Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur?

Noyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Keçmiş mədəniyyət naziri və keçmiş səfir Polad Bülbüloğlu deyib ki, gələn ilin büdcəsindən kino çəkilişlərinə vəsait ayırmaq nəzərdə tutulmayıb. Hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olan Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin birgə iclasında bu barədə damışıb.
Report agentliyinin verdiyi məlumata görə, Polad Bülbüloğlu deyib: “Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.

Bəs Kino Agentliyinə dövlət büdcəsindən niyə vəsait ayrılmayıb? Doğrudanmı, Polad Bülbüloğlunun dedikləri doğrudur?

Hökumət bu məsələyə aydınlıq gətirib: Maliyyə Nazirliyi Polad Bülbüloğlu ilə eyni fikirdə deyil. Nazir müavini Himalay Məmişov MM-in Mədəniyyət Komitəsi sədrinin dediklərini təkzib edib. Nazir müavini rəqəmlərlə və faktlarla danışıb. Himalay Məmişov “Report”a müsahibəsində deyib ki, bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59 %-i istifadə edilməyib.

Himalay Məmişov belə deyib: “Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik, bu ilin əvvəlinə qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti olub”.

Həmçinin nazir müavini Himalay Məmişov deputat Polad Bülbüloğlunun bəyanatını şərh edərkən kino sahəsinə edilmiş vergi güzəştlərinə də toxunub.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs 2022-ci ildə yaradılıb və Agentliyə dövlət büdcəsindən birbaşa vəsaitlər əsasən 2023–2025 illərində göstərilib. Bundan əvvəl isə bu məbləğ Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmlərə ayrılıb.

Bəs son beş ildə dövlət kinoya nə qədər vəsait ayırıb?

Araşdırmalardan məlum olur ki, 2020-2025-ci illərdə Azərbaycanın dövlət büdcəsindən kino sahəsinə ümumilikdə 43,544,800 manat vəsait ayrılıb. İllər üzrə statistikaya nəzər yetirdikdə, kinoya ayrılan dövlət vəsaitinin hər il artdığını görmək olur. 2025-ci ildə Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış 8,5 milyon manatın cəmi 3,5 milyon manatı, yəni 41 faizi istifadə olunub. 5 milyon manat isə istifadəsiz qalıb, xərclənməyib. Bu isə o deməkdir ki, Kino Agentliyinin kino çəkilişləri üçün vəsaiti var, amma onu bu işə yönəltməyib. Yəni öz işini düzgün qura bilməyib. Yəni yeni filmlərin çəkilməməsi, heç də Polad Bülbüloğlunun dediyi kimi, pul çatışmamazlığından, yaxud hökumətin bu sahəyə diqqətsizliyindən qaynaqlanmır. Pul var, ancaq ortada iş yoxdur. Çünki məsələ təkcə büdcədən birbaşa ayrılan vəsaitdə deyil; vergi güzəştlərinin özü də dolayısı ilə kinoya göstərilən maliyyə dəstəyi deməkdir. Üstəlik Kino Agentliyi özü publik hüquqi şəxsdir; kino üçün vəsaiti bu qurum özü başqa qanuni mənbələrdən də əldə etməyə çalışmalıdır. Polad Bülbüloğlu kinonun, kino işçilərinin qayğısına qalırsa, birinci növbədə dövlətin ayırdığı vəsaitlərin niyə xərclənmədiyini Dövlət Kino Agentliyindən soruşmalıdır. Əminəm ki, bunun başqa xeyli səbəbləri ortaya çıxacaq. O cümlədən, məsələnin təşkilati və yaradıcılıq tərəfləri ilə bağlı müyyən çatışmazlıqlar və maraqlı nüanslar aşkarlana bilər.

 Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Əvvəlki Yazı

“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” – Nazir müəllimlər üçün yeniliyi açıqladı

Növbəti Yazı

Sabiq deputat Abutalıb Səmədovun qardaşı oğlu insanları aldadır? – Pul qalmaqalı

EKSKLUZİV

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

30 İyun 2026 / 15:00
2
Hesablama Palatasına yeni səlahiyyət verilir

Hesablama Palatasına yeni səlahiyyət verilir

30 İyun 2026 / 14:47
1
Bu küçələrdə təmir işləri başlayır

Bu küçələrdə təmir işləri başlayır

30 İyun 2026 / 14:30
1
2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

30 İyun 2026 / 14:16
1

XƏBƏR LENTİ

Nazir: “Müəllim şagirdə “müştəri” gözü ilə baxmamalıdır”

Hesablama Palatasına yeni səlahiyyət verilir

Bu küçələrdə təmir işləri başlayır

2 milyard manata yaxın vəsait xərclənəcək – Sahil Babayev

Bu, 16 yaşdan aşağı şəxslərə qadağan olundu – RƏSMİ

Azərbaycanda media sahəsində vahid qurum yaradılır

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər

AMEA: İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib

Azərbaycanda 50 min manatlıq yeni cərimə…

Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

Milli Məclisin iclası başlayıb

Azərbaycan bu il Avroviziyada yarışmayacaq

Bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycan nefti bahalaşıb

Nazirin iştirakı uşaqlara xüsusi motivasiya verib

AŞ PA üçün Azərbaycan reallığı: Güclü dövlət güclü siyasi institutlardan başlayır – Vəhdət sədrindən ETİRAZ!

Yavər Hüseynova Azərbaycan Karate Federasiyasında vəzifə verildi

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

Наш известный соотечественник, боец UFC Рафаэль Физиев награждён орденом «Гордость Азербайджана»

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR

“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI – SENSASİON TƏFƏRRÜATLAR

Kəşfiyyatın səssiz qəhrəmanı: XANI

Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib

“Cənub İdman Klubu” Samir Həsənovun rəhbərliyi altında inkişaf edir

“Şuşa konfransı Azərbaycanın sülh siyasətinin təntənəsidir”

Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.