Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Trampın Ukraynanın kaputilyasiyası planı

Noyabr 20, 2025
A A

REDAKTORUN SEÇİMİ

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 25 / 13:08
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

19 Noyabr 25 / 12:12
Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

Əhmədzadə işi Elnur Abdullayevi də “vurdu”: Nurçu media maqnatının səhmləri əlindən alınır

18 Noyabr 25 / 11:03
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48

Stiven Uitkoff və Kirill Dmitriyevin iştirakı ilə hazırlanmış Ukrayna üçün yeni sülh planında ABŞ Ukraynadan Luqansk və Donetsk vilayətlərindəki bütün əraziləri təslim etməyi və ordusunu yarıya qədər azaltmağı tələb edir. Məlum olduğu kimi, “Financial Times” və “Axios” nəşrləri başda olmaqla, Qərbin aparıcı nəşrləri bu barədə öz mənbələrinə istinadla məlumat yayıblar.

“Axios”-un məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin Donbasın qalan 14% ərazisindən çıxarılmasını və onun hərbsizləşdirilmiş zonaya çevrilməsini nəzərdə tutur. Plana görə, bu ərazidə heç bir tərəf qoşun və ya silah saxlamayacaq. Bunun müqabilində Kreml Zaporojye və Xerson vilayətlərindəki cəbhə xəttini dondurmağa və nəşrin mənbələrinə görə, hətta uğurlu danışıqlar şərtilə bəzi torpaqları geri qaytarmağa razı ola bilər.

Trampın planına görə, ABŞ və digər ölkələr Krımı və Donbası Rusiya ərazisi kimi tanımalıdırlar. Lakin Ukraynadan bu tələb olunmur. Həmçinin, Kiyev rus dilini rəsmi dil kimi tanımalı və Rus Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır.

Eləcə də Trampın planına Ukrayna Silahlı Qüvvələri üçün müəyyən silah növlərinə qadağa, Qərbin uzaqmənzilli(Moskva və Sankt-Peterburqa çata biləcək) raketlərinin tədarükünün dayandırılması və Ukraynada hər hansı xarici qoşunların yerləşdirilməsinə qadağa da daxildir. Artıq əksər müşahidəçilər və ekspertlərin də dediyi kimi, Trampın planı Ukraynanın təslim olmasına – kapitulyasiyasına bərabərdir. Çünki plan, əgər mətbuatda dərc edilən maddələrdən ibarətdirsə, əsasən Kremlin maksimalist tələblərinin siyahısıdır.

Ağ Evdəki mənbə “Axios”-a bildirib ki, Amerika rəsmilərinin məntiqi budur ki, Ukrayna Donbası təslim etməlidir, çünki onsuz da onu itirəcək və buna görə də “indi razılaşmaq onun maraqlarına daha uyğundur”.

 

Qeyd olunur ki, Stiven Uitkoff Amerika təklifini müzakirə etmək üçün Ankarada Vladimir Zelenski ilə görüşməli idi, lakin Ukrayna Prezidenti danışıqları ləğv edib. Ukrayna mənbələrinin məlumatına görə, Zelenski Trampın planını əvvəlcə avropalılarla müzakirə etmək istəyir. Amerikalı bir rəsmi “Axios”-a bildirib ki, Zelenski Ankaraya Avropa ölkələri ilə razılaşdırılmış, lakin “Rusiyanın heç vaxt dəstəkləməyəcəyi” öz planını gətirib. Bu plan isə ABŞ tərəfindən dəstəklənmir. Odur ki, hələ sözügedən planla bağlı heç bir rəsmi açıqlama verilməmiş, artıq proses dalana dirənmiş kimi görünür.

