Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Əhali peyvənd olunmağa çağırıldı – TƏHLÜKƏ GƏLİR

Sentyabr 23, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Səhiyyə Nazirliyi yayılan virusla bağlı xəbərdarlıq etdi – həkimdən tövsiyələr 

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda hələ ki epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. 

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Yuxarı tənəffüs yollarını zədələyən kifayət qədər çox virus var. Onların adları müxtəlifdir. Amma biz gündəlik həyatda elə hər birini “qrip” adlandırırıq. Hətta burnumuz tutulanda belə “qrip olmuşam” deyirik. Bu, düzgün yanaşma deyil. Çünki qripin öz virus ştamları mövcuddur. Qrip əslində son dərəcə ağır gedişli xəstəlikdir. Bəzən ciddi fəsadlar verir, hətta ölümlə nəticələnən hallara səbəb olur. Tarixdə qrip epidemiyaları milyonlarla insanın həyatına son qoyub. Allah göstərməsin, bir də elə bir təhlükə ilə üzləşməyək. Hazırda belə bir vəziyyət yoxdur və ümid edirik ki, heç olmayacaq da. 

Amma qripdən fərqli olaraq, nisbətən yüngül gedişli virus xəstəlikləri də var. Onlar daha çox uşaqlar və böyüklər arasında müşahidə olunur. Təbiidir, payızdır, hava dəyişib, iqlim dəyişikliyi müşahidə olunur. Bu, hər il olduğu kimi bu ildə də təkrar olunacaq. Belə vəziyyətdə nə etmək lazımdır? Əslində qorunma yolları çoxdan məlumdur və artıq 100 ildən çoxdur ki, həkimlər tərəfindən tövsiyə edilir: əlləri tez-tez yumaq və gigiyenaya riayət etmək, insanların sıx toplaşdığı yerlərə getməmək, geyimə diqqət yetirmək, xüsusilə uşaqların geyiminə fikir vermək. Xüsusilə də uşaqlarda. Çünki hava olduqca dəyişkəndir: səhər başqa, günorta tamam başqa, axşam isə daha fərqli temperatur ola bilər. Ona görə valideynlər uşaqların geyimini hava şəraitinə uyğun seçməlidirlər. Valideynlər havaya aldanmasın. Yəni səhər günəşli olsa belə, uşaqlar məktəbə gedəndə ehtiyat üçün əlavə geyim qoymaq lazımdır ki, dərsdən çıxanda soyuğa düşməsinlər. Əllər də mütləq yuyulmalıdır. Bu, adi bir qaydadır və yeni tələb deyil, sadəcə, mütləqdir”. 

Həkim qeyd edir ki, qidalanmaya xüsusi diqqət verilməlidir: “Menyuda meyvə və tərəvəz bol olmalı, eyni zamanda ət də mütləq yer almalıdır. Çünki sağlam qidalanma uşaqların immunitetini gücləndirir. 

Havaya çıxmaq da vacibdir. Şagirdlər təmiz havada olmalıdırlar, lakin ağız-burnu tam bağlamadan nəfəs almalıdırlar. Soyuqdan bu qədər qorxmaq düzgün deyil. Əsas odur ki, uşaqlar çoxlu insanın toplandığı, havasız yerlərə getməsinlər.  

Peyvənd isə həssas və ağrılı mövzudur. Burada söhbət əsasən qrip peyvəndindən gedir. Adətən peyvənd sözü gələndə insanlar qorxu və şübhə ilə yanaşırlar. COVİD-19 pandemiyası isə bu məsələni daha da kəskinləşdirdi və dünya miqyasında bir çox insanda peyvəndə qarşı etiraz və nifrət yarandı. 

Amma faktlar göstərir ki, COVİD-19 dövründə peyvənd olunan insanlar ya xəstəliyə yoluxmadı, ya yoluxsalar da yüngül keçirdilər. Peyvənd olunmayanlarda isə yoluxma halları daha ciddi oldu və bəziləri ölümlə nəticələndi. Bu, təkcə ölkəmizdə deyil, bütün dünyada müşahidə olunan bir tendensiyadır. 

Qrip virusunun müxtəlif ştamları mövcuddur – A, B, C. Sosial və səhiyyə qurumları hər il bununla bağlı araşdırmalar aparır. Məsələn, 2025-ci ilin payızında Azərbaycanda hansı qrip ştamının yayıla biləcəyi proqnozlaşdırılır. Bu ştamlara qarşı peyvəndlər hazırlanır ki, payız aylarında insanlar qorunmuş olsunlar”. 

Əvvəlki Yazı

Bayramovla Mirzoyan görüşdü

Növbəti Yazı

Erməni katolikos Putinə Azərbaycanla bağlı müraciət etdi – hiylə

EKSKLUZİV

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

24 İyul 2026 / 10:32
0
ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

24 İyul 2026 / 10:01
0
BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

24 İyul 2026 / 7:24
3
Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

23 İyul 2026 / 18:00
3

XƏBƏR LENTİ

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Ətin qiyməti niyə od tutub yanır?

Xəzər konsorsiumu neft nəqlini dayandırdı

Bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Qarabağ atlarının sayı açıqlandı – RƏSMİ

47 kişi zorakılığa məruz qalıb – RƏSMİ

Azərbaycanda işsizlərin sayı

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT

Müavinət və təqaüd ALANLARIN NƏZƏRİNƏ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

“Arzum” yenidən həbs oluna bilər

Sabah çimərliklərdə hava necə olacaq?

Ölkəmizdə iki yeni peşə məktəbi yaradılacaq

Azərbaycana gələn turistlər azalıb

Sabahın hava proqnozu

İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

DİN skuter və velosiped sürücülərinə müraciət edib

Azərbaycan UEFA reytinqində eyni mövqedə qalıb

Məzunlara elektron diplomların verilməsinə başlanıldı

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var – SİYAHI

Təcili yardımı boş yerə məşğul edənlərin SAYI

Bakıdakı məşhur universitet bağlanır?

Fərqli rəqibə qarşı çıxış edəcəyik – Qurbanov

Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı

Satılmış vicdanların rəzil aqibəti

Zərifə Quliyeva oğlunun xatirəsinə musiqi klipi və film həsr edib

Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.