Xəbər verdiyimiz kimi, dünyanın ən sevilən hakimi olmuş Frank Kaprio 88 yaşında vəfat edib. Gununsesi.info ABŞ mediasına istinadən xəbər verir ki, xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilən Kaprio xəstəxanada da vəfat edib.
“ABŞ-ın ata hakimi” kimi tanınan Kaprio, xüsusən də “Providensdə Yaxalandı” verilişində verdiyi mərhəmətli və humanist qərarları ilə qlobal fenomenə çevrilib.
Kaprio mərhəmətli və insanpərvər qərarları, xüsusən də “Providensdə Yaxalandı” televiziya proqramındakı çıxışları ilə dünyada milyonlarla insanın sevgisini qazandı. Məhkəmə prosesləri zamanı isti və zarafatcıl üslubu onu fenomenə çevirmiş, hətta ona “ata hakimi” ləqəbini də qazandırmışdı.
Ailəsi bildirdi ki, o, təkcə hörmətli hakim kimi deyil, həm də sadiq həyat yoldaşı, ata, dost kimi yadda qalacaq. Onun irsinin ilhamlandırdığı xeyirxahlıqlarda yaşayacağını bildirdilər.