Xatırladaq ki, Tramp planı ilə bağlı ilk açıqlamanı “Axios” yaymışdı. İlk məlumatda Ukraynanın ərazi güzəştlərindən heç bir söhbət getmirdi. Orada əsasən Ukrayna üçün zəmanətlərin yer aldığına dair məlumatlara üstünlük verilirdi. Lakin az sonra işıq üzü görən ikinci yazıda Ukraynanın Donbasın qalan ərazisindən imtina etməsi və digər sərt müddəalar dərc edildi. Maraqlıdır ki, bu materialın altındakı şərhlərdən biri Stiven Uitkoffa aid olub. Uitkoff həmin şərhdə “Bu məlumat K-dan gəlib” yazıb. “K” Vladimir Putinin xüsusi nümayəndəsi və Uitkoffun tərəf müqabili Kirill Dmitriyevdir. Bununla Uitkoff demək istəyib ki, bu məlumat sözügedən planın ABŞ-nin deyil, Rusiyanın görmək istədiyi şəkildə təqdimatıdır. Ardınca Uitkoff həmin şərhini silib. Qərbdəki müşahidəçilər hesab edirlər ki, Uitkoff bu şərhi hamı üçün açıq olan məqalənin altına səhvən yazıb və bu sözlər əslində yazının müəllifi olan tanınmış jurnalist Barak Ravidə ünvanlanıb. Yəni, Uitkoff jurnalistin şəxsi poçtuna yazmalı olduğu şərhi səhvən məqalənin altına yazıb. Bu, o deməkdir ki, mətbuata sızıntılar Dmitriyev və Uitkoffdan gəlir. Həmçinin, gerçək plan hazırda Qərb mətbuatında Dmitriyevin təqdimatında dolaşan plandan fərqli ola bilər.

Bu arada iddia olunur ki, Donald Tramp Rusiya və Ukrayna arasında 28 bəndlik sülh planını təsdiqləyib. Bu barədə “NBC News” telekanalı Tramp administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb. İddia olunur ki, planın hazırlanmasında Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, vitse-prezident C.D. Vens və hətta Prezidentin kürəkəni Cared Kuşner iştirak edib. “Plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə yönəlib. Bu plana Ukraynanın davamlı sülh üçün istədiyi və ehtiyac duyduğu şeylər daxildir”, – deyə ABŞ rəsmisi iddia edib. Lakin ABŞ rəsmisi planın təfərrüatlarını açıqlamayıb və onun fikrincə, bu plan hələ də prosesdə iştirak edən əsas tərəflərlə danışıqlar tələb edir.

Kirill Dmitriyevə gəlincə, nəşrə son açıqlamasında o, nikbinlik ifadə edib: “Biz Rusiyanın mövqeyinin həqiqətən eşidildiyini hiss edirik. Bu, əslində, nəhayət, yalnız Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyə necə nail ola biləcəyimizi müəyyən edən daha geniş çərçivə müqaviləsidir”.

Bu arada “The Wall Street Journal” yazır ki, Tramp administrasiyası bu planda Qəzza probleminin tənzimlənməsində istifadə etdiyi eyni yanaşmanı tətbiq etməyə çalışır: hərtərəfli plan hazırlamaq və sonra münaqişə tərəflərini onu qəbul etməyə məcbur və təşviq etmək. Qəzet yazır ki, Rusiya üçün təşviq Qərblə iqtisadi münasibətlərin bərpasını, Ukrayna üçün isə yenidənqurma işlərinə kömək etməyi əhatə edəcək.

 

Bütün bu qeyri-rəsmi, dolaşıq və bəzən ziddiyyətli məlumatların fonunda bu planın və gilzi ABŞ – Rusiya danışıqları mövzusunun niyə məhz indi, özü də kifayət qədər gözlənilmədən ortaya çıxması sualı yaranır. Demək olar, eyni vaxtda Ukraynada Zelenski hakimiyyətinə qarşı korrupsiya ittihamları ortaya atıldı (hansı ki, NABU istintaqın nəticələrini indi yox, bir neçə ay, hətta il sonra da açıqlaya bilərdi), böyük qalmaqal başladı və Prezident Ofisinin mövqeyi sarsıdıldı. Buna paralel olaraq, Ağ Ev Rusiyaya qarşı olduqca ağrılı neft sanksiyaları tətbiq etməklə, “Lukoil”-i iflic, “Rosneft”-i “yarımcan” etdi, Kremlin müharibəni davam etdirmək üçün lazım olan iqtisadi resurslarına ağır zərbə vurdu. Həmçinin, Kremlin bütün hədə-qorxu və xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın dərinlikləri ABŞ raketləri ilə nümayişkaranə şəkildə vurulmağa başladı. Hətta Rusiya Müdafiə Nazirliyi də etiraf etdi ki, zərbələr ABŞ-nin ATACMS raketləri ilə endirilir. Lakn ötən il, Baydenin dövründə bu cür zərbələrə “Oreşnik”-lə cavab verən Kreml bu dəfə həmin “analoqsuz” silaha əl atmadı.

