Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Əbülfəs Qarayevin “London mühazirəsi”nin şifrələri

Noyabr 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Sabiq nazir niyə özünü “odda yanmaz, suda batmaz” hesab edir – reaksiyalar

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev yenidən medianın gündəminə gəlib. Bakıda təmtəraqlı ad günü keçirməsi xəbərini təkzib edən sabiq nazir Londonda olduğunu deyib. Qarayev 69 yaşını Bakıda təmtəraqlı şəkildə qeyd etdiyi barədə məlumatları “bir həftədir Londondayam, bura mühazirə deməyə gəlmişəm” deyərək təkzib edib.

Qeyd edək ki, Əbülfəz Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

2020-ci ilin mayında DTX başçılıq etdiyi nazirlikdə əməliyyat keçirib, onun müavini Rafiq Bayramov, şöbə müdiri Zakir Sultanov da daxil olmaqla, bir neçə məmur həbs olunub. 21 may 2020-ci ildə isə nazir vəzifəsindən azad edilib. Məhkəmədə onun ən yaxın adamları korrupsiya, talançılıq əməllərinin nazirin məlumatı və nəzarəti altında həyata keçirildiyi barədə ifadə veriblər, amma Qarayev özü məsuliyyətdən kənarda qala bilib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Qarayev elə danışır ki, sanki Oksford onu çoxdan gözləyirmiş: “Ancaq məsələnin zahiri tərəfi bir başqa, alt qat, maliyyə dayaqları isə tamam başqa söhbətdir. Londona getmək üçün 30 illik nazirlik stajın yox, çoxlu maliyyə imkanın olmalıdır. Əbülfəs Qarayev uzun illər Azərbaycan mədəniyyətinə ayrılan milyonların yönləndiricisi olub. 30 il yox, 60 il də çalışsa idi, Londonda təmtəraqlı səfərlərə gedə bilməzdi. Villalar, bahalı həyat tərzi heç də akademik fəaliyyətlə izah olunan şeylər deyil. Dünyanın ən bahalı şəhərlərindən birində yaşamaq üçün sabiq nazir maaşı yetməzdi”.

Bəs bu pullar haradandır?

Hüquqşünas deyir ki, Əbülfəs Qarayevin qızı Suadın Rusiyada “GALS” şirkətinə rəhbərlik etməsi təsadüfi deyil:

“Çünki bu model Azərbaycanda çoxdan sınaqdan çıxmış “klassik sxemdir”, əksər məmurların puluna ailə biznesi qurulur, oğurlanmış pullar bu şəkildə “yuyulur”. “GALS”ın adının belə ailə üzvlərinin baş hərflərindən düzəldilməsi başqa ölkələrdə biabırçı görünərdi, amma bizdə normadır. Şirkətin milyonluq dövriyyəsi isə Qarayevin dosent maaşından qat-qat böyükdür. Bu bizneslərin real sahibi barədə hələ Rusiyadakı auditorlar susur, amma Azərbaycan ictimai rəyinə hər şey aydındır. Balıq, xərçəngkimilər, molyusklar… Bunlar adi mallar deyil. Bu, nağd və sürətli pul dövriyyəsi olan sektordur. Bu sektorun üstünlüyü odur ki, izlər qalmır, mənşəyi aydın olmur, pulu isə ağa qara qatışdırmağa şərait yaradır. “Korporasiya ÇE”nin təmiz ticarət üçün qurulduğuna inanmaq sadəlövhlük olar”.

Bəs Əbülfəs Qarayev dünyanın ən bahalı şəhərləridən olan Londonda necə yaşayır?

