Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İdman

“Qarabağ” Avropanın “kürkünə birə saldı” – Bakıda onları nə gözləyir?

Sentyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Oktyabr ayı Azərbaycan futbolunun tarixi üçün çox həyacanlı bir günlə başlayacaq. Artıq indidən bütün diqqətlər oktyabrın 1-ə yönəlib. Həmin gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda 17 ilə yaxındır ki, ölkəmizi Avropa arenasında şərəflə, qürurla təmsil edən “Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsində ikinci oyununa çıxır. Rəqib Danimarka nəhəngi “Kopenhagen”dir və kifayət qədər tanış klubdur.

Hələ Ağdam klubu Danimarka çempionu ilə 7 il öncə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmış və onlara tarixlərinin ən ağrılı faciəsini yaşatmışdı. Bakıdakı oyunda 1-0 hesabı ilə qələbə qazanan “Köhlən atlar” səfərdə 2-1 hesablı məğlubiyyətə baxmayaraq, həmin dövrdə keçərli sayılan səfər qolu ilə tarixində ilk dəfə ən mötəbər turnirin qruplarına vəsiqəni təmin etmişdi. Onun üçün də əminliklə demək olar ki, “Kopenhagen” həm də Bakıya qisas almaq üçün gələcək. Bu qarşılaşmanı eyni zamanda, ən çox marağa çevirən daha bir detal var. Bu da “Qarabağ”ın sentyabrın 16-da səfərdə ilk oyununda Portuqaliyanın “Benfika” klubuna da tarixi faciəsini yaşatmasıdır.

Cəmi 24 milyonluq büdcə ilə dəyəri yüz milyonlarla ölçülən “Benfika” qarşısında 2-0 geri düşməsinə baxmayaraq, sonradan toparlanan Ağdam klubu rəqibinin qapısından 3 top keçirərək, dünyanı şoka salmışdı. “Benfika” bu oyundan sonra o qədər dəliyə dönmüşdü ki, gecə ilə dərhal baş məşqçini istefaya göndərmişdilər. Hələ də dünyanın nüfuzlu futbol nəşrləri, tanınmış idman mütəxəssisləri, futbol məqşçiləri əfsanəvi baş məşqçimiz Qurban Qurbanov sirrini çözməyə çalışırlar. Amma 24 milyonluq büdcəyə sahib olduqlarını eşidəndə hər kəsin nitqi quruyur, “Qarabağ”ı tamamilə başqa planetdən sayırlar. Bu klubun hələ bir çox klublara başağrısı olacağı proqnozlaşdırılır. Necə ki, tarixində ilk dəfə Çempionlar Liqasında debüt edəndə İspaniya çempionlarından sayılan “Atletiko Madrid”ə “həyat dərsi” vermişdi. Bakıdakı və Madriddəki hər iki oyunda 10 nəfərlə qalmasına baxmayaraq, “Qarabağ” 1-1-lik heç-heçəyə nail olmuşdu. Nəticədə yoluna Avropa Liqasında (həmin dövrdə UEFA kuboku adlanırdı) davam edən İspaniya nəhəngi məhz həmin ildə kuboku başı üzərinə qaldırmışdı. Yəni “Qarabağ” 8 il öncəki “Qarabağ”dır, Qurban Qurbanov da təmkinli, sakit görünən, hər kəsə yerini göstərən həmin baş məşqçidir…

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a açıqlamasında klubumuzun ciddi təzyiq altında olduğunu qeyd etdi: “Qarabağ” üçün Çempionlar Liqasının əsas mərhələsində ən çətin oyun “Kopenhagen”lə qarşılaşma olacaq. Bunun bir neçə səbəbi var. “Qarabağ” hazırda inanılmaz təzyiq altındadır. “Benfika” ilə səfərdə qazanılan qələbə sayəsində bütün dünya “Qarabağ”dan danışmağa başladı. Bu da ilkin təzyiqin formalaşmasını şərtləndirdi. Ardınca ölkə ictimaiyyəti də tələb etməyə başladı: Səfərdə “Benfika” məğlub edilibsə, deməli, Bakıda “Kopenhagen”ə də qalib gəlməliyik.

