Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

ABŞ səfirinin Bakıya 10 ay yubanan təyinatı

Noyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Tramp administrasiyası ilə yüksək səviyyəli əlaqələr amerikalı elçinin tezliklə təsdiqlənəcəyi gözləntisi yaradır – rəy
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin Bakıya səfəri bu ölkənin Azərbaycandakı diplomatik korpus rəhbərinin təyinatının niyə yubanması mövzusunu gündəmə gətirib. “Yeni Müsavat” bildirir ki, xanım diplomatın regiona səfəri “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində gerçəkləşir. Bu səfərin Vaşinqtondan Bakıya yeni səfir təyinatının sürətlənməsinə təsiri olacağı gözləntisi var. ABŞ-nin Azərbaycandakı son səfiri Mark Libbi isə bu ilin yanvarın 18-də ölkəsinə qayıdıb. O, səhhətində olan problemlərlə əlaqədar vəzifəsini tərk edib.

Hələlik ABŞ-nin Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Elə Mark Libbinin təyinatına qədər 1 ildən çox ABŞ-nin Azərbaycandakı səfirliyi başsız qalıb. Bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-nin Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi.

Bu müddət ərzində Prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etdi və bir ildən sonra Senat onun müddətinin uzadılmasına icazə vermədi. Erməni lobbisinin təsiri altında olan senatorlar Azərbaycan və Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq vermədi. Erməni lobbisi ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri olan Brayzanın həyat yoldaşının türk olmasını əsas gətirərək onun fövqəladə və səlahiyyətli səfir təyin edilməsinə imkan vermədi.

Bu ilin yayında ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan da diplomatik xidməti tərk edib. Səfirin Gürcüstan hakimiyyəti ilə münasibətləri gərgin idi və rəsmi Tiflis zaman-zaman antidemokratik addımlarda ittiham edirdi. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinin də hələ martda vəzifəsini tərk edəcəyi deyilirdi. Amma xanım səfir fəaliyyətini hələ də İrəvanda davam etdirməkdədir.

Birləşmiş Ştatlarda səfirin təyin edilməsi prosesi prezident tərəfindən namizədliyin irəli sürülməsi, baxılması və Senat tərəfindən təsdiqlənməsini əhatə edir. ABŞ prezidenti səfir vəzifəsinə namizədi irəli sürür. ABŞ Konstitusiyasının tələb etdiyi kimi, namizəd Senat tərəfindən təsdiqlənməlidir. Namizədin təsdiqlənməsi üçün Senatda səsvermə tələb olunur. Senator təyinat prosesini qeyri-müəyyən müddətə təxirə sala bilər. Amma yaxın vaxtlarda belə bir müzakirələr gözlənilmir. Gürcüstanla bağlı vəziyyətlə fərqli olsa da, Azərbaycana səfir təyinatının gecikməsi ABŞ-nin Cənubi Qafqazda fəallaşması ilə uyğun gəlmir.

ABŞ-Azərbaycan münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir. Prezident Donald Trampın qayıdışı ilə Vaşinqtonun siyasəti daha çox real və məntiqli maraqlara əsaslanmağa başlayıb. Azərbaycan ABŞ üçün həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda mühüm geosiyasi aktordur. İki ölkə arasında enerji layihələrindən tutmuş, nəqliyyat və kommunikasiya dəhlizlərinə qədər geniş əməkdaşlıq imkanları mövcuddur. Belə bir siyasi ortamda səfirin olmaması ABŞ Dövlət Departamentinin bir qədər də qeyri-peşəkar yanaşması təəssüratı yaradır.

Bəs Ağ Ev administrasiyası niyə səfir təyinat prosesini bu qədər yubadır?

“Yeni Müsavat”a danışan siyasi ekspert Oqtay Qasımov qeyd etdi ki, ABŞ-nin səfir təyinatının yubanması Azərbaycan ictimaiyyətində ciddi siyasi detal kimi qiymətləndirilir. Onun fikrincə, Bayden dövründə belə halın yaşanması anlaşılan idi: “Çünki həmin dönəmdə münasibətlər gərgin idi və bu administrasiya Ermənistanla normallaşma prosesində birtərəfli, qərəzli mövqe tuturdu. Tramp hakimiyyəti dövründə isə əlaqələr kifayət qədər yaxşılaşıb. Xüsusən də 8 avqust görüşü ilə yeni mərhələyə daxil olmuşuq, strateji tərəfdaşlıq və əməkdaşlıqla bağlı işçi qrup yaradılıb, “907-ci düzəliş” dayandırılıb. Əlbəttə ki, ABŞ kifayət qədər mürəkkəb dövlət mexanizmi olan ölkədir. Nəzərə alaq ki, səfir təyinatı da müəyyən prosedurları keçməlidir. Yəni bu proses kifayət qədər çətindir”.

O.Qasımov vurğuladı ki, səfir təyinatlarında, hansı çətinliklər yarandığını xatırlayırıq: “Konqresdə və Senatda bu təyinatlar ermənipərəst üzvlər tərəfindən bloklana bilir. Biz bunu Metyu Brayza nümunəsində görüşmüşük. Məncə, yeni səfirlə bağlı qərar qəbul edilməyib. Bəzi media resurslarında namizədlərin adları da hallanıb, amma nə qədər səhih informasiyalar olduğunu söyləmək çətindir. Tramp komandası daha ciddi beynəlxalq problemlərlə məşğul olduğuna görə səfir təyinatında gecikmə var. Lakin səfir oldu-olmadı, Vaşinqtonla əlaqələr sürətlə inkişafdadır. Yaxın günlərdə ABŞ dövlət katibinin müavini də Azərbaycana gələcək. Düşünürəm ki, yaxın dönəmdə namizəd səfirin adı açıqlanacaq və Konqresdə müzakirələrdən sonra təsdiqlənəcək. Sadəcə, görünür ki, zamana ehtiyac var. Bununla belə, səfirsiz də Azərbaycan-ABŞ münasibətləri tarixinin ən yaxşı dövrünü yaşamaqdadır. Azərbaycan bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində maraqlıdır. Eyni zamanda ABŞ üçün Azərbaycan Cənubi Qafqazda mühüm bir ölkədir. Hazırda regiondakı proseslər və “Tramp marşrutu” layihəsi bunu daha da zəruri etməkdədir”.

Onu da deyək ki, Vaşinqton ABŞ-nin Azərbaycanda səfirliyinə müvəqqəti işlər vəkili təyin edib. Bu vəzifəni Emi Karlon daşıyır. Buna qədər isə ABŞ mediası və ekspert dairələri səfir təyinatının gecikməsində erməni lobbisinin Senatdakı təzyiqlərini əsas amillərdən biri kimi göstərmişdi. Xüsusilə Kaliforniya, Nyu-York və Massaçusets kimi ştatlardan olan erməni əsilli senatorlar və onların müttəfiqləri, Azərbaycana yeni səfir təyinatını müxtəlif bəhanələrlə əngəlləyirdilər. Onlar keçmiş Qarabağ münaqişəsi, insan haqları, media azadlığı və demokratik institutların durumu kimi məsələləri əsas gətirərək, Azərbaycanla diplomatik yaxınlaşmanın sürətlənməsinə qarşı çıxırdılar.

Əvvəlki Yazı

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

Növbəti Yazı

Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.