Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Tibb Universitetinə qarşı ETİRAZLAR artır… “ATU-da 6500 manatlıq keyfiyyətdə təhsil var?”

Avqust 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycan Tibb Universiteti (ATU) “Tibb” ixtisasının illik təhsil haqqını 2000 manat artırıb. Yəni bundan sonra sözügedən ixtisas üzrə ödənişli əsaslarla təhsil alan tələbələr universitetə illik 6500 manat pul ödəyəcəklər. Bu da 6 illik təhsil müddəti ərzində 39 000 manat edir.

Tribunainfo.az xəbər verir ki, ATU-nun bu qərarı heç də birmənalı qarşılanmayb və sosial şəbəkələrdə yeni qərarı tənqdi edənlər də olub.

Pediatr Vaqif Qarayev bu qərar qarşı çxanlardandır. O bildirib ki, imkanı aşağı olan ancaq övladı bu ixtisası istəyən və qəbul olan valideynlər əziyyət çəkəcək:

“Tibb Universitetinin “Tibb” fakültəsində təhsil haqqı 2000 manat artırılaraq 6500 manat olub. Yəni həkim olmaq istəyən 6 il ərzində 39000 (otuz doqquz min!!!) manat ödəməlidir. Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək.
Ödənişsiz oxumaq istəyənlər 650+ bal toplamalıdır. Hər il belə olur. Amma bir məsələ var ki, ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur axı. Ona görə valideynlər bu qədər xərci qarşılamaq üçün xeyli əziyyət çəkəcəklər.
İndi gözləyək, təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaqmı, yoxsa imkanı olan yenə diplomu götürüb xaricə qaçacaq?”.

Jurnalist Naibə Qurbanova isə bildirib ki, onsuz da bu gün Azərbaycanda tibb təhsili almayanlar da əməliyyat edə bilir:

“Səhiyyə Nazirliyinin yerinə olsam, diplomsuz fəaliyyət göstərən həkimlərlə “mübarizə” aparmaq əvəzinə onlara fəxri adlar, mükafatlar verərəm. Bunların diplomu yoxdur hələ belə xarüqələr yaradırlar, görün olsa, nələr edərlər.
Tibbdə təhsil almağın qiyməti də bu ildən ikicə min artıb. Bir halda ki, bu əməliyyatları təhsil almadan da etmək olur, xalxı niyə xərcə salırsınız?”.

Jurnalist Fərid Şahbazlı da təhsil haqqının bu qədər qaldırılmasının əleyhinədir. O bildirib ki, minimum əmək haqqı miqdarında maaş alan ailə bütün illik gəlirini təhsil haqqına yönəltsə belə tələb olunan məbləğə çatmır:

“Orta əmək haqqı alan ailələr isə gündəlik zəruri xərclərini qarşıladıqdan sonra bu məbləği toplamaq üçün böyük məhrumiyyətlər hesabına qənaət etməlidir.

Bu isə ali tibbi təhsilin əhalinin böyük bir hissəsi üçün real əlçatanlığını məhdudlaşdırır və ölkənin intellektual potensialının formalaşmasına mane olur.

Unutmaq olmaz ki, universitetin əsas xərclərinin böyük hissəsi dövlət tərəfindən maliyyələşdirilir – infrastruktur, laboratoriyalar, akademik heyətin maaşları və digər əsas xərclər dövlət büdcəsindən qarşılanır. Belə olan halda qalan maliyyə yükünün tam şəkildə tələbələrin üzərinə qoyulması doğru yanaşma deyil.

Dünyada ali təhsil müəssisələrinin uğurlu maliyyələşmə modeli yalnız təhsil haqlarına söykənmir. Tədqiqat qrantları, beynəlxalq layihələr və universitetin elmi-texnoloji məhsullarının kommersiyalaşdırılması əsas gəlir mənbələrini təşkil edir.

Hə, bir də o sual yaranır: Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?”.

Əvvəlki Yazı

Alla Puqaçova Rusiya vətəndaşlığından imtina edir

Növbəti Yazı

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

EKSKLUZİV

Ayxan Abbasov komandasında mənfi təsir görmür: “Birliyimiz sarsılmazdır”

18 Aprel 2026 / 18:47
0

“Qarabağ” – “Sabah” Matçının Start Heyətləri Açıqlandı: Həlledici Məqam!