Nəhayət, ABŞ-də “Epşteyn işi”nə impuls verildi, iş tam sürətlə irəliləyir, Konqresdə respublikaçılar belə “Epşteyn faylları”nın açılmasına səs verir, Tramp faktiki olaraq müvafiq qanunu imzalamağa məcbur edilir. “Epşteyn işi” ilə bağlı sual verən jurnalisti “donuz” adlandırmaqdan belə çəkinməyən ABŞ Prezidenti geri çəkilmək məcburiyyətində qalır. Bu üç hadisəni bir sıraya düzdükdə, görmək olar ki, Ukraynaya dair “Tramp planı” mövzusunun ortaya atılması qətiyyən təsadüfi deyil və sanki hər şey bir mərkəzdən idarə olunur. Bu planın gündəmə gətirilməsi hər üç tərəfin – Ağ Evin, Zelenski administrasiyasının və Kremlin maraqlarına uyğun görünür.

Tramp administrasiyası bununla “Epşteyn işi”ni, Zelenski administrasiyası isə korrupsiya qalmaqalını ikinci plana keçirə bilər. Kremlin marağına gəlincə, “Tramp planı” qəbul edilsə, Moskva özünü müharibədə qalib elan etmək üçün ciddi əsas əldə edəcək. Yox, əgər plan Kiyev tərəfindən rədd edilsə, Kreml ümid edə bilər ki, ABŞ administrasiyası Kiyevə dəstəyi azaldacaq, Moskvaya qarşı sanksiyaları yumşaldacaq və sair.

 

ABŞ administrasiyasında Dövlət katibi Marko Rubio ilə Uitkoff arasında müəyyən qarşıdurma olduğu barədə şayiələr dolaşır. ABŞ – Ruisya danışıqlarının isə iki trek üzrə – Uitkoff-Dmitriyev və Rubio-Lavrov müstəvisində getdiyi bəllidir. Birinci “cütlük” hadisələrin gedişini daha optimist, bəzən xəyalpərəst tərzdə (Məsələn, Dmitriyev ABŞ və Rusiya arasında sualtı tunel tikilməsini təklif edib) təqdim edərkən, ikinci “cütlük” daha realist və məntiqli görünür. Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar qərarı və Ukraynaya Rusiyanın dərinliklərinə ABŞ raketlərilə zərbə endirmə icazəsi məhz ikinci “cütlüyün” telefon danışığından – Lavrovun Kremlin maksimalist tələblərindən əl çəkmədiyini göstərməsindən və bundan çıxış edən Rubionun Trampa məsləhətindən sonra verilib. Bu da ABŞ Prezidentinin daha çox kimin mövqeyinə stavka etməsindən xəbər verir. Odur ki, Uitkoff-Dmitriyev tandeminin hərəkətləri, açıqlamaları, mətbuata sızdırmaları daha çox kəşfiyyat xarakterli addımlar ola bilər. Konkret qərarlar isə tərəflərin rəsmi orqanları tərəfindən verilir. Bu baxımdan Kremlin sözçüsü Dmitri Peskovun hələlik Alyaska danışıqlarından fərqli heç bir irəliləyişin olmadığını deməsi və ABŞ administrasiyasının hər hansı bir ətraflı şərhdən yayınması Tramp planı ətrafındakı hay-küyün şişirdildiyi qənaəti yaradır.

