Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Rüşvət alma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

O, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

Vurğun Mənsimov 71445 manat büdcə vəsaitini mənimsəyib, 8000 manat dələduzluq edib, 3 000 manat rüşvət alıb.

İstintaq orqanı tərəfindən V. Mənsimovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Heç kimdən pul almamışam”

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verən V.Mənsimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib:

“2022-ci ildə öz ərizəmlə işdən çıxdım. Yardımlı rayonun Ostair kənd sakinindən 2000 manat, Məlikli kənd sakinindən isə 5000 manat məbləğində pulu borc almışam. Sonra hər ay ödəniş etməklə borcları qaytarmışam. Mənim direktor kimi təşkilati-sərəncam vermə səlahiyyətim olsa da, hansısa şəxsi işə götürmək ixtiyarım olmayıb. Məktəbin pedaqoji, texniki heyətinin işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

Kimisə işə götürmək adı ilə heç kimdən pul almamışam, heç kimi də aldatmamışam. Ona görə mənə verilmiş ittihamda göstərilənləri qəbul etmirəm. Belə hal olubsa da, aldığım pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”.

“Direktor müavini cavabdehlik daşıyıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləridir: “Məktəbdə çalışan müəllimlər tələblərə uyğun işləyib, vaxtlı-vaxtında dərsləri tədris edib və intizam-intizam qaydalara riayət ediblər.

Məktəb əvvəllər, yəni 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşib. Sənədlərdə heç saxtakarlıq olmayıb. Direktor olaraq əməkhaqlarının ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmişəm.

Məktəbdə artıq işçilərin əməkhaqlarının ödənilməsi məsələsini təhsil və maliyyə idarələri həll edib. Mənim bundan xəbərim olmayıb. Məktəbdə dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara mən yox, direktor müavini cavabdehlik daşıyıb”.

“Əmrləşmə aparılmayıb”

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məktəbin binası kiçik və tədris üçün əlverişsiz olduğundan məşğələlər müxtəlif məktəblərdə təşkil edilib:

“Məşqçi-müəllimlər, texniki işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, mənim isə əmrim əsasında işə götürülüb. Təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişik.

Etiraf edirəm ki, bəzi işçilər təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, mənim isə əmrim əsasında işə götürülsələr də, vəzifə funksiyalarını yerinə yetirmədikləri halda onlara tərəfimdən maaş buraxılması halları olub.

Həmçinin şahidlərdən biri məktəbə məşqçi-müəllim təyin edilsə də, onun heç bir qrupu olmayıb və dərs keçməyib. Lakin aylıq maaşını alıb. Daha bir neçə müəllim dərs keçsə də, onların barəsində tərəfimdən əmrləşmə aparılmayıb”.

“Məqsədim müddət udmaq olub”

V.Mənsimovun ifadəsinə görə, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru onunla əlaqə saxlayıb, Əfqan İbayev və qardaş oğlu Fərahim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşub: “Həmin vaxt pula ehtiyacım olduğundan onları işə götürə biləcəyimi bildirdim. Bir neçə gün sonra Sırıq kəndinin ərazisində bunun üçün 5000 manat aldım.

Fikrim Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşaraq həmin şəxsləri işə götürmək idi. Onda təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə idi. O, məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu plan alınmadı. 5000 manat pulu öz şəxsi ehtiyaclarım, o cümlədən tibbi xərclərim üçün sərf etdim.

Zərərçəkmiş şəxsdən 5000 manatı aldığım vaxt ona Fərahim və Əfqanı şahmat kursuna göndərəcəyimi, kurs bitdikdən sonra işə götürəcəyimi demişəm. Amma onları hər hansı şahmat kursuna göndərmək fikrim olmayıb. Məqsədim guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu almaq, daha sonra isə onların işə qəbul edilməsinə cəhd etmək olub.

Zərərçəkmiş şəxs tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özümə inandırmaq məqsədi ilə əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edərək imzalamışam”.

Məhkəmənin hökmü ilə V. Mənsimov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və barəsində daha ədalətli, humanist qərar qəbul edilməsini xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti qismən təmin olunub. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.

Təqsirləndirilən şəxs 1 il 9 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub, cəzası 4 il 9 aya endirilib.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə baxılıb və təmin edilməyib./Teleqraf

Əvvəlki Yazı

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Növbəti Yazı

Azərbaycanda bu yol pullu olacaq

EKSKLUZİV

Almaniya Avtomobil Sənayesindəki Durğunluqdan Sonra Müdafiə Sənayesinə Yönəlir: Avropanın Yeni Silah Fabriki Olacaq

20 Aprel 2026 / 15:56
1

Qana Sərxoşlar Assosiasiyası Hökumətə Sərt Ultimatum Verdi: Alkoqol Qiymətləri Düşməsə, Küçələrə Axışacağıq!