18 Aprel 2026 / 18:47
0

İspaniya Baş naziri BMT-də tarixi islahat tələb edir: Təşkilata qadın rəhbər gəlməlidir

18 Aprel 2026 / 18:45
0

Paşinyan Açıqladı: Türk Hava Yolları Gümrüyə Uçuşlara Başlaya Bilər

18 Aprel 2026 / 18:45
0

XƏBƏR LENTİ

Ayxan Abbasov komandasında mənfi təsir görmür: “Birliyimiz sarsılmazdır”

“Qarabağ” – “Sabah” Matçının Start Heyətləri Açıqlandı: Həlledici Məqam!

İspaniya Baş naziri BMT-də tarixi islahat tələb edir: Təşkilata qadın rəhbər gəlməlidir

Paşinyan Açıqladı: Türk Hava Yolları Gümrüyə Uçuşlara Başlaya Bilər

“Karvan-Yevlax” Premyer Liqada Zəfər Yürüşünü Davam Etdirir: Ardıcıl İkinci Qələbə!

“Leobank” müştəri xidmətləri tənqid atəşində: Vüqar Baba ciddi narazılıqlardan danışdı

Oman sahillərində növbəti gəmi insidenti: Beynəlxalq narahatlıq artır

Trampdan İrana Hörmüz Boğazı Xəbərdarlığı: Qlobal Təhdid Cavabsız Qalmayacaq

Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyini gücləndirir: Neft ixracı 65% artdı

Azərbaycan Futzal Kubokunda Həlledici Anlar: Final Uğrunda Mübarizə Qızışır

Konte üçün kritik an: Klub prezidenti təcili görüşə hazırlaşır

Kubokda sürpriz və derbi: Karvan-Yevlax qələbə qazandı, Qarabağ-Sabah matçı gərgin olacaq

Müctəba Xamenei: “İran Ordusu Ölkə Ərazisini Və Bayrağını Qoruyur”

Ukrayna Rusiyanın Neft Zavodlarına Zərbələr Endirdi: Enerji Sənayesi Hədəfdə

Mehriban Əliyeva Antalyada Qlobal Məsələlər Panelinə Qatıldı: Fələstin Təhsili Gündəmdə

Çinin Hidrogenlə İşləyən Təyyarəsi 16 Dəqiqəlik Səssiz Uçuşla Dünyanı Heyrətləndirdi

Tramp İspaniya hökumətini niyə hədəf aldı? Sərt tənqidlər gündəmi silkələdi

Azərbaycanın gübrə idxalına sərf etdiyi vəsait kəskin artıb: Kənd təsərrüfatı inkişafının göstəricisimi?

Xəzər rayonunda silsilə oğurluqlar: 20 min manatlıq zərər vurulub

90 milyard avroya Venesiyanı başqa yerə köçürəcəklər: Dünyanın ən romantik şəhəri batır?

Livan’da BMT Sülhməramlılarına Dəhşətli Hücum: Fransız Əsgəri Şəhid Oldu

Alleqri “Milan”dan ayrılıq xəbərlərinə münasibət bildirdi: İddialar əsassızdır

“Karvan-Yevlax” oyunda liderliyi qoruyur: Canlı hesab yenilənir!

Zelim Tçkayev Avropa Çempionatında Azərbaycanı Bürünclə Sevindirdi

Melburnda Dəhşət: Avtomobil İzdihamın Üzərinə Sürüldü, Qurbanlar Var

Kür çayında suyun səviyyəsi kritik həddə: Nasos stansiyaları dayandırıldı

Hörmüz boğazında Şok Hadisə: İki Ticarət Gəmisi Atəşə Tutuldu

Rusiyanın neft zavodları növbəti dəfə hədəfə alındı: Enerji sənayesinə zərbə

Xırdalanda dəhşətli qətl hadisəsi: Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb

Qlobal Aviasiya Yanacağı Böhranı: Uçuşlar Ləğv Edilir, Sektor Daralır

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.