Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Maraqlı

SSRİ dövründə Xəzər dənizini ikiyə bölmək istəyiblər

Avqust 12, 2025
A A

REDAKTORUN SEÇİMİ

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

16 Oktyabr 25 / 13:04
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05

SSRİ-də Xəzər dənizinin üstündən 450 kilometrlik bənd tikmək və başqa sözlə, dənizi ikiyə bölmək və ya bir dənizdən ikisini yaratmaq ideyası olub.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi prosesi əbəs yerə sarkaç (mayatnik) adlanmır. Su hövzəsi tarixi boyu dəfələrlə dayazlaşıb. Sonuncu belə dövr çox yaxın tarixdə baş verib. 1930-1940-cı illərdə dəniz səviyyəsi iki metr aşağı düşüb. Sonra dayazlaşma bir qədər yavaşlayıb və 1940-cı ildən 1970-ci ilə qədər səviyyə daha bir metr aşağı düşüb. 1977-ci ildə bu proses yenidən sürətlənib və su daha yarım metr azalaraq 500 il əvvəlki dayazlıq rekordunu yeniləyib. 1977-ci ilə qədər dəniz üç metrdən çox dayazlaşıb və Quryev yaxınlığındakı sahil xətti demək olar ki, 35 km geri çəkilib. Dənizin şimal hissəsində orta dərinlik cəmi 4-5 m olub və balıq ovu 40% azalıb.

8ee5b2bf-6147-49a5-b770-608437bde5ce.jpeg (100 KB)

Maraqlıdır ki, dənizi “xilas etmək” üçün ideyalar çar mühəndisləri tərəfindən irəli sürülüb. 1871-ci ildə Yakov Demçenko Ob və İrtışı Aral dənizinə, sonra isə Xəzər dənizinə çevirmək arzusunda olub. Bununla belə, 1950-ci illərdə o vaxtlar güman edildiyi kimi, Boris Apollovun daha real layihəsinə diqqət edilib. O, Bakıdan Krasnovodska kimi torpaq bənd tikməyi təklif edib.

Plana əsasən, tiklinin uzunluğu 450 km, zirvəsi su səviyyəsindən bir qədər yüksək, içərisində su elektrik stansiyası və hətta qatarlar üçün marşrutun olması nəzərdə tutulub.

Eyni zamanda, mühəndislər Selitski və Bellavin daha sərt variant irəli sürüblər – daha şimalda, Tyuleniy adasından Manqışlaqa qədər kor bənd tikmək. Lakin 1951-ci ildə Dövlət Plan Komitəsi hər iki variantı həddindən artıq bahalı hesab edib. Şimal çaylarının yönləndirilməsi ideyası gələcək onilliklər ərzində elm adamlarının beynini məşğul etsə də, ölkə iqtisadiyyatı, görünür, belə vəsaitin öhdəsindən gələ bilməyib.

c3024a6c-0b33-4293-b784-0557e54dc623.jpeg (176 KB)

Yeri gəlmişkən, bir az da şərqdə, Aral dənizinin mənzərəsi, yəqin ki, aydın xəbərdarlıq rolunu oynayıb. Hələ 1960-cı illərdə Amudərya və Sırdəryanın suları kütləvi şəkildə pambıq plantasiyalarına yönəldilməyə başlanıb və nəticədə bütün cənub Aral dənizi yox olub, geridə səhra və yüzlərlə kilometrə duz səpələyən sərt küləklər qalıb. Dənizin şimal hissəsi Kok-Aral bəndi sayəsində qurumayıb və bu gün yavaş-yavaş bərpa olunur.

Xəzər dənizi təbii dövrlər və cəsarətli, bəzən isə tələsik mühəndislik ambisiyaları arasında tarazlıq yaradıb. 1980-ci ildə sovet inşaatçıları buxarlanmanı azaltmaq üçün Qaraboğazgöl yolunu bağlayıblar. Dörd il sonra dənizin səviyyəsi qalxıb, bəndin açılması qaçılmaz olub. Aydın olub ki, Xəzər dənizi, bir qayda olaraq, öz qanunları ilə yaşayır və insan müdaxiləsi həmişə kömək etmir.

71952b9c-7216-44d7-9520-3a8c7ff0aa20.jpeg (54 KB)

1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi artmağa başlayıb və bu proses 1995-ci ilə qədər davam edib. Bu dövrdə Xəzərin səviyyəsi təxminən 2.65 metr artaraq Baltik sistemi ilə – 26.40 metr olub. 1995-ci ildən 2010-cu ilə qədər müəyyən stabilləşmə müşahidə olunub. Bu dövrdə kəskin səviyyə tərəddüdləri qeydə alınmayıb. Lakin 2011-ci ildən başlayaraq yenidən kəskin enmə prosesləri müşahidə edilib ki, bu proses də hazırkı dövrə qədər davam edir.

Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır. 2001-ci ildən bəri şimal-şərq sahil xətti 50 kilometrdən çox geri çəkilərək minlərlə kvadrat kilometrlik keçmiş dəniz dibini quru əraziyə çevirib. Xəzərin səviyyəsi 5 metr aşağı düşərsə, Qazaxıstan hissəsindəki ekoloji əhəmiyyətli ərazilərin 60 faizə qədəri yoxa çıxa bilər. Bununla yanaşı, 10 metrlik dayazlaşma belə ərazilərin 80 faizindən çoxunun itirilməsi, yaşayış yerlərinin və mühafizə sədlərinin pozulması ilə nəticələnəcək.

98f004e9-4426-4066-bbe8-e4215dcbb6a2.jpeg (166 KB)

Digər tərəfdən, Xəzərin səviyyəsinin azalması onun duzluluğunun artmasına gətirib çıxaracaq. Dənizdəki canlıların 10-12 promilli duzluluğa öyrəşdikləri üçün 20 promilli duzluluq onların həyatı üçün ciddi təhlükədir. Eyni zamanda səviyyə endikcə dayazlaşma daha çox gedir, dayaz yerlər yayda daha çox qızır, qışda isə tez donur. Temperaturun yüksəlməsi oksigenin də buxarlanmasına səbəb olur və su oksigensizləşir. Bu da canlıların tələf olması ilə nəticələnir.

Bütün hallarda dənizin qurumasının qarşısını almaq beş Xəzəryanı ölkənin üzərində ciddi məsuliyyət qoyub. Müzakirələr, bəyanatlar və alimlərin danışıqları mətbuatda səslənsə də, Xəzər geri çəkilir.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Əvvəlki Yazı

İran Ermənistana XƏBƏRDARLIQ ETDİ

Növbəti Yazı

Amerika Birləşmiş Ştatları – Dünyanın sülh və təhlükəsizlik qarantı

EKSKLUZİV

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

16 Oktyabr 2025 / 17:26
0
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

16 Oktyabr 2025 / 17:11
0
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16 Oktyabr 2025 / 17:04
0
“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

16 Oktyabr 2025 / 16:58
0

XƏBƏR LENTİ

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Azərbaycanda pensiya islahatları olacaq – Nələr dəyişəcək?

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

Filtrli siqaretlərin qadağan edilməsi nəzərdə tutulur

Qəzzada əməliyyatlar bərpa edilə bilər – Vaşinqton və Təl-Əvivdən növbəti xəbərdarlıq

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.