Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

Noyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12
Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19

Ən təhlükəli və hüquqi cəhətdən ağır olan tərəf odur ki, qurğunun nəzarətsiz vəziyyətində, yəni işçi olmadan, özbaşına fəaliyyət göstərməsi kütləvi zəhərlənməyə, hətta birbaşa ölüm hallarının baş verməsinə və daha ağır nəticələrə səbəb ola bilər.

Bu iddia Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovun fəaliyyəti ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır. Biz məlum qayda və prinsiplərə uyğun olaraq bu və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudovun fəaliyyəti ilə bağlı ciddi korrupsiya və rüşvət iddialarına dair topladığımız materiallar var. Bu mövzu ictimai əhəmiyyət daşıdığı üçün həmin məlumatların araşdırılıb işıqlandırılmasını xahiş edərdim. Mümkünsə, sənədlərlə tanış ola bilərsiniz.
YEVLAX SU MELİORASİYA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ TURAL MAHMUDOVUN ÖZBAŞINALIĞININ SON HƏDDİ — KOLLEKTORLARIN QARŞISI QANUNSUZ OLARAQ KƏSİLƏRƏK SUVARMA SUYU ADI ALTINDA FERMERLƏRƏ SATILARAQ, DÖVLƏT MARAQLARINA QARŞI EKOLOJİ VƏ İQTİSADİ SABOTAJ FƏALİYYƏTİ , “ÖLÜ CANLAR”-a YAZILAN MAAŞLAR MƏNİMSƏNİLİR!

img

                   Tural Mahmudov
Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində vəziyyət özbaşınalığın və korrupsiyanın son həddinə çatıb.
Tural Mahmudovun fəaliyyəti ilə bağlı rüşvət və digər korrupsiya halları barədə ciddi iddialar araşdırılır. Toplanan materiallar narahatedici xarakter daşıyır və bütün faktlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