Futbolda belə fəlsəfə, yanaşma yoxdur. Belə yanaşacaqsansa, məğlub olacaqsan. “Benfika” ilə oyunda “Qarabağ”dan heç kim heç nə gözləmirdi. Amma qələbə hər şeyi dəyişdi. İndi “Qarabağ”dan hamı nəticə gözləyir. Çempionlar Liqasının səviyyəsini, klubların gücünü nəzərə almadan gözləyirlər.

Bu da “Qarabağ”ı istər-istəməz təzyiq altında saxlayır. Birincisi, ÇL-də zəif komanda yoxdur, ikincisi, “Kopenhagen” çox güclü komandadır. Bunu “Bayer”lə oyunda meydanda sübut edilər. Üçüncüsü, “Benfika” ilə oyundan sonra bu komanda “Qarabağ”a daha ciddi münasibət göstərəcək. “Benfika” ilə oyundan sonra “Qarabağ” “Çelsi” və ya “Liverpul”la qarşılaşsaydı və məğlub olsaydı, ictimaiyyət bunu qəbul edəcəkdi. Amma indi hamı az qala belə iddiaya köklənib: “Qarabağ” “Kopenhagen”ə mütləq qalib gəlməlidir, başqa yol yoxdur”.

İndi gəl komandanı, futbolçuları bu təzyiq dalğasından qoru. Yəqin ki, “Qarabağ”ın futbolçularında da psixoloji aspektdə problemlər olacaq. Onlar meydana “uduzsaq, necə olacaq” sualı ilə çıxacaqlar.

Amma belə olmamalı idi. “Benfika” üzərindəki qələbə “Qarabağ”ı aşırı böyüdüb, rəqibləri aşırı kiçiltməməlidir. Bura Çempionlar Liqasıdırsa, burada hər komanda qalib gələ, hər biri də məğlub ola bilər.

Bu situasiyanı nəzərə alaraq “Kopenhagen”lə oyunun, bəlkə də, “Qarabağ”ın tarixində ən çətin qarşılaşma olduğunu deyirəm.

Düzünü desəm, özüm də o psixoloji basqıya məğlub olaraq, “Qarabağ”ın bu oyunda qalib gələ bilməyəcəyini düşünürəm. Amma “Qarabağ” da “Qarabağ”dır. İndiyə qədər xeyli baryerləri, o cümlədən ictimai təzyiqləri dəf edib.

Bəlkə də, biz hələ də “Qarabağ”ın hansı səviyyəyə yüksəldiyini dərk edə bilmirik. Ona görə də, qələbəni də istisna etmirəm. Amma istənilən halda, hətta məğlub olsa belə “Qarabağ”ı alqışlamaq lazımdır.

O dəqiqdir ki, “Qarabağ” məğlub olsa da, vuruşacaq, mübarizə aparacaq. Bu tip oyunların taleyini isə bəzən xırda detallar da həll edir: yersiz qırımız vərəqə, gözlənilməz zədə olmayacaqsa, müdafiədə kobud səhvə yol verilməyəcəksə və ələ düşən imkanlardan maksimum yararlanacaqsansa…

Bu baryerləri hansı komanda aşacaqsa, qələbə də onun olacaq. Ümid edək ki, bu komanda “Qarabağ” olacaq. “Qarabağ” istənilən rəqiblə oynamağa qadirdir. Yetər ki, futbolçuların düşüncələri sakit olsun, psixoloji basqıya tab gətirsinlər”.

Əvvəlki Yazı

Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi bəlli olub

Növbəti Yazı

Zelenski istefa verməyə hazır olduğunu bildirdi

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
14
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.