Natiq Ələsgərov deyir ki, Londonun ən bahalı rayonlarında villa saxlamaq çox böyük məsrəflər tələb edir: “2020-ci ildə DTX əməliyyatı zamanı həbs olunan müavinlər və şöbə müdirləri Əbülfəs Qarayevin bilavasitə göstərişi ilə işlədiklərini etiraf etmişdilər. Ancaq Əbülfəs Qarayev məsuliyyətdən kənar qaldı. Sabiq nazirin Londonda peyda olması təsadüf deyil. Bu, özünü ictimai rəy qarşısında mədəniyyət adamı kimi təqdim etməyin növbəti cəhdidir. Çünki Azərbaycanda onun adı korrupsiya, talançılıq, büdcənin dağıdılması, muzeylərdən tutmuş teatr sisteminə qədər hər yerdə rüşvətlə yanaşı çəkilir. London səfəri isə bir növ keçmişi unutmaq istəyinin təzahürü kimi görünür. Azərbaycanda illərlə toplanmış sərvət, ailə üzvlərinin adına rəsmiləşdirilmiş bizneslər, Rusiyadan Avropaya qədər uzanan iqtisadi şəbəkəni gizlətmək olmur axı. Ona görə də sabiq nazirin özünü “odda yanmaz, suda batmaz” kimi hiss etməsi təəccüblü deyil. Məsələ burasındadır ki, Azərbaycan cəmiyyətinin yaddaşı son illər dəyişib. Və kiminsə xaricdəki mühazirəsi heç kimin gözünü qamaşdırmır. Hamı bilir ki, belə ailə şirkətləri hansı məqsədlə və nə üçün yaradılıb”.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a dedi ki, Zakir Sultanov ifadələrində aldığı pulların yarısını Əbülfəs Qarayevə verdiyini deməklə, faktiki olaraq, cinayətini etiraf edib: “Zakir Sultanov cinayətdə iştirak etməsini 5 milyon zərər ödəməklə də təsdiqləyib. Maraqlı məqam odur ki, həmin məbləğin tam yarısını Əbülfəs Qarayevə verdiyini deyib. Zakir Sultanovun dövlətə qaytardığı 5 milyon manat borc olmayıb. İş üzrə 5 milyon manat dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait olub, hansı ki, mənimsənilib. Zakir Sultanovun ifadələrində həmin vəsaitin tən yarısının Əbülfəs Qarayevə verilməsini qeyd edir. Məhkəmə dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan 5 milyon manatın mənimsənilməsində iştirak edən digərlərinin də məsuliyyət məsələsinin araşdırılmasını xüsusi qərardadla həll edə bilərdi. Aydındır ki, Zakir Sultanov 5 milyon manatı təkbaşına mənimsəyə bilməzdi. Bu, sadəcə, mümkün deyil. Çünki büdcədən nazirliklərə, komitələrə ayrılan vəsaitlərə sərəncam vermək bir nəfərin səlahiyyətində deyil. Həmin məbləğlərin təyinatı üzrə xərclənməsi komanda şəklində təşkil olunur. Struktur belədir. Əgər xüsusilə külli miqdarda yeyinti, mənimsəmə varsa, deməli, büdcədən ayrılan vəsaitə əli dəyən, həmin vəsaitin təyinatdan kənar xərclənməsində iştirak etmiş hər kəs istintaqa cəlb edilməli idi. Təbii ki, vəsaitin birbaşa sərəncamvericisi olan, müəyyən istiqamət üzrə xərclənməsini imzası ilə təsdiqləyən rəhbər şəxs də sorğulanmalı, Zakir Sultanovun yanında əyləşdirilməli idi. Hətta ehtimal etsək ki, həmin xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsindən Əbülfəs Qarayevin xəbəri olmayıb, bu halda belə onun məsuliyyəti var”.

Hüquqşünas deyir ki, Azərbaycan istintaq-məhkəmə sistemində çox biabırçı bir ənənə formalaşıb: “Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyev bankdakı mənimsəmələrlə bağlı həbsə alındı. O cinayətlərin törədilməsində Cahangir Hacıyev ittiham edilirdi, həmin ittihamlar üzrə yüzlərlə bank işçisi də həbsə alınmalı, cəzalandırılmalı idi. Bunu etmədilər, 1 nömrəli şəxsi həbs etməklə kifayətləndilər. Eldar Mahmudovu da sadəcə vəzifədən çıxardılar. Rabitə Nazirliyində də belə bir proses getdi. Əli Abbasovun ətrafında olan nazirliyin vəzifəli şəxslərini həbsə atdılar, özü isə ortalıqda gəzir. Bu gün Əbülfəs Qarayevlə də bağlı eyni durumdur. Hesab edirəm ki, bu, çox pis presedentdir. Cinayət məsuliyyətinin əsas təyinatlarından biri də budur ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısı alınsın. Bu gün cəza təyini kiminsə seçimi ilə olduğu üçün potensial cinayətkarda ümid yaranır ki, mənə dəyməzlər. Uzaqbaşı mən kiminsə üzünə duraram, kənarda qalaram. Belə gedişat isə gələcək cinayətlərin baş verməsini stimullaşdırır. Büdcə vəsaitlərinin – xalqın pulunun oğurlanmasına, talanmasına yol açır”.

Əvvəlki Yazı

Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: BÜTÜN DETALLAR

Növbəti Yazı

2026-cı il büdcəsinin adı bəlli oldu – sosialyönümlü…

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.