Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Qazaxda 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və payız suvarması ilə bağlı müşavirə keçirilib

Noyabr 26, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Noyabrın 25-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında Qazax rayonunda 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və payız suvarması ilə bağlı müşavirə keçirilib.

Müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Mərkəzin Bitkiçilik sektorunun müdiri Barat Vəliyev, Bitki mühafizənin rəisi Faiq Bəkirov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi İlqar Orucov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qazax Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) direktorları iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi rayon ərazisində 2026-cı ilin məhsulu üçün aparılan səpin işlərini və payız suvarması, bu sahədə görülmüş və görülməsi nəzərdə tutulan işləri müzakirə etməkdir. İcra başçısı bildirib ki, ölkə başçısının da səsləndirdiyi kimi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb. Qeyd edib ki, məqsəd ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı yürütdüyü məqsədyönlü siyasəti dəstəkləməkdir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasına rayonda kənd təsərrüfatında əldə etdiyimiz göstəricilərlə öz töhfəmizi verməkdir. Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrə olduğu kimi kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri son illər bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlər sayəsində son illər əkin sahələrində xeyli sayda artım olmuşdur. Rayon rəhbəri bildirib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər bu sahənin daim diqqət mərkəzində saxlanması, hər il rayonda olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, bu sahədə əldə edilən uğurlar öz bəhrəsini verir. Son illər rayon ərazisindəki suvarma arxlarının təmizlənməsi sahəsində görülmüş işlərdən danışan icra başçısı statistik rəqəmləri diqqətə çatdırıb. Son 9 ildə 2977,31 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparıldığını, bunun da 1532,48 km-nin texnika, 1444,83 km-nin əl əməyi ilə həyata keçirildiyini vurğulayıb.

“Hər bir dövlət məmuru bilməlidir ki, görülmüş bütün işlərin arxasında vətəndaş məmnunluğu dayanır. Çalışmalıyıq ki, bu mövsümdə də vətəndaşların suvarma ilə bağlı heç bir problemi olmasın. Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmalıyıq”, – deyən icra başçısı bugünkü müşavirənin məhz bu məqsədi daşıdığını, vətəndaşlara bununla bağlı aidiyyəti şəxslər tərəfindən məlumat verilməli olduğunu qeyd edib. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük” fikrinin hər birimizə örnək olduğunu söyləyib. İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, tərtib olunmuş növbəlilik cədvəlinə riayət edilməsinin vacibliyindən söz açıb. Bunun üçün kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov keçirilən müşavirənin əhəmiyyətindən söz açaraq rayon rəhbərliyinə razılığını ifadə edib. Mərkəz direktoru 2026-cı ilin məhsulu üçün 6800 hektarı arpa, 4700 hektarı buğda olmaqla, 11500 hektar sahədə taxıl səpininin nəzərdə tutulduğunu bildirib. Bu günə kimi 5480 hektarı arpa, 4160 hektarı buğda olmaqla, 9640 hektar sahədə səpin işlərinin aparıldığını diqqətə çatdırıb. 2026-cı ilin məhsulu üçün nəzərdə tutulan suvarılacaq taxıl sahəsinin 2754 hektar təşkil etdiyini, bunun da 1267 hektarının arpa, 1487 hektarının buğda sahəsi olduğunu qeyd edib. E.Vəkilov 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və suvarmanın mövcud vəziyyəti barədə məlumat verib, görülmüş və görülməsi nəzərdə tutulan işləri diqqətə çatdırıb.

