Artıq üç gündür Şərqi Azərbaycan vilayətinin Culfa ərazisində meşə yanğıları başlayıb. Tribunainfo.az xəbər verir ki, İran tərəfi meşə yanğınlarının söndürülməsi prosesində ləng tərpəndiyindən yanğın daha geniş əraziyə yayılmağa başlayıb.
Artıq yerli ictimaiyyət də hökuməti tənqid edərək, onlardan daha ciddi addımlar atmağı tələb edirlər. Rəsmi dairələr isə Namnaq meşələri kimi tanınan bu ərazilərdə hava şəraitinin yaxşı olmamasının əsas tutaraq, lazım olan addımları ata bilmədiklərini iddia ediblər.
Bu əsnada, Azərbaycan tərəfi Culfadakı meşə yanğınlarının söndürülməsi prosesində iştirak etmək üçün İrana müraciət edib. Rəsmi Bakı bildirib ki, razılıq olarsa, yanğınsöndürmə briqadalarımız qısa müddətdə ərazidə fəaliyyətə başlaya bilər.
Lakin gələn xəbərlərə görə, İran Azərbaycanın bu təklifini qəbul etməyib. Yanğını özləri söndürəcəklərini bildiriblər.









