Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Şəki-Zaqatala iqtisadi rayonunda icra başçıları və büdcə durumu

Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan 6 rayondan (Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən) ikisinin icra başçısı həbsdədir.

Bu ilin iyunun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi əməliyyat zamanı Musa Şəkiliyiev saxlanılıb. Məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Oktyabrın 25-də istintaq orqanının təqdimatı ilə keçmiş icra başçısının həbs müddəti daha 4 ay uzadılıb. M. Şəkiliyiev xüsusilə külli miqdarda mənimsəmə və digər vəzifə cinayətlərində ittiham olunur.

Oktyabrın 29-da DTX-nın keçirdiyi əməliyyat zamanı saxlanılan Balakən rayonunun icra başçısı İslam Rzayev barəsində hələlik məhkəmə qərarı yoxdur. Onun korrupsiya cinayətlərinə görə şübhəli şəxs kimi saxlanıldığı məlumdur. Hər iki icra başçısı müvafiq olaraq 2011 və 2010-cu illərdən bu vəzifəni tutub.

Qeyd olunan iqtisadi zonaya daxil olan digər 3 rayonun (Oğuz istisna olmaqla) icra başçıları da həbsdəki həmkarları kimi uzun müddətli icra başçısı karyerasına malikdirlər.

Məsələn, Şəkinin icra başçısı Elxan Usubov 2009-cu ildən, yəni 16 ildir bu rayonu idarə edir. Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun əmisi oğlu olan icra başçısı haqqında mediada çoxsaylı şikayətlər yer alıb. Şəki sakinləri məmur özbaşınalığından, müraciətlərə baxılmamasından, işsizlikdən və süründürməçilikdən narazıdırlar.

Zaqatala rayonuna 15 ildir rəhbərlik edən 78 yaşlı Mübariz Əhmədzadə isə təqaüd yaşının 13 ilini bu vəzifədə keçirib. O, ləğv edilmiş Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

Azərbaycanda Əhmədzadələr vəzifələri və var-dövlətləri ilə tanınırlar. Uzun müddət Şimal-Qərb bölgəsindəki turizm, istehsalat və kənd təsərrüfatı obyektləri onların nəzarətində olub. Onların investisiya və gəlir mənbələri yalnız Azərbaycanla məhdudlaşmır, Avropanın bahalı paytaxtlarında dövriyyəsi milyonlarla ölçülən şirkətlər və çoxmilyonluq daşınmaz əmlakın sənədlərinə də Əhmədzadələrin adları yazılıb.

Qəbələ rayonu da uzun müddət eyni icra başçısı tərəfindən idarə olunur. Səbuhi Abdullayev 4 mart 2010-cu ildə bu vəzifəyə təyin edilib. Onun rəhbərliyi dövründə Qəbələyə irimiqyaslı dövlət və özəl investisiyalar daxil olub. Bu illərdə Qəbələ respublikanın turizm bölgəsinə çevrilib, çoxsaylı otellər və restoranlar inşa edilib. Varlı təbəqə rayon ərazisində torpaq sahələri və bağlar əldə edib, bahalı daşınmaz əmlak və turizm obyektləri tikib. Qəbələdə əhalinin güzəranı turizm sektorunun inkişafına görə qonşu rayonlarla müqayisədə nisbətən yaxşı olsa da, əhali ənənəvi problemlərdən əziyyət çəkir. İşsizlik başlıca problemdir, vətəndaşların dövlət qurumlarından məmnunluğu da aşağı səviyyədədir. Mediaya müraciət edən vətəndaşlar sosial problemlərdən və məmurların laqeyidliyindən şikayətlənirlər.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində yerli gəlirlər çox aşağı səviyyədədir, bəzi rayonların gəlirləri xərclərini ödəyə bilmir və büdcədən ayrılan dotasiya hesabına fəaliyyət göstərirlər. Məsələn, gələn ilin büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 16 milyard 910 milyon manat məbləğində müəyyən olunub. Layihəyə əsasən, bu məbləğə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondlarına aid olan 334,4 milyon manat, həmçinin yerli xərclər üçün nəzərdə tutulan 759,135 milyon manat daxildir.

Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 15 milyard 817,312 milyon manat səviyyəsində müəyyən olunub.

Beləliklə, rayonların büdcədə payı təxminən 1 milyard manat ətrafında dəyişir. Dövlət büdcəsi ənənəvi olaraq Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının 90 faizdən çox gəlirləri (əsasən neft-qaz gəlirləri) hesabına doldurulur.

Qeyd edək ki, ötən iki onillikdə regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün bir neçə dövlət proqramı icra olunub, ümumilikdə 100 milyard manata yaxın investisiya yatırılıb. Lakin proqramlar kağız üzərində icra edildiyindən sərmayələr gəlir gətirmir.

Uzun illər vəzifədə qalan, dövlətin mühüm postunu gəlir mənbəyinə çevirən icra başçıları və onların yaxın çevrəsi, rayonların gəlirli sahələrini ələ keçirərək böyük gəlir götürüb milyonçulara çevriliblər. Bu sistem dəyişməzsə, yeni kadr təyinatları da vəziyyəti dəyişdirməyəcək. Hətta bəzi rayonlara gənc icra başçıları təyin olunsa da, əhali məmnun deyil və inkişaf hələ də nəzərəçarpan deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Əvvəlki Yazı

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

Növbəti Yazı

Ramiz Mehdiyev və onun “köhnə qvardiyası”: Kölgədə daha kimlər var?

EKSKLUZİV

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

13 Avqust 2026 / 11:00
0
Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

13 Avqust 2026 / 10:45
0
Messi atasına bu sözlərlə vida etdi

Messi atasına bu sözlərlə vida etdi

13 Avqust 2026 / 10:30
0
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

13 Avqust 2026 / 10:16
0

XƏBƏR LENTİ

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Messi atasına bu sözlərlə vida etdi

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Lukaku “Fənərbağça”da – Rəsmi

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

ABŞ-dan Naxçıvan açıqlaması

DİN-dən onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır

NİİM: Yollarda quraşdırılan cihazların elektron protokol tətbiq etmək funksiyası yoxdur

“Korte Bəyannaməsi” qəbul edildi

“Qarabağ”ın prezidenti danışdı: Heyətimizi gücləndirdik!

BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan neftinin qiyməti 95 dolları ötüb

Qazaxda taxıl biçini başa çatıb

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Çimərliyə gedənlərin nəzərinə!

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.