Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Rusiyanın “üzünə” vurulan “ŞİLLƏ”

Avqust 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə imzaladığı Birgə Bəyannamədən ən çox rahatsız olan dövlət, sözsüz ki, Rusiyadır. Ukrayna məsələsinə görə hələ ki, rəsmi səviyyədə bunu tam büruzə verməsə də.

Kremlə yaxın avrasiyaçı politoloq, mifik “Rus dünyası”nın əsas ideoloqlarından və təbliğatçılarından olan Aleksandr Duqin isə artıq özünəməxsus tərzdə hadisəyə reaksiya bildirib. O, Vaşinqton anlaşmasını “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb.

“Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək zamanıdır”, – Duqin qəzəbini gizlətməyib.

Onun sözlərinə görə, saziş Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə, məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir”.

Ardınca isə deyib: “Paşinyanı və Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir imperiyayıq, ya da “müttəfiqlərimizin” bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur”…

Görəsən hansı ədalətdən danışır bu velikorus şovinisti? Nə demək “öz maraqlarını müdafiə eləməyə qadir imperiya” qurmaq, “böyük dövlət statusunu bərpa etmək zamanı”, yaxud “artıq postsovet məkanına da nəzarət etmirik” gileyi? Necə, hansı yolla “nəzarəti” və “böyük dövlət statusunu” bərpa edəcəksiniz? Ukraynadakı kimi?..

Əlbəttə, insanların, xalqların inam-etimadını itirmək böyük faciədir. Onu bərpa eləmək isə, son dərəcə çətin. Amma və lakin Rusiya günahı heç kimdə yox, özündə axtarmalı, arada güzgüyə baxmalıdır, nəinki Duqin kimi avantüristlərin, şarlatan solovyovların, zatulinlərin, qurulyovların təhdid dili ilə qonşuları şantaj siyasətinə davam etməlidir.

Təzədən dirçələn velikorus axmaqlığı nə Rusiyanı, nə də rus cəmiyyətini yaxşı heç yerə gətirməyəcək. Bayırda 2025-ci ildir. Vəhşi millətçiliyə qapılmaqla, “güclüyəmsə, demək, həmişə haqlıyam” idbar yanaşması ilə siz heç bir xalqda özünüzə qarşı rəğbət yarada bilməzsiniz. Zorla sevgi, heyranlıq olmur, olmayacaq!

Əksinə, olan-qalan inamı da itirəcəksiniz. Hətta günün birində “qardaş” dediyiniz Belarus da sizdən uzaqlaşacaq. “Qardaş və dindaş” Ukrayna kimi. Daha biz qeyri-slavyan ölkələri demirik…

Məsələ də ondadır ki, artıq hamı, özəlliklə postsovet ölkələri Putin Rusiyası ilə bağlı öz “dərsini” götürüb, nəticəsini çıxarıb. Əgər XXI əsrin 25-ci ilində də Moskvada ən yüksək səviyyədə və orta əsr təfəkkürü ilə imperiyanın bərpası vacibliyi bəyan edilirsə, tam ciddi şəkildə Çar Rusiyasının sərhədlərindən və üsul-idarəçiliyindən nostalji hissi ilə dəm vurulursa, üstəgəl, “Rusiyanın sərhədləri yoxdur” deyə qonşu dövlətlər açıq şəkildə hədələnirsə, qonşu özü üçün başqa hansı nəticəni çıxarmalıdır ki.

Müxtəsəri, nə qədər gec deyil, Rusiya imperiya iddiaları məsələsində özünü yığışdırmalıdır. Yoxsa Duqinin dediyi “şillələrdən” çox yeyəcək…

Z.SƏFƏROĞLU

Əvvəlki Yazı

İranda  şok olay: Qadın 22 ildə 11 ərini öldürüb

Növbəti Yazı

Pezeşkian İranda türk adlarına qoyulmuş qadağaya qarşı göstəriş verdi

EKSKLUZİV

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

14 Yanvar 2026 / 20:57
3

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

14 Yanvar 2026 / 16:12
2

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

13 Yanvar 2026 / 22:29
1
Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

12 Yanvar 2026 / 11:06
8

XƏBƏR LENTİ

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Sensasion həbslər olacaq – Astroloq

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.