Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Gələn il sahibkarları nə gözləyir: Vergi, gömrük və cərimə proqnozları artırıldı + RƏQƏMLƏR

Sentyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Mütəxəssislərin çoxsaylı irad və xəbərdarlıqlarına baxmayaraq, ölkə iqtisadiyyatını düzgün, müasir inkişaf relslərinə oturtmaq, genişləndirmək əvəzinə, hökumət vergi, maliyyə sanksiyası, cərimə yükünü artırmaq hesabına büdcə formalaşdırmaq siyasətini davam etdirir…

Maliyyə Nazirliyi 2026-cı ilin büdcə proqnozlarını açıqlayıb. Doğrusu, yeni büdcədə görünən mənzərə heç də ürəkaçan deyil və bu büdcə iqtisadiyyatda ciddi problemlərin olduğundan xəbər verir…

Təkcə neftin qiymətinin 65 dollardan götürülməsi onu deməyə əsas verir ki, hökumətin iqtisadi bloku büdcəni doldurmaq üçün mənbə axtarışında əməlli-başlı çətinlik çəkir. Belə ki, bir çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar gələn il üçün neft qiymətlərini 50-60 dollar aralığında proqnozlaşdırır. Bizim hökumət isə daha “optimistdir”.

Lakin təəssüf doğuran odur ki, bu “optimizm” heç də xoş güzərandan irəli gəlmir. Hökumət neft qiymətini aşağı proqnozlaşdırsa, büdcə gəlirlərini də az göstərməli olacaq. İndi isə “ya qismət” deyib, qiyməti yüksək göstərir ki, büdcənin gəlirlər hissəsində pis-yaxşı(cəmi 67 milyon manat) artım görünsün. Gerisi nə olar-olar… Hansı ki, Azərbaycan bir vaxtlar büdcədə neftin qiymətini real bazar qiymətindən 10-15 dollar aşağı götürürdü. Yəni, mühafizəkar yanaşma göstərirdi. İndi isə vaxtında doğru addımlar atılmaması nəticəsində yaranmış vəziyyət hökumətin iqtisadi blokunu mühafizəkarlıqdan “müasirləşməyə” keçid etməyə vadar edib…

Büdcədə xüsusilə də sahibkarlar üçün sevindirici nəsə tapmaq çətindir. Əksinə, hər il olduğu kimi, vergi proqnozları artırılıb. Baxmayaraq ki, hökumət özü ölkədə iqtisadi durğunluq yaşandığını etiraf edir və müxtəlif hesablamalara görə, iqtisadi artım 1 faiz civarındadır. Yəni ki, yoxdur. Bu göstərici üzrə biz MDB məkanında sonuncuyuq. Belə olan halda, vergi proqnozlarının artırılması bir qədər mübahisəli görünür.

Bu, digər məsələlərlə yanaşı ondan xəbər verir ki, vergi orqanı nəzarəti daha da gücləndirəcək, yoxlamalar – kameral, operativ və s. olmaqla, daha da çoxalacaq. Yəni, bir növ sahibkarın “sıxıb suyunu çıxaracaqlar”. Bunu büdcə proqnozunda “vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar”ın kəskin – 3 dəfəyədək(!) artması da göstərir.

 

 

Vergi orqanlarının xətti ilə toplanan “sair daxilolmalar” anlayışı, vergi ödəyiciləri tərəfindən ödənilən, digər vergi növü olmayan, lakin dövlət büdcəsinə daxil olan digər vəsaitləri ifadə edir. Yəni, əsas etibarilə cərimələri və maliyyə sanksiyalarını! Beləliklə, gələn ilin büdcəsində gəlirlərin 201 milyon manatının vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların (cərimələrin-red.) payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 dəfə çoxdur və yoxlamaların, cərimələrin də bir o qədər artacağını düşünməyə əsas verir…

Həmçinin, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.

Eləcə də 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 429 milyon manatının sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə demək olar, 6 faiz çoxdur.

Bundan əlavə, mənfəət vergisinin 4 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların isə 29 faiz çoxaldılması gözlənilir. Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16 % çoxdur…

Qeyd edək ki, yalnız vergi orqanları deyil, gömrük də sahibkarlara “diqqəti” artıracaq. Belə ki, 2026-cı ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6,85 milyard manat vəsait köçürəcəyi gözlənilir. Məlumata görə, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,8 % çoxdur. Bu milyardların böyük hissəsi təbii ki, sahibkarların cibindən çıxacaq.

Bir sözlə, hər şey sahibkarlıq subyektlərinə, iqtisadiyyata pul qoymaqdan çox, pul yığmağa yönəlib. Bunun hansı formada, hansı üsullarla, necə yığılacağını xüsusi izah etməyə ehtityac yoxdur. Təkcə cərimə proqnozlarının 3 dəfəyədək artırılması kifayətdir ki, ümumi nəticə çıxarmaq mümkün olsun. Odur ki, xüsusilə də “kiçik və orta sahibkarları gələn il nə gözləyir” sualının cavabı tamamilə aydındır…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”  

Əvvəlki Yazı

Paşinyandan son dəqiqə sülh AÇIQLAMASI – FOTO

Növbəti Yazı

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

EKSKLUZİV

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

25 Avqust 2026 / 18:30
4
Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 / 14:30
5
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

24 Avqust 2026 / 15:01
2
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

24 Avqust 2026 / 14:58
5

XƏBƏR LENTİ

Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub – FOTOLAR

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.