Digər tərəfdən, tərəflər doğrudanmı sülhə hazır və bunda maraqlıdır? Bir yandan real danışıqalr apardığını və sülhə hazır olduğunu bildirən Kremlin digər tərəfdən Ukraynanı daha amansız şəkildə bombalaması məntiqsiz görünür. Təkcə Ternopola endirilən dünənki raket-terror zərbəsində uşaqlar da daxil olmaqla, 30-dan çox dinc ukraynalı həlak olub. Digər yandan, Zelenski hakimiyyəti üçün Ukrayna ərazilərinin döyüşsüz təhvil verilməsi, ordunun iki dəfə azaldılması və zəiflədilməsi, rus dilinin dövlət dili kimi qəbul edilməsi siyasi intihara bərabərdir və Kiyevin buna gedəcəyi qətiyyən inandırıcı görünmür.

Bir sözlə “Tramp planı” ilə bağlı vəziyyət Trampın özünün şəxsiyyəti kimi qeyri-müəyyən və xaotik görünür. Bu plandan ortaya hansı nəticənin çıxacağı və bu nəticənin nə dərəcədə dayanıqlı və effektiv olacağı yaxın zamanda bəlli olacaq.

Cəlal Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

“Kommunal pulu” adı ilə yığılan milyardlar… hara gedir?

Növbəti Yazı

Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

EKSKLUZİV

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

20 Noyabr 2025 / 13:08
0
Zal Yusifovun oğlu yenidən həbs edildi

Zal Yusifovun oğlu yenidən həbs edildi

20 Noyabr 2025 / 13:00
0
Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

20 Noyabr 2025 / 12:18
0
Trampın Ukraynanın kaputilyasiyası planı

Trampın Ukraynanın kaputilyasiyası planı

20 Noyabr 2025 / 12:16
0

XƏBƏR LENTİ

Su Agentliyində “Biz bir ailəyik” siyasəti: Cimmi kimi dostcanlı sədrlə “Coca-Cola” satmaqdan qurtuldu

Zal Yusifovun oğlu yenidən həbs edildi

Gələn ildən pensiyalar artacaq: Rəqəmlər necə olacaq? + VİDEO

Trampın Ukraynanın kaputilyasiyası planı

“Kommunal pulu” adı ilə yığılan milyardlar… hara gedir?

Rəqsanə İsmayılova azadlığını neçəyə “alıb”? – Zərərin bir hissəsini ödənildi

Avropa ordu qurur – 2027-ci ilə qədər “Hərbi Şengen” zonası yaradılacaq

Prezident tapşırığına ciddi və formal yanaşan hökumət üzvləri – ARAŞDIRMA

Azərbaycanda iki şəhidin məzarı qarət edildi – GÖRÜNTÜ

Ağdamın işğaldan azad edilməsindən 5 il ötür

Gələcəyimiz üçün seçim – Türkiyədə təhsil imkanları…

Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş – FOTOLAR

Hansı dövlət qurumları ləğv olunacaq? – Plan hazırlandı

Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı – Nə baş verir? (VİDEO)

Qarakənd faciəsindən 34 il ötür

“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT

Trаmpın Putinə sensasion SÖZLƏRİ: “Azərbaycanı boş ver, gəl sənin…”

Məhkəmə Tağı İbrahimovla bağlı qərar verdi – 6 il həbs

Azərbaycan Bayrağı REKORD QIRDI

Korrupsiya qalmaqalı Ukraynanı uçuruma aparır – Zelenski təhlükədədir

Mədəniyyət Nazirliyinə etirazlara aktrisa da qoşuldu – Foto

70 kq qızılla tutulan diplomatımız hakim qarşısında

Bakı Şəhər İcra Hakimiyyəti hər bir rayona cavabdeh şəxs təyin edib – İcra başçılarına nəzarət olunacaq

Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər – “Cloudflare” üzr istədi, lakin…

Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: “Günay Ağamalının da təyinatının legitimliyinə…”

2026-nın büdcə zərfinin rəqəmləri

Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ – ŞOK İDDİA

Mehdiyevin kürəkəninin 200 ton zəhərli “bombası” Azərbaycan bazarına çıxarıla bilər – ŞOK TƏFƏRRÜAT

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Hökumət parlamentdə

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.