img

                    Hələki az bir qismini sizinlə bölüşürk
İdarənin rəisi Tural Mahmudov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət mülkiyyətinə məxsus olan, xüsusilə təyinatı yeraltı qurunt sularının yığılaraq daşınması hesab edilən Mil-Qarabağ və digər kollektorların qarşısını ikidən çox nöqtələrdə qanunsuz şəkildə torpaq bənd vurulmaqla kəsilməsi, qaldırılan suvarmaya yararsız şor suyu fermerlərə suvarma suyu adı altında sataraq şəxsi gəlir mənbəyinə çevirməsi, əldə edilən vəsaitlərin isə gizli yolla mənimsənilərək şəxsi maraqları üçün istifadə edildiyi bildirilir.
Yerli mənbələrdən daxil olan məlumata əsəsasən araşdırma apardıq
Əgər Kollektorun qarşısı torpaq bəndlə bağlanıbsa nələr baş verir:
• Yeraltı suyun axışı dayanır və geriyə təzyiq yaranır;
• Yeraltı su səviyyəsi qalxır, ekoloji fəsad baş verir;
• Ətraf mühit çirklənir torpaqlar şorlaşma və zəhərlənmə riski altına düşür;
• Kollektorun boruları və drenaj sistemi zədələnə bilər;
• Nəticədə həm əkin sahələri şoranlaşır, həm də ətraf yaşayış yerləri zərər görə bilər;
• Su balansını pozur;
• Torpaq duzlaşması və eroziyasına səbəb olur;
• Ətraf kəndlərdə su basma riski yaradır;
• Dövlət su ehtiyatları mənimsənilir;
Bu iddialar dövlət büdcəsinə və vətəndaş maraqlarına ağır zərbə kimi qiymətləndirilir.
Daha dəhşətlisi odur ki, Yevlax Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin balansında olan, təyinatı kəndlərdə əhalini içməli su ilə təmin etmək olan, sərt sanitariya rejimində qorunması və nəzarət tələb olunan “Modul tipli” su təmizləyici qurğular baxımsız, nəzarətsiz olduğu və təyin olunmuş işçilərin iş yerinə çıxmadığı məlum olmuşdur. Daxil olan fotoşəkillər xüsusi proqram vasitəsilə çəkildiyindən əyani olaraq görünür ki, iş saatı olmasına baxmayaraq operatorlar təhkim olunduğu nöqtədə deyil və qurğuların xidməti qapısı bağlı vəziyyətdədir.Bu qurğuların iş prinsipi qurğunun operatorunun nəzarəti altında suyun qurğuya qəbul edilərək çökdürülməsi, tərkibinə durulducu qatqıların, və digər lazımı maddələrin qatılması, quraşdırılmış xüsusi sensorlar vasitəsilə suyun keyfiyyətinin davamlı olaraq ölçülməsindən ibarətdir. Ən təhlükəli və hüquqi cəhətdən ağır olan tərəfi odur ki, qurğunun nəzarətsiz vəziyyətində, yəni işçi olmadan, özbaşına fəaliyyət göstərməsi əhalini keyfiyyətsiz su ilə təmin etmək və ya kənar müdaxilə nəticəsində, kütləvi zəhərlənməyə, hətta birbaşa ölüm hallarının baş verməsinə və daha ağır nəticələrə səbəb ola bilər. Keyfiyyətsiz su ilə yayılan xəstəliklərə qarın yatalağı, dizenteriya, tifo, xolera, hepatit A və E, giardiaz, kriptosporidioz kimi infeksiyalar daxildir.Bu qədər məsuliyyət tələb edən iş sahəsinin rəhbəri Tural Mahmudov ancaq şəxsi mənafeyini güdür. Bildirilir ki, modul qurğularda təyin olunmuş işçilər rəsmi sənədlərdə “işləyir” kimi göstərilir və həmin şəxslərə maaş yazılır. İddialara görə, həmin maaşların bir hissəsi toplanaraq hamıya məlum kəsə çatdırılır. Bu, açıq-açığına “ölü canlar” sistemi və dövlət vəsaitlərinin mənimsənilməsi deməkdir.
İxtisasca hüquqşunas olan , meliorasiyadan anlayışı və təcrübəsi olmayan Tural Mahmudov daha yaxşı bilər yuxarıda sadalanan əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə tam uyğun gəlir:
1. Maddə 179 – Mənimsəmə və ya israfetmə
Vəzifəli şəxsə etibar edilən və ya idarənin balansında olan dövlət əmlakının (bu halda kollektor suyu) şəxsi və ya qeyri-qanuni məqsədlərlə satılması.
Cəza:
•Böyük məbləğdə olduqda – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə,
•Əgər qrup halında və ya təkrar baş veribsə – 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə.
2. Cinayət Məcəlləsinin 255-ci maddəsi — “Su obyektlərinin çirkləndirilməsi və ya onlardan qanunsuz istifadə”
Su ehtiyatlarının təyinatı üzrə istifadə edilməməsi, xüsusilə kollektor-drenaj sularının yönünün dəyişdirilməsi və satılması nəticəsində ekoloji zərər yaranarsa…
Cəza:
•2 ilədək azadlıqdan məhrumetmə və ya cərimə.
3. Cinayət Məcəlləsinin 308-ci maddəsi-“Vəzifə səlahiyyətlərindən sui-istifadə”
308.1.Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq
— öz qulluq və ya digər şəxslərin mənafelərini güdməklə,
— vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi,
əgər bu hərəkət vətəndaşların və ya təşkilatların hüquq və mənafelərinə, yaxud dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurarsa,
→ iki min manatdan beş min manatadək cərimə və ya
→ üç ilədək vəzifə tutmaq hüququndan məhrum etmə və ya
→ iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır
308.2.Əgər bu əməllər:
•ağır nəticələrə səbəb olarsa (məsələn, ictimai təhlükə, maddi zərər, ekoloji fəsad və s.),
→ üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
4. CM-nin 313-cü maddəsi –Vəzifə saxtakarlığı
Əgər bu fəaliyyət sənədlərdə və hesabatlarda gizlədilirsə (məsələn, guya rəsmi suvarma aparılır kimi göstərilirsə). Cəza: •2 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya cərimə.
5 Azərbaycan Respublikası Cinayət Məcəlləsi — Maddə 314 “Səhlənkarlıq”
314.1.
Vəzifəli şəxs tərəfindən öz qulluq vəzifələrinin vicdansız və ya laqeyd yerinə yetirilməsi,
əgər bu hərəkət vətəndaşların və ya təşkilatların hüquq və mənafelərinə, yaxud dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurarsa,
→ iki min manatdan beş min manatadək cərimə,və ya
→ üç ilədək vəzifə tutmaq hüququndan məhrum etmə,və ya
→ iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314.2. Eyni əməllər,
əgər ağır nəticələrə (məsələn, insan ölümü, böyük maddi zərər, ekoloji fəlakət və s.) səbəb olarsa,
→ üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
-Sadə izahla:
Bu maddə o hallarda tətbiq olunur ki:
•Vəzifəli şəxs (məsələn, idarə rəisi,baş mühəndis və s.)
öz vəzifəsini düzgün yerinə yetirmir,
•Nəticədə dövlətə, əhaliyə və ya ətraf mühitə zərər dəyir.
Bu, qəsdən deyil, laqeydlik və ya məsuliyyətsizlik nəticəsində baş verən zərərdir.
–Nümunələr:
•Kollektor və drenaj sisteminə nəzarət etməmək, nəticədə su basması və torpaq şorlaşması baş verməsi;
•İçməli su qurğusunda təhlükəsizlik qaydalarına əməl etməmək, nəticədə su çirklənməsi və zəhərlənmə hadisəsi;
•Qanunsuz bənd və ya müdaxiləni vaxtında aşkar etməmək və ya tədbir görməmək;
•Texniki xidmət və baxımı icra etməmək, nəticədə dövlət əmlakının zərər görməsi

