Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı

Sentyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəblərin müəllim, metodist, ümumilikdə isə pedaqoji və idarəetmə heyətinin bilik və bacarıqlarının artırılmasına 2,8 milyon manat vəsait ayrılıb. İqtisadiyyat.az xəbər verir ki, İnstitut bununla bağlı bir neçə təhsil şirkəti ilə yeni müqavilələr bağlayıb.

Belə ki, “Alqoritmika Azərbaycan” ilə bağlanılmış müqavilədə ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu layihənin maliyyə dəyəri 600 325 manat müəyyənləşib. İnstitut inkluziv təhsilin təşkili istiqamətində ixtisasartırma və müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün ixtisasartırma təlimlərinin keçirilməsini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinə həvalə edib və onunla 907 000 manat dəyərində müqavilələr bağlayıb.

Təhsil İnstitutu Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi ilə isə 4 nəhəng müqavilə bağlayıb ki, burada lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsi, ümumi təhsil müəssisələrində metodist hazırlığı üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulur. İnstitutun müəssisə ilə bu istiqamətdə bağladığı müqavilələrin dəyəri isə 886 690 manat müəyyənləşib.

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə ixtisasartırma təlimlərini isə Savad Mərkəzi keçəcək. İnstitut bunun müqabilində müqavilə bağlayaraq mərkəzə 216 000 manat ödəniş edib.

İnstitutun Azərbaycan Müəllim İnkişaf Mərkəzi ilə bağladığı müqavilədə isə təlim prosesində texnologiyalardan effektiv istifadə üzrə ixtisasartırma təliminin keçirilməsi nəzərdə tutulur ki, bunun da maliyyə dəyəri 36 000 manat müəyyənləşib.

Ümumi təhsil müəssisələrində öyrənmə mühitinin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi Təhsildə Araşdırma və İnkişaf Mərkəzinə həvalə olunub ki, bununla da bağlı 72 000 manat dəyərində müqavilə bağlanılıb.

Şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkilinə müasir yanaşmalar üzrə ixtisasartırma təlimlərini isə Psixologiya Elmi-Tədqiqat İnstitutu həyata keçirəcək. Bu isə Təhsil İnstitutuna 90 000 manata başa gələcək.

Əvvəlki Yazı

AYNA rəhbərinin villa qalmaqalı: susmaq səbəbi bilindi – 20 illik sənədə işarə

Növbəti Yazı

İş adamı Hacı İlham Sıxseyidovun QSC-si hakim qarşısında

EKSKLUZİV

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

24 İyul 2026 / 10:01
0
BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

24 İyul 2026 / 7:24
3
Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

23 İyul 2026 / 18:00
3
Ətin qiyməti niyə od tutub yanır?

Ətin qiyməti niyə od tutub yanır?

23 İyul 2026 / 17:47
1

XƏBƏR LENTİ

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Ətin qiyməti niyə od tutub yanır?

Xəzər konsorsiumu neft nəqlini dayandırdı

Bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Qarabağ atlarının sayı açıqlandı – RƏSMİ

47 kişi zorakılığa məruz qalıb – RƏSMİ

Azərbaycanda işsizlərin sayı

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT

Müavinət və təqaüd ALANLARIN NƏZƏRİNƏ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

“Arzum” yenidən həbs oluna bilər

Sabah çimərliklərdə hava necə olacaq?

Ölkəmizdə iki yeni peşə məktəbi yaradılacaq

Azərbaycana gələn turistlər azalıb

Sabahın hava proqnozu

İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

DİN skuter və velosiped sürücülərinə müraciət edib

Azərbaycan UEFA reytinqində eyni mövqedə qalıb

Məzunlara elektron diplomların verilməsinə başlanıldı

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var – SİYAHI

Təcili yardımı boş yerə məşğul edənlərin SAYI

Bakıdakı məşhur universitet bağlanır?

Fərqli rəqibə qarşı çıxış edəcəyik – Qurbanov

Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı

Satılmış vicdanların rəzil aqibəti

Zərifə Quliyeva oğlunun xatirəsinə musiqi klipi və film həsr edib

Sabahdan bəzi dərmanların qiymətində dəyişiklik olacaq

Bakı metrosunda iş rejimi dəyişdirilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.