Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Banklardan əhaliyə zərbə – Bu pullar qaytarılmayacaq

Avqust 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Yüksək “keşbek” vədləri ilə rəqabətə qoşulanlar indi faizləri endirir; hüquqşünas deyir ki…

Müştərilərin diqqətini çəkmək və gündəlik nağdsız ödənişləri stimullaşdırmaq üçün bankların uzun illərdir istifadə etdiyi üsullardan biri də “keşbek kampaniyaları”dır. Yəni kartla edilən ödənişlərə görə müştəriyə müəyyən faizlə pul geri qaytarılır. Son illərdə 2X və daha yüksək keşbek vədləri ilə rəqabətə qoşulan banklar indi faizləri endirir, hətta “keşbek kampaniyaları”nı dayandıran, onlardan imtina edən banklar da var.

İqtisadçı ekspert Xalid Kərimli Modern.az-a bildirib ki, keşbek faizləri banklar üçün əslində əlavə bir xərc mənbəyidir. İqtisadçının sözlərinə görə, bu vəsaitlər birbaşa bankların öz büdcəsi hesabına qarşılanır və hər hansı qanunla tənzimlənmir. Yəni bu sadəcə olaraq, bankların müştəri cəlb etmək üçün könüllü tətbiq etdikləri bir təşviqdir.

Bəs bankların bu qərarı verməyə səlahiyyəti çatırmı? Bu, müştərilərin hüquqlarının pozulması deyilmi?

Qeyd edək ki, “keşbek” kampaniyaları banklar üçün həm müştəri cəlb etmə, həm də mövcud müştəriləri aktiv saxlamaq baxımından effektiv bir alət olub. Lakin son dövrlərdə bu kampaniyalarda azalmalar və ya dəyişikliklər müşahidə olunur. Mütəxəssislər bu tendensiyanın bir neçə əsas səbəbini izah edir. Qeyd edilir ki, banklar üçün “keşbek”lər maliyyə baxımından yük yaradır. Xüsusilə yüksək inflyasiya və artan əməliyyat xərcləri fonunda bu tip bonuslu sistemləri davam etdirmək çətinləşir. Beynəlxalq ödəmə sistemlərinin (Visa, Mastercard və s.) komissiya xərcləri də bu yükə əlavə olunur. Bir neçə il öncə keşbek rəqabəti müştəri qazanmaq üçün əsas vasitə idi. Lakin indi demək olar ki, hər kəsin bir neçə bank kartı var və yeni müştəri qazanmaq əvvəlki qədər asan deyil. Mərkəzi Bank və digər nəzarət orqanlarının komissiya və gəlir modellərinə müdaxiləsi bəzən bankların keşbek strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olur. Artıq müştərilər təkcə keşbeklə kifayətlənmir, əlavə xidmətlər (mobil bankçılıq, sürətli dəstək, fərdi təkliflər və s.) də gözləyir.

Əkrəm Həsənov: ""Kapital Bank"da həyat yoldaşımın istifadəsində olan kart  var, bağlatdıracağam" Pravda.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov “keşbek” kampaniyaları ilə bağlı “Yeni Müsavat”a açıqlamasında fikrini bölüşüb: “Bəli, keşbek kampaniyaları bankların öz təşəbbüsü ilə həyata keçirdikləri kampaniyalar idi və bu, heç də bütün banklarda tətbiq olunmurdu. Bank müəyyən edirdi ki, əgər müştəri onun xidmətlərindən istifadə edərsə, o zaman ödənişlərin müəyyən faizini geri qaytaracaq. Bu, bankın seçimindən asılı idi – istəsə edərdi, istəməsə etməzdi. Əgər bank bu kampaniya ilə bağlı üzərinə öhdəlik götürübsə, yerinə yetirməli idi. Amma istənilən vaxt bu kampaniyadan imtina edə, yaxud da keşbek faizini azalda bilər.

Bu cür kampaniyaların əsas məqsədi müştəriləri cəlb etmək və onların həmin bankın xidmətlərindən istifadə etməsini təmin etmək idi. Bu hal, müəyyən mağazaların keçirdiyi kampaniyalara bənzəyir – məsələn, “bir məhsul alana digəri 50% endirimlə verilir” və ya “2 mal alana 1-i hədiyyə” kampaniyaları kimi.

Bəs indi niyə bu cür kampaniyalar dayandırılıb? Çünki bu, banklar üçün əlavə xərc deməkdir. Artıq insanlar nağdsız ödənişə alışıb və istifadə etdikləri bankları da müəyyən ediblər. Müştərinin bir bankdan digər bankın xidmətinə keçmək ehtimalı çox azdır. Bu səbəbdən də banklar belə kampaniyalardan geri çəkilir. Üstəlik, böyük banklar ümumiyyətlə bu cür təşviqlərə ehtiyac duymur, çünki onların müştəri bazası onsuz da kifayət qədər genişdir. Kiçik və orta banklar isə bu sahədə böyük banklarla rəqabətə tab gətirə bilmirlər”.