Bitki mühafizənin rəisi Faiq Bəkirov müşavirədə çıxış edərək Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qazax rayon Mərkəzi tərəfindən 01.01.2025-ci ildən 24.11.2025-ci il tarixə qədər görülmüş işlər barəsində ətraflı məlumat verib. Qeyd edib ki, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qazax rayon Mərkəzi tərəfindən rayon ərazisində siçanabənzər gəmiricilərə qarşı 3079,05 ha sahədə müşahidələr aparılmış, 2788,91 ha sahənin sirayətləndiyi aşkar edilmişdir. Büdcə vəsaiti hesabına 2702,42 ha sahədə kimyəvi mübarizə aparılmışdır. Rayon Mərkəzi çəyirtkəkimilərə qarşı 2266,39 ha sahədə müşahidələr aparmış, 1039,39 ha sahənin sirayətləndiyi aşkar edilmişdir. Büdcə vəsaiti hesabına 1039,39 ha sahədə kimyəvi mübarizə aparılmışdır. Dənli taxıl bitkilərində 368,28 sahədə xəstəlik və zərərvericilərə qarşı müşahidələr aparılmış, 161 ha sahədə sirayətlənmə aşkarlanmışdır. Təsərrüfat subyekti hesabına 27,7 ha-da, büdcə vəsaiti hesabına isə 133,3 ha sahədə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılmışdır. 43 ha yonca sahəsində zərərvericilərə qarşı müşahidələr aparılmış, sirayətlənmə aşkar olunmamışdır. Kartof əkilmiş 85,16 ha sahədə müşahidə aparılmış, sirayətlənmə aşkar olunmamışdır. 37 ha sahədə sirayətlənmə aşkar edilmiş və 37 ha sahədə təsərrüfat subyekti hesabına kimyəvi mübarizə aparılmışdır. 218,17 ha meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı müşahidələr aparılmış, 27,8 ha sahənin sirayətləndiyi aşkar edilmişdır. 0,02 ha sahədə təsərrüfat subyekti hesabına mexaniki, 3,03 ha sahədə büdcə vəsaiti hesabına mexaniki və 24,7 ha sahədə büdcə vəsaiti hesabına kimyəvi mübarizə aparılmışdır. Meyvə bağlarında təsərrüfat subyekti hesabına 102,4 ha bağda qış mübarizəsi aparılmışdır. 40,61 ha üzüm bağında müşahidələr aparılmışdır. 19,69 ha sahədə sirayətlənmə aşkar edilmişdir. 19,69 ha sahədə təsərrüfat subyekti hesabına kimyəvi mübarizə aparılmışdır. Üzüm bağlarında təsərrüfat subyekti hesabına 14,87 ha bağda qış mübarizəsi aparılmışdır. 165,8 ha sahədə digər alaqlara qarşı müşahidələr aparılmış, 16 ha sahədə sirayətlənmə aşkar edilmişdir. 16 ha sahədə təsərrüfat subyekti hesabına kimyəvi mübarizə aparılmışdır. 3100 ton kartof yumrusu dərmanlanmışdır. Son zamanlar Gürcüstan Respublikasından ölkəmizə daxil olan qəhvəyi mərmər bağacığına qarşı qışlama yeri olaraq Qazax şəhəri və rayonun 9 kəndində cəmi 1354 nöqtədə monitorinqlər aparılmış, 132 nöqtədə 4288 ədəd yetkin fərd aşkar edilərək mexaniki yolla məhv edilmişdir. Mübarizə tədbirləri davam etdirilir. Qəhvəyi mərmər bağacığına qarşı 8 kənddə 980 ədəd feromon tələ asılmış, 170 ədəd feromon tələdə 428 ədəd yetkin fərd aşkar edilmişdir. Bundan başqa, İkinci Şıxlı kəndində 4 ədəd cəlb et, məhv et stansiyası yaradılaraq cəmi 20 ədəd feremon tələ asılmışdır. Stansiyalarda 29 ədəd yetkin fərd aşkar edilmişdir. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində cəmi 28.30 ha sahədə qəhvəyi mərmər bağacığına qarşı büdcə vəsaiti hesabına kimyəvi mübarizə aparılmışdır. Qazax “Qırmızı-Körpü” Gömrük Sərhəd keçid məntəqəsindən Respublika ərazisinə daxil olan 17824 ədəd yük maşınında qəhvəyi mərmər bağacığına qarşı dezinseksiya işləri aparılmışdır. Hazırda tədbir işləri davam etdirilir. Qazax RİH-nin və kənd İƏD-nin nümayəndələri kəndlərdə aparılan monitorinqlər zamanı kənd əhalisi və yerli fermerlər ilə görüşlərin keçirilməsində Qazax rayon Mