Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Azərbaycanlı ağsaqqallar “tarqovı”da gəzən ermənilərə nə dedilər?: “barev dzez”

Noyabr 25, 2025
A A

REDAKTORUN SEÇİMİ

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçiləri qul kimi işlədir: “Zeytun Pharma”da ÜSYAN

25 İyun 26 / 18:18
“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

“MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”

11 İyun 26 / 11:42
Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

Rusiya və İranın “qara biznes”ində Azərbaycan bağlantısı: “Zulu Shipping” və İsmayıl Qasımov

22 May 26 / 14:35
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05

Ermənistanın bir qrup qeyri-hökumət təşkilatı, ekspert və ictimai xadimdən ibarət nümayəndə heyətinin Bakıya səfəri və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüş İrəvanda geniş rezonansa səbəb olub.

Ermənistan mediası hələ də noyabrın 21–22-də baş tutan və bir çox baxımdan presedent sayıla biləcək Bakı səfərini müzakirə edir. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən bu səfər regionda yeni kommunikasiya cəhdlərinin fonunda diqqət çəkib. Ermənistandan Bakıya gələn nümayəndə heyətində İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan yer alıb. Səfərin məqsədi və Bakıdakı görüşlərin konturları qarşı tərəfin mətbuatında müxtəlif prizmalardan təqdim olunur və bu da mövzunu region gündəminin ön sırasına çıxarır.

Musavat.com xəbər verir ki, erməni qonaqlar rəsmi görüşlərdən sonra Bakının bir sıra yerlərini gəziblər və paytaxtdakı erməni kilsəsinə baş çəkiblər. Bu gəzinti çərçivəsində erməni nümayəndələr maraqlı məqamlarla qarşılaşıblar. Belə ki, Bakı sakinlərindən biri onlara yaxınlaşıb və erməni dilində suallar verib, İrəvandan olduğunu deyib. Musavat.com sözügedən məqamla bağlı gəzintidə iştirak edən 1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova ilə söhbətləşib:

586639177_25213204288307184_6850023984397536048_n.jpg (182 KB)

-Kəmalə xanım, erməni nümayəndələr Bakının hansı hissələrini gəzdilər?

-Botanika bağına getdilər, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində oldular, Qız qalasına çıxdılar. Daha sonra mərkəzi küçələri, Bakı bulvarını gəzdilər. Bakıda yerləşən erməni kilsəsinə baş çəkdilər. Onlara kilsədə saxlanılan və erməni dilində olan kitablar göstərildi. Onu da qeyd edim ki, ekskursiyanı aparan Jalə xanım xanım İrəvanda anadan olub, 80-ci illərdə Ermənistandan Azərbaycana köçüb. O, erməni nümayəndələrə onların öz dillərində məlumatlar verirdi. Jalə xanım nadir kitabları, arxiv materiallarını, tarixi eksponatları nümayiş etdirdi ki, bu da ermənilər arasında böyük maraq doğurdu.

Çox bəyəndilər şəhərimizi. Dedilər, genişdir, yaşıldır, təmizdir. Dediklərinə görə, videolarda gördüklərindən də gözəldir. Əlbəttə ki, kilsə onlara çox maraqlı oldu. Məncə, bu bütün Ermənistan cəmiyyəti üçün çox gözəl siqnal idi. Kilsə yerindədir, içində erməni dilində 5 minə yaxın kitab qorunub saxlanılır. Doğrudur, biz onlara açıq şəkildə demədik ki, siz bizim məscidlərimizi dağıtdınız, qədim yerlərimizin adını dəyişdiniz. Elə bu kilsəyə səfər ən böyük mesaj idi. Onların özü də çox təəccübləndilər.

588267650_25213204564973823_1556584130374003223_n.jpg (355 KB)

-Onlara Azərbaycan mətbəxindən nə təklif olundu? Hansı milli yeməyimizin dadına baxdılar?

– Azərbaycan mətbəxinin zəngin təamlarından daddılar. Şirniyatlarımızın dadına baxdılar.

– Gəzintilər zamanı insanlar erməni nümayəndələri tanıdımı? Yaxınlaşıb nəsə deyirdilərmi?