Mütəxəssislərə görə banklar üçün keşbek kampaniyaları ilk baxışda müştəri üçün cəlbedici görünən sadə bir mexanizm olsa da, əslində bu sistemin davamlılığı üçün xeyli xərc tələb olunur. Xüsusilə inflyasiya, valyuta dəyişmələri və əməliyyat xərclərinin artması fonunda bu kampaniyalar banklar üçün maliyyə yükünə çevrilə bilər. Digər tərəfdən, kart bazarının doyması və rəqabətin fərqli müstəvilərə keçməsi nəticəsində keşbek artıq müştəri qazanmaq üçün yeganə vasitə deyil. Bankların bu istiqamətdə alternativ axtarışlara çıxması nəticəsində loyallıq proqramları, partnyorlu endirimlər, spesifik sahələr üzrə keşbek (məsələn, yalnız market, yanacaq və ya restoran xərclərində) və ya qısa müddətli kampaniyalar daha geniş yayılmağa başlayıb. Eyni zamanda, abunəlik əsaslı modellər də inkişaf edir – yəni aylıq və ya illik ödəniş müqabilində daha yüksək keşbek və əlavə xidmətlər təqdim olunur. Bu yanaşmalar həm daha çevik, həm də banklar üçün daha dayanıqlı gəlir modelidir.

Bakıda bu bankdan 316 min manat və 32 min dollar oğurlandı

Qlobal təcrübəyə nəzər saldıqda, ABŞ bu sahədə öncüllərdən biridir. Orta hesabla kredit kartları 1-2% standart keşbek təklif edir, bəzən rotasiya edən kateqoriyalarda bu göstərici 5%-ə qədər yüksəlir. Bu model illərdir effektiv şəkildə işləyir, xüsusilə də rəqabətin çox yüksək olduğu bazarda banklar və fintech şirkətləri real vaxtda keşbek, personalizə olunmuş təkliflər və mobil tətbiq vasitəsilə asan geri qaytarma imkanları ilə fərqlənməyə çalışır. Böyük Britaniyada isə keşbek çox vaxt loyallıq proqramları ilə inteqrasiya olunur və bank müştəriyə nağd pul əvəzinə, hədiyyə xalları, təyyarə milləri və digər təkliflər təqdim edir. Avstraliyada isə sərt regulyasiya səbəbilə keşbek modelləri daha zəif inkişaf edib və banklar daha çox sığorta, təhlükəsizlik və təcrübə əsaslı xidmətlərə yönəlib.

Sinqapur və digər yüksək gəlirli ölkələrdə banklar daha çox premium müştərilərə yönəlmiş keşbek modelləri tətbiq edir. Bu sistemlərdə keşbek faizləri yüksək olsa da, çox vaxt aylıq xərcləmə limitləri və kateqoriya məhdudiyyətləri tətbiq olunur. Digər tərəfdən, Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə keşbek təkcə bank kartları deyil, eyni zamanda mobil ödəniş platformaları və fintech xidmətləri üzərindən də geniş tətbiq olunur. Xüsusilə mikrokeşbek modelləri burada geniş yayılıb.

Qlobal trendlər göstərir ki, keşbek anlayışı təkcə nağd pul qaytarmaqdan ibarət deyil. Artıq bu sistem müştəri davranışlarını yönləndirmək, sadiqliyi artırmaq və şəxsi təkliflər vermək üçün strateji bir alətə çevrilib. Banklar süni intellekt və data analizindən istifadə edərək müştərilərə fərdi keşbek təklifləri təqdim edir. Eyni zamanda, tərəfdaş markalarla işləyərək yalnız seçilmiş məhsul və ya xidmətlər üzrə yüksək keşbek imkanları yaradılır. Bununla yanaşı, oyun elementləri də əlavə edilərək müştərinin motivasiyası artırılır. Son nəticədə, keşbek kampaniyalarının klassik forması bəzi bazarlarda zəifləsə də, onun müasir və fərdiləşdirilmiş versiyaları hələ də bank strategiyalarında mühüm yer tutur. Gələcəkdə bu sistemlərin daha da inkişaf edərək müştəri təcrübəsini zənginləşdirəcək innovativ modellərə çevriləcəyi gözlənilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Əvvəlki Yazı

48 saat sürən 15 avqust və əlvida, “Nobel”

Növbəti Yazı

İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.