Doğrudanmı qatili cəzadan yayındırmaq istəyirlər?
Xəbər verdiyimiz kimi, 2025-ci il avqustun 23-də iş adamı Emil Ağacanov Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirib.
Müstəqil.az xəbər verir ki, hadisə ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi açılıb. Mərhumun bacısı Rəna Muradova redaksiyamıza ünvanladığı müraciətində işin obyektiv aparılmadığını bildirib:
“Xüsusi amansızlıqla qətlə yetirilən bacım Muradova İradənin istintaq işinin obyektiv aparılmasında məndə və digər yaxınlarımızda şübhə var. Təqsirləndirilən şəxs bacıma müxtəlif bədən xəsarətləri yetirməsinə, şiddətə məruz qoyaraq burnunu, çənə və boğaz sümüyünü, baş nahiyəsi, əl barmaqlarını sındırmasına, sonda boğaraq qəsdən həyatdan məhrum etməsinə baxmayaraq, qətli törədən Emil Ağacanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunub”.

Emil Ağacanov
Hadisə ilə bağlı şikayət ərizəsində adı keçən Yasamal rayon prokurorluğunun müstəntiqi ilə (İstintaq işi getdiyinə görə hələlik müstəntiqin kimliyini qeyd etmirik) əlaqə saxladıq.
Müstəntiq sorğumuza, “Mən iş barədə danışa bilmərəm, üzülü sayın, bu istintaq məlumatlarıdır. İş üzrə istintaq məlumatları yayınlana bilməz” , deyərək Baş prokurorluğun mətubat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi.
Xatırladaq ki, Muradova Rəna bizə və digər inistansiyalara müraciətində Yasamal rayon prokurluğunda aparılan istintaqın gedişindən narazı qaldığını bildirib. O, bu barədə Respublika prokurorluğuna müraciət etdiyini, cinəyət işinin digər prokurorluqda aparılmasını xahiş etsə də, hələ ki, müsbət cavab almadıqlarını deyir.
Baş vermiş cinayət hadisəsinin istintaq işinin gedişini gündəmdə saxlayacağıq









