Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Təhsilimizdə uyğunsuz proqramlar – Azərbaycan məktəbləri və dünya təcrübəsi

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

16 Oktyabr 25 / 13:04
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
2025-2026-cı tədris ilinə az qalıb. Yeni dərs ili ərəfəsində şagird-müəllim heyyətinin gözləntisi tədris proqramlarında real dəyişikliklərin olmasıdır. Çünki mövcud vəziyyət göstərir ki, Azərbaycan məktəblərində tətbiq edilən proqramlar nə şagirdlərin bilik səviyyəsinə, nə də əmək bazarının tələblərinə tam uyğun gəlir.
Son illərin nəticələri bunu açıq göstərir: Buraxılış imtahanlarında orta nəticələr 50 faizi keçmir, ali məktəblərə qəbul imtahanlarında isə abituriyentlərin böyük bir qismi minimal keçid balını belə toplaya bilmir. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəsmi statistikaya görə, 2024-cü ildə buraxılış imtahanlarında iştirak edən 100 mindən çox şagirddən təqribən 42 faizi Azərbaycan dili və riyaziyyatdan kəsilib.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, təhsil proqramları cəmiyyətin tələblərinə uyğun qurulmayıb: “Bu rəqəmlər proqramların yüklü və pedaqoji baxımdan uyğunsuz olduğunu göstərir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.2-ci maddəsində açıq şəkildə yazılır ki, təhsil sistemi cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni tələblərinə uyğun qurulmalıdır. Amma real mənzərə əksini göstərir: proqramların məzmunu nə əmək bazarına, nə də beynəlxalq təhsil standartlarına cavab verir. Əksinə, şagirdlər çox vaxt əzbərçiliyə məcbur edilir, tədris materiallarının böyük hissəsi onların yaş və psixoloji imkanlarından kənardadır. Bu isə həm təhsilə marağı azaldır, həm də şagirdləri repetitor asılılığına salır. Əgər təhsil proqramı məktəbin öz funksiyasını yerinə yetirmirsə, bu, birbaşa dövlət siyasətinin uğursuzluğu deməkdir”.
Ekspert hesab edir ki, müəyyən fənlərdə – məsələn, informatika və rəqəmsal bacarıqlar üzrə mövzuların əlavə edilməsini müsbət hal kimi qiymətləndirmək olar:
“Bu, XXI əsrin çağırışlarına qismən cavab verir. Amma bu yeniliklər də sistemli deyil, fraqmentar xarakter daşıyır. Mənfi tərəflər isə çoxdur: ədəbiyyat proqramında əsərlərin seçimində pedaqoji uyğunsuzluq, tarix dərsliklərində konseptual ziddiyyətlər, riyaziyyat proqramında şagirdlərin səviyyəsinə uyğun olmayan tapşırıqlar, biologiya və kimya fənlərində isə praktiki bacarıqların yoxluğu. Nazirlik bunları aradan qaldırmaq əvəzinə yalnız formal dəyişikliklərlə kifayətlənir”.
Kamran Əsədov təhsil proqramlarını dünya təcrübəsi ilə müqayisə edib: “Azərbaycanın nə qədər geridə olduğu aydın görünür. Məsələn, Finlandiyada dərs proqramları 6-7 ildən bir yenilənir və bu proses ictimai müzakirələrlə müşayiət olunur. İngiltərədə milli kurikulum ictimaiyyətin rəyinə təqdim edilir, müəllimlər və valideynlər də qərarvermə prosesinə qatılır. Almaniyada proqramlar regionlar üzrə elastik şəkildə qurulur və məktəblərə özəl metodoloji seçim azadlığı verilir. Azərbaycanda isə proqram dəyişiklikləri qapalı şəkildə aparılır, nə müəllimlərin, nə də valideynlərin fikri soruşulur. Nəticədə müəllimlər yeni dərs ilinə başlayarkən proqramdakı dəyişikliklərdən çox zaman son anda xəbər tutur”.
Televiziya efirlərində məktəblilər üçün verilişlərə gəlincə, ekspert vəziyyətin daha acınacaqlı olduğunu bildirib: “Əslində dövlət televiziyası və digər kanallar məktəblilər üçün maarifçi və motivasiyaedici proqramlar təqdim etməli idi. Çünki “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, media gənclərin intellektual inkişafına xidmət edən proqramlar hazırlamalıdır. Amma reallıqda efirlər şoularla doludur, məktəblilərə isə demək olar ki, heç bir ciddi kontent təqdim edilmir. Dünyada BBC və “National Geographic” kimi kanallar uşaqlar üçün interaktiv təhsil proqramları, eksperimentlər, kitab müzakirələri, əyləncəli elm layihələri təqdim edir. Azərbaycanda isə belə layihələr yoxdur, halbuki televiziya məktəbdən kənar maarifləndirmə üçün ən əlverişli platformadır”.
Bəs, yeni tədris ilində şagirdlər hansı dəyişikliyin şahidi olacaq? Kamran Əsədovun sözlərinə görə, yeni dərs ilində ancaq kosmetik dəyişikliklər ediləcək: “Amma bunlar təhsilin keyfiyyətinə təsir etməyəcək. Dəyişməli olan isə yanaşmadır: proqramların məzmunu pedaqoji və elmi baxımdan əsaslandırılmalı, ictimaiyyətə açıq elan olunmalı, müəllimlərə metodiki dəstək verilməlidir. Televiziya məkanında isə məktəblilər üçün elmi-populyar, interaktiv və müasir formatlı verilişlər hazırlanmalıdır”.
Kamran Əsədovun fikirincə, əgər bu yanaşma dəyişməsə, nəticə eyni qalacaq: proqramlar şagirdləri repetitorluğa sürükləyəcək, televiziya isə uşaqların maariflənməsi üçün deyil, yalnız əyləncə vasitəsi olaraq qalacaq.
Bahar Rüstəmli
Qaynarinfo.az
Əvvəlki Yazı

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər İMZALANDI

Növbəti Yazı

Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? – Fakt və ekspert rəyi

EKSKLUZİV

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

16 Oktyabr 2025 / 17:26
0
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

16 Oktyabr 2025 / 17:11
0
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16 Oktyabr 2025 / 17:04
0
“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

16 Oktyabr 2025 / 16:58
0

XƏBƏR LENTİ

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Azərbaycanda pensiya islahatları olacaq – Nələr dəyişəcək?

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

Filtrli siqaretlərin qadağan edilməsi nəzərdə tutulur

Qəzzada əməliyyatlar bərpa edilə bilər – Vaşinqton və Təl-Əvivdən növbəti xəbərdarlıq

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.