– Bəli, ən simvolik an şəhərin mərkəzində gəzərkən baş verdi. “Torqovu”nu (Nizami küçəsi) gəzərkən iki kişi – Bakının adi sakinləri skamyada oturmuşdular. Onlar bizim qrupumuzu görəndə görünür, bizi tanıdılar deyə gülümsədilər və onlardan biri erməni dilində “barev dzez” deyib salamlaşdı. Nümayəndə heyyəti də öz növbəsində gülümsədi, dayandılar və Boris Navasardyan erməni dilində bu ağsaqqalarla bir neçə kəlmə danışdı. Azərbaycanlı kişi bildirdi ki, İrəvanda anadan olub və orada yaşayıb. Və o anda hiss etdim ki, bir kiçik jest nəhəng divarları necə dağıda bilər. Yeri gəlmişkən, Navasardyan bundan öncə Bakıda bir neçə dəfə olub və tanınmış simadır. Ola bilsin ki, ağsaqqallar onu mediadan tanıyırmışlar.

588303920_25213203638307249_9085417968881543501_n.jpg (220 KB)

Qeyd edək ki, erməni nümayəndə heyətinin üzvü Areg Koçinyan Bakıdakı görüşün əsas məqamları barədə danışarkən bildirib ki, Hikmət Hacıyev Ermənistan cəmiyyətinə ünvanlanmış bir neçə mühüm mesajı xüsusi olaraq çatdırmalarını xahiş edib. Onun sözlərinə görə, Hacıyev ilk olaraq vurğulayıb ki, Azərbaycan üçün müharibə artıq bitib və Bakı Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmadığını hesab edir. Koçinyanın açıqlamasına görə, Azərbaycan tərəfi uzunmüddətli, hərtərəfli və davamlı sülh münasibətləri qurmaq niyyətindədir və Ermənistan ərazilərinə qarşı heç bir iddianın olmadığını açıq şəkildə bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bölgədə dayanıqlı təhlükəsizlik modelinin məhz “müharibəsiz reallıq” üzərində formalaşmasını istəyir və bu çərçivədə yeni dövrün başlanmasına hazır olduğunu ifadə edib. Koçinyan həmçinin özünün də Ermənistanda “Zəngəzur dəhlizi” terminindən istifadəni qəbuledilən sayan azsaylı ekspertlərdən biri olduğunu xatırladaraq Bakıda aparılan dialoqu real imkan kimi dəyərləndirib.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti “Sülh Körpüsü” təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib. Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova (“1news.az” saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin “Qadınlar Sülh və Əmin-amanlıq” Mərkəzinin rəhbəri) təmsil ediblər. Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Şahanə Rəhimli
Musavat.com

Əvvəlki Yazı

Sahib olduğu 22 mərtəbəli kompleksin yerini Ramiz Mehdiyevə hansı məmur hədiyyə edib?

Növbəti Yazı

Hava nə vaxtadək belə mülayim keçəcək? – AÇIQLAMA

EKSKLUZİV

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

02 İyul 2026 / 11:38
0
BMT-nin pulu sentyabr ayında qurtara bilər

BMT-nin pulu sentyabr ayında qurtara bilər

02 İyul 2026 / 11:00
1
Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

02 İyul 2026 / 10:47
1
Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

02 İyul 2026 / 10:39
1

XƏBƏR LENTİ

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

BMT-nin pulu sentyabr ayında qurtara bilər

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu məhsullar bahalaşacaq – Siyahı

Qurban Qurbanov “Qarabağ”ın iki məğlubiyyətindən danışdı

Belə paylaşımların 2000 manat cəriməsi var

Azərbaycan polisi – 108 yaşında

Prezident İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub

Buna görə Bakıdayam – Leyen

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib – FOTO

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda hansı maşınlar ucuzlaşıb?

Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Suriyada keçid parlamenti formalaşıb

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb

Bakıda NATO-nun təlim kursu keçirilir

“İdrak” liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

Sabah 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Bu gündən “BakıKart”ın qiyməti artırılır

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb

İsrailin “erməni soyqırımı” qərarına Ərdoğandan reaksiya…

Bakıdakı bazarlar bağlanacaq? – Rəsmi

Azərbaycanda bu nazir vəzifələri boşdur

Həqiqəti Azərbaycan yazır

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.