20 Aprel 2026 / 15:56
1

19 Noyabr 2026: Milyonlar Niyə İndidən Məzuniyyət Planlaşdırır? Sosial Medianı Silkələyən Sirr

20 Aprel 2026 / 15:56
0

Avstraliyada Dəmir Yolu Nəhəngi: Dünyanın Ən Uzun Qatarı Rekordlara Düşdü

20 Aprel 2026 / 15:56
0

XƏBƏR LENTİ

Almaniya Avtomobil Sənayesindəki Durğunluqdan Sonra Müdafiə Sənayesinə Yönəlir: Avropanın Yeni Silah Fabriki Olacaq

Qana Sərxoşlar Assosiasiyası Hökumətə Sərt Ultimatum Verdi: Alkoqol Qiymətləri Düşməsə, Küçələrə Axışacağıq!

19 Noyabr 2026: Milyonlar Niyə İndidən Məzuniyyət Planlaşdırır? Sosial Medianı Silkələyən Sirr

Avstraliyada Dəmir Yolu Nəhəngi: Dünyanın Ən Uzun Qatarı Rekordlara Düşdü

Məhəmməd Salahın “Liverpul”a Duyğusal Vida Mesajı: Gələcək Qeyri-müəyyənliyi

Azərbaycan Kubokunda Həlledici Hakim Təyinatları Açıqlandı

“Çelsi” Qarnaço ilə bağlı qərarını verdi: “Mançester Yunayted” ulduzu hədəfdə

Azərbaycanlılar ən çox nəyə pul xərcləyir: Qida, içki, yoxsa tütün məhsulları?

Paşinyan Qarabağdan köçən ermənilərin geri dönüşünə son qoyur: İrəvanın rəsmi mövqeyi

Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək: İrəvanın kollektiv təhlükəsizlikdən uzaqlaşması

ABŞ-İran Danışıqları Yenidən Gündəmdə: Tramp və Munir Mühüm Müzakirələr Apardı

Hörmüz Boğazında Gəmiçilik Dayandı: Fars Körfəzində Gərginlik Kritik Həddə Çatıb

Pentaqonda Gərginlik Artır: ABŞ Ordusunda Daxili Parçalanma Dərinləşir

Pensiyalar Aprelin 21-də Tam Ödəniləcək: Nazirlikdən Rəsmi Açıqlama

Lizbon Dünyanın Ən Canlı Şəhəri Seçildi: Rənglərin Paytaxtı!

San Fransiskoda Böyük Xəzinə Ovu: 25 Min Dollarlıq Nadir Qızıl Sikkə Kimin Olacaq?

Slovakiya hava məkanını gücləndirir: 14 ədəd F-16 qırıcısı alındı

Yarım Əsrdir Qaynar: Bangkokun Əfsanəvi Əriştə Şorbası Dünyanı Heyran Edir

Almaniyada Yerin Dərinliklərində Nəhəng Litium Yatağı Tapıldı: Avropanın Enerji Gələcəyi Dəyişir

Azərbaycan Güləşçiləri “Çempionlar” Turnirində Bürüncə Layiq Görüldü

Frank Lempard mövsümün ən yaxşı məşqçisi seçildi: Karyerasında yeni zirvə!

İran ABŞ-ı hədələdi: “Döyüşə tam hazırıq”

Qarabağdan Köçən Ermənilərin Səsi: Ermənistan Seçkilərində Həlledici Rol

Ermənistan Konstitusiya İslahatını Yekunlaşdırdı: Yeni Əsas Qanun Nə Zaman Dərc Ediləcək?

Dövlət Xalq Artisti Rasim Balayevin Qəbirüstü Abidəsinin Xərcini Öz Üzərinə Götürdü

Yaxın Şərqdə Gərginlik Zirvədə: Livan və İran Ətrafında Atəşkəsə Rəğmən Qarşılıqlı Hücumlar

FTX-dən Şok İddia: Almaniya və Orta Asiya Vətəndaşları Terror Hazırlığında

Bloomberg: Hörmüz boğazında gəmiçilik tamamilə dayanıb – Qlobal təhlükəsizlik təhdid altında

Rusiya və Hindistanın strateji hərbi əməkdaşlığı: 3000 əsgər cəlb olunur

Restoranları aldatmaq üçün 20 dəfə ürək tutması nömrəsi edən şəxs yaxalandı

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.