Hazırda Azərbaycan Respublikasında bütün dövlət orqanlarının və rəhbərliklərin fəaliyyəti cənab Prezident İlham Əliyevin tapşırıqları, göstərişləri və müəyyən etdiyi islahat xətti əsasında həyata keçirilir.

Bu xüsusilə su təsərrüfatı, meliorasiya sistemlərində çox önəmli istiqamətlərdə özünü göstərir.
1. Prezidentin əsas tapşırıqları:
Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki:
•Dövlət məmurları xalq üçün işləməlidir,
•Hər bir rəhbər qanun çərçivəsində fəaliyyət göstərməlidir,
•Korrupsiya, sui-istifadə, səhlənkarlıq və məsuliyyətsizlik hallarına sıfır dözümlülük göstərilməlidir,
•Xüsusilə su ehtiyatlarının idarə olunması və drenaj-meliorasiya sistemlərinin qorunması məsələlərinə ciddi nəzarət olmalıdır.
2. Bu tapşırıqların icrasına uyğun olaraq:
Hesab edirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikaylov dövlətin və vətəndaşların maraqlarının qorunmasına , Xidmət intizamı və şəffaf idarəetmə prinsiplərinə əsaslanaraq Səhlənkarlıq və vəzifə pozuntusu hallarının qarşısını almaq üçün Tural Mahmudovun əməlləri haqqında məsuliyyəti qərar qəbul edəcək.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

img img img img img img img
img
Əvvəlki Yazı

Masallıda “Ara qarışdıran” kimdir? — Həbs olunmağın bir addımlığında

Növbəti Yazı

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

EKSKLUZİV

Hökumət parlamentdə

Hökumət parlamentdə

19 Noyabr 2025 / 12:16
0
Azərbaycanda 1 həftə iş olmayacaq

Azərbaycanda 1 həftə iş olmayacaq

19 Noyabr 2025 / 12:15
0
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 2025 / 12:12
5
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

19 Noyabr 2025 / 11:42
3

XƏBƏR LENTİ

Hökumət parlamentdə

Azərbaycanda 1 həftə iş olmayacaq

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –ŞOK FAKTLAR/FOTOLAR

Masallıda “Ara qarışdıran” kimdir? — Həbs olunmağın bir addımlığında

Regionlardakı işsizliyin səbəbi nədir – Bu rayonlarda 3 ayda yeni iş yeri açılmayıb + SİYAHI

DÇ-2026-nın 42 iştirakçısı müəyyənləşdi – SİYAHI

ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”… – Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

Yeni və gizli plan: ABŞ Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə danışıqlar aparır

Dəhşətli qətlin istintaqı davam edir …

Fərhad Əhmədovun “AZNAR”ı möhürləndi

Polşada erməni mafiyası çökdürüldü – Həbs olunanların siyahısı yayıldı

Səbinə Yusif yazır: “Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunda yaşayır Mühüd”

Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı

ABŞ səfirinin Bakıya 10 ay yubanan təyinatı

TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş

2026 nə ilidir? Kimlərə düşərli olacaq?

Azərbaycan xarici ticarəti neçə ölkə ilə aparır?

“Baku Electronics”, “Kontakt Home” CƏZALANDIRILDI

Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə TOPLAŞDI – DTX VİDEO YAYDI

Trampa “sağ ol” deyək, amma İlham Əliyevin əzmini, DTX-nın fədakarlığını da unutmayaq…

Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi – ADY-də maraqlı təyinat oldu

Kapitan həbsxanadan 28 səhifəlik sensasiyalı məktub göndərib – Generala ağır ittihamlar var

BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi

Müəllimlik – insanlıq missiyası

Paşinyan məscidləri kimin üçün tikir?

Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir?

“Lukoil” Azərbaycanı tərk edir – Tarix açıqlandı

Əməkdar artist Yadigar Muradov vəfat etdi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.