                      Saleh Məmmədova xatırlatma…

Hörmətli Saleh Məmmədova xatırlatmaqda fayda var ki, ekoloji problem, yaşıl enerji və s. dövlət başçısı cənab İlham Əliyevin prioritet hesab etdiyi və bu istiqamətdə gərəkən addımlar atdığı sahədir. Yazının girişində qeyd etdiyimiz kimi, bu məsələ təkcə ölkədaxili deyil, beynəlxalq tədbirlərdə də, siyasi hakimiyyətin aktiv fəaliyyəti ilə müşahidə edilir. Və Azərbaycan konkret təklif və addımları ilə diqqət mərkəzinə çevrilir.

Haqqında yazdığımız problemin varlığını etiraf etməkdən ötrü isə nə hansısa texnoloji avadanlıqlara, nə də xüsusi biliyə ehtiyac yoxdur. Sadəcə, problemi görmək istəyi və etiraf etmək cəsarəti yetər. Həm də vətəndaş bunu Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə müqayisə edirsə… 

Belə olan halda isə rəhbəri Saleh Məmmədov olan dövlət qurumunun hansısa zavodunda ekoloji problemin fontan vurması yumşaq desək anlaşılmazdır. Bəlkə də kimlərsə bunu prezidentin siyasətinin sabotaji kimi də qəbul edə bilər…

Nə olursa olsun, Saleh Məmmədovun bilib və unutmamalı olduğu vacib şərtlər var: Böyük bir dövlət təşkilatına rəhbərlik edib də, dövlət siyasətinin əleyhinə getmək və özəl maraqlar xatirinə bir toplumun can sağlığını gözardı etməyin adı başqadır!

Bunlar çox ciddi faktorlardır. Bu səbəbdən də, unutmaq olmaz ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…(Yenixeber.org)

Mövzunun davamı olacaq.

Əvvəlki Yazı

Binəqədi rayonunda qanunsuz yaşayış binası inşa edilir? – FOTO/VİDEO

Növbəti Yazı

Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:”İxtiraçı” həkimdən YENİ XƏBƏR

EKSKLUZİV

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

21 Sentyabr 2026 / 16:18
4
Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

21 Sentyabr 2026 / 13:48
5
270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

21 Sentyabr 2026 / 13:46
2
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

21 Sentyabr 2026 / 13:27
1

XƏBƏR LENTİ

Sülhü süngüsü, ədaləti qüdrəti hesabına təmin edən dövlət!

Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?

270 saylı məktəbin 11A sinfindən yüksək nəticə: 25 şagirddən 23-ü tələbə oldu

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Qazaxda icra başçısı 2023-cü ildə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarını məzarları başında ehtiramla yad edib

İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb

Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir – Foto

ƏHD Partiyası Azərbaycan xalqını təbrik edib

“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Paşinyan: həbslərdə istsinalar olmayacaq

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

Paşinyan rus dili kursuna gedir

Sabah hava necə olacaq?

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

DİN-ə yeni vəzifə həvalə olunub

Xəzər dənizində partlayışlar gözlənilir

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Uşaq evlərindən 28 gənc tələbə oldu

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Messi bu klubu satın aldı

Azad edilmiş ərazilərdə yaşayanların sayı 93 mini keçib

“Həzi Aslanov”da işlər nə vaxt tamamlanır? – Rəsmi

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Təhlükəli mallar bazardan yığışdırılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.