“Aslanoğulları Endüstriyel Mutfak Tesisat İmalat Qida Tekstil İthalat İhracat Sanayi ve Ticaret LTD” şirkətinin Azərbaycandakı filialının külli miqdarda vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, şirkətin dövlətə 293 473 AZN borcu var.
Qanuni təmsilçisi İhsan Aslan olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 6-dır. İ.Aslan Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvüdür.









