Üç əcnəbinin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntü barədə araşdırma aparılıb.
“AzPolitika” xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hr 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.
“AzPolitika” xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər. Bu da ictimaiyyətin haqlı narazılığına səbəb olib.
Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.
Onların əməlinə hüquqi qiymət veriləcək.