Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22
Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

Tətilə çıxan deputatlar harada istirahət edəcəklər? – SORĞU

15 İyul 26 / 14:59
Belə avtomobillə heç yerə getmərəm – Prezident

Belə avtomobillə heç yerə getmərəm – Prezident

13 İyul 26 / 14:00
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

11 İyul 26 / 13:26
Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

Hörmüzdə azərbaycanlıların gizli neft ticarət şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO

10 İyul 26 / 12:40

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.
Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfəri zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri qüvvədə olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi.

Bu xəbər təkcə bir logistika faktı deyil – Cənubi Qafqazda tarixi dönüş nöqtəsinin başlanğıcıdır. Çünki bu addımla Azərbaycan 30 illik qarşıdurmadan sonra real sülh və əməkdaşlıq səhifəsini açır.

Azərbaycanın xoş niyyəti və regionda sülhə, inkişafa yönəlmiş ardıcıl siyasəti artıq real nəticələr verməkdədir. Bu nəticələr təkcə Azərbaycanın maraqlarına deyil, illərlə təcrid şəraitində yaşamış Ermənistanın gələcəyinə də ciddi təsir göstərir.

Rəsmi Bakının Ermənistanla bağlı illərdir qüvvədə olan tranzit məhdudiyyətlərini tam aradan qaldırması, Prezident İlham Əliyevin strateji baxışının, praqmatik diplomatiyasının və sülh yönümlü liderliyinin növbəti təzahürüdür. Azərbaycan bu addımı atmaqla bir daha göstərdi ki, onun siyasətinin mərkəzində bölgənin sabitliyi, qarşılıqlı iqtisadi fayda və uzunmüddətli əməkdaşlıq dayanır.

Əgər 30 il ərzində Ermənistanın təcavüzkar siyasəti regiondakı bütün kommunikasiya xətlərini məhv etmişdisə, indi Azərbaycan həmin xətləri yenidən açır, yeni imkanlar yaradır.

İndi Ermənistan qarşısında ilk dəfə real iqtisadi dirçəliş, regional inteqrasiya və beynəlxalq ticarət yollarına çıxış imkanı yaranıb. Bunu İrəvanda da anlayırlar – çünki Azərbaycan artıq sözünü əməli ilə təsdiqləyib. Prezident İlham Əliyevin “bizim sözümüz imzamız qədər dəyərlidir” prinsipi bu dəfə də tam reallıqda öz təsdiqini tapdı.

Azərbaycanın qərarı nəticəsində Ermənistanın bir sıra yeni marşrutlara çıxışı mümkün olur. Bunlardan biri Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Çin, Qazaxıstan, Xəzər dənizi və Azərbaycan vasitəsilə uzanan bu dəhliz indi Ermənistan üçün də iqtisadi həyat xəttinə çevrilə bilər.

Məsələn, Kayan–Razdan dəmir yolu xəttinin bərpası və inteqrasiyası sayəsində Çin və Mərkəzi Asiyadan gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan Ermənistana, daha sonra isə Türkiyəyə ötürülə bilər. Bu, Ermənistan üçün təkcə ticarət deyil, həm də geosiyasi əlaqə baxımından mühüm üstünlükdür.

Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə Sünik istiqamətində dəmir yolu xəttinin bərpası gündəmdədir. Bu marşrut aktivləşərsə, Ermənistan İranla birbaşa bağlantı əldə edəcək və nəticədə yüklərin Çabahar limanı vasitəsilə Hind okeanına, oradan isə Avropaya daşınması mümkün olacaq. Beləliklə, Ermənistan ilk dəfə həm İran, həm Türkiyə, həm də Qara dəniz hövzəsinə birləşən tranzit qovşağına çevrilə bilər.

Ermənistan bu imkanlardan yararlanarsa, ölkənin iqtisadiyyatı uzun illərin durğunluğundan çıxar, regiondakı izolyasiya divarları dağılar. Amma bu prosesin davamı üçün İrəvan səmimi olmalı, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına real dəstək göstərməlidir.

Vaşinqton razılaşmalarının həyata keçirilməsi yalnız Azərbaycanın deyil, bütün regionun marağındadır. Əks halda, Ermənistanın tərəddüdləri və populist addımları bu tarixi fürsəti itirə bilər.

Azərbaycan öz üzərinə düşən məsuliyyəti yerinə yetirdi – blokadaları aradan qaldırdı, infrastrukturun bərpasına razılıq verdi, regionda əməkdaşlıq mühitinin formalaşması üçün real addımlar atdı.

İndi söz Ermənistandadır. Əgər İrəvan doğrudan da “sülh, sabitlik və rifah” istəyirsə, bu fürsəti düzgün dəyərləndirməli, Azərbaycanın uzatdığı sülh əlini sıxmalıdır.

Çünki bugünkü reallıq göstərir ki, Cənubi Qafqazda inkişafın, inteqrasiyanın və sabitliyin lokomotivi məhz Azərbaycandır.
Və tarixi təcrübə bir daha sübut edir: Azərbaycan söz verəndə – yerinə yetirir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən V “İpək Yolu” Forumunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanla Ermənistan artıq düşmən deyil və tərəflər sülh razılaşmasına doğru gedirlər. “Ona görə də köhnə marşrut yenidən işə düşüb. Əvvəllər də Rusiyadan, Qazaxıstandan gələn yüklər Ermənistana Azərbaycan üzərindən aparılırdı. İşğal illərində bu marşrut dayandırılmışdı və tranzit daşıma İran üzərindən həyata keçirilirdi”.

Azərbaycanın Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması çox mühüm bəyanatdır. Onun sözlərinə görə, bu, son dərəcə vacib addımdır.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

Növbəti Yazı

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

EKSKLUZİV

Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma…

Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma…

24 İyul 2026 / 16:47
9
İran Azərbaycandan bu məshsulun alışını artırıb

İran Azərbaycandan bu məshsulun alışını artırıb

24 İyul 2026 / 12:00
3
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

24 İyul 2026 / 11:48
5
ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

24 İyul 2026 / 11:39
3

XƏBƏR LENTİ

Prezident və Prezident köməkçisindən eyni məntiq, eyni yanaşma…

İran Azərbaycandan bu məshsulun alışını artırıb

Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv edib

ADY: Sərnişin qatarlarına 21 dəfə daş atılıb

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

“Real”ın ulduz futbolçusu özünü tanınmaz hala saldı

Azərbaycanda qoyunların sayı AZALIR

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

ÜST: Xəstəxanalar istilik dalğalarına ciddi hazırlaşmalıdırlar

BÖYÜK ŞƏHƏRLƏRİN FACİƏSİ… – Bəlkə, doğrudan da dünyanı sevgi xilas edəcək!

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Ətin qiyməti niyə od tutub yanır?

Xəzər konsorsiumu neft nəqlini dayandırdı

Bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Qarabağ atlarının sayı açıqlandı – RƏSMİ

47 kişi zorakılığa məruz qalıb – RƏSMİ

Azərbaycanda işsizlərin sayı

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT

Müavinət və təqaüd ALANLARIN NƏZƏRİNƏ

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

“Arzum” yenidən həbs oluna bilər

Sabah çimərliklərdə hava necə olacaq?

Ölkəmizdə iki yeni peşə məktəbi yaradılacaq

Azərbaycana gələn turistlər azalıb

Sabahın hava proqnozu

İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

DİN skuter və velosiped sürücülərinə müraciət edib

Azərbaycan UEFA reytinqində eyni mövqedə qalıb

Məzunlara elektron diplomların verilməsinə başlanıldı

Azərbaycanda cəmi 3 həkimi olan şəhər var – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.