Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Pulyeyən məmurun dastanı

Avqust 29, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raketlərlə vurması nəticəsində insanlar həlak oldu, yaralandı.
Vətəndaşların əmlakına ciddi ziyan dəydi. Dövlətimiz hər dəfə olduğu kimi vətəndaşının yanında olsa da bəzi məmurların yarıtmaz, məsuliyyətsiz əməlləri nəticəsində zərərçəkmiş gəncəlilərin bir qismi hələ də dərdinə əlac tapa bilmir.
Müəyyən adamlar var ki layihədə göstərilənləri əməl etmir, büdcədən ayrılmış pulları mənimsəyir, dövlətə ciddi ziyan vururlar.
Düşmən hücumundan zədə almış binaları əsaslı təmir etmək əvəzinə ora-burasını yamayıb xalqı da, dövləti də aldadırlar. Bu barədə Gəncə sakini, məlum hadisə zamanı faciənin mərkəzində olmuş, əmlakını itirmiş Kazımova Solmaz xanım da var. Kazımova Solmaz xanım deyir ki, sözdə evinin guya düzəldiblər.
Amma əslində əsaslı heç nə olunmayıb. Yoxlama aparılsa, obyektiv araşdırma aparılsa, hər şey məlum olar. Mülkiyyət sənədini, evin layihə sənədini almaq müşkülə çevrilib. Çünki bu layihə sənədində dövlətə hesabatda şişirdilmiş rəqəmlər yazılır. Ona görə o rəqəmləri zərərçəkənlərə göstərmək istəmirlər. 2020-ci ildə evləri dağıdılmış digər sakinlər də eyni problemlə üzləşiblər.
Problemi yaradan isə Respublika Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovdur. Vətəndaşlar onun qəbulunda olublar. Sakinlərə söz verib, amma əməl etmir. Göndərdiyi işçilər ünvana gəlməyib geri dönürlər. Hər addımda sadə insanlar aldadılır.
Smetalarda rəqəmlər, qiymətləri şişirdib dövlət büdcəsindən külli miqdarda pul mənimsəyirlər. Hətta evi dağılmamış adamın adına da layihə tərtib edib 500 min manat pul siliblər.
Şikayətçilər deyir ki, bu pulları Namiq Hümmətov Türkiyədəki inşaat biznesinə sərmayə olaraq yatırıb gəlirini artırır. Orada kommersiya obyektlərinə, villalara sahib olub. Namiq müəllimin əlinin altındakı Vasif, Əli, Ramin adlı işçilər də özbaşınalıq edir, özlərini qoçu kimi aparırlar.
Bu məmurlar iqtisadiyyat naziri Mikayıl Cabbarovu da bilərəkdən səhv məlumatlandırırlar. Guya hər şey düzəlib, pullar Kapitalbanka köçürülüb. Amma sakinlərdən bir neçəsi ilə vəsaitin köçürülüb-köçürülmədiyini öyrəndik. Hesabda bir qəpik də yox idi. Ev təmirinə lazım olandan çox pul xərcləndiyi yazılır, amma cüzi məbləğ sərf olunub.
Bu qədər abırsızcasına oyunlar aparıb gözüyaşlı adamların faciələri üzərindən pul qazanırlar. Sonda bir hadisəni də ürək ağrısı ilə qeyd edim… Türkiyədə on minlərlə insanın həlak olmasına səbəb olmuş, bir neçə şəhəri yerlə-yeksan etmiş zəlzələdə həyatını itirmiş azərbaycanlı tələbələrdən biri Solmaz xanımın nəvəsi Şahin Veliyev olub.
O həmin ərəfədə Gəncəyə gəlməliymiş. Ancaq gələ bilməyib. Çünki erməni hücumundan zərər çəkmiş evləri bərbad vəziyyətdə olub. Evi təmir etməli olan qurumlar göz aldadıb əsaslı nəsə etməyiblər. Ev yaşamaq üçün yararsız halda olub. Vaxtında hazır olsaydı, bəlkə mərhum tələbə indi həyatda olardı…
Sima Babayeva
TEREF

Əvvəlki Yazı

Ana övladının həbsiylə bağlı prezidentə müraciət etdi

Növbəti Yazı

DTX-nın keçirdiyi bu görüşlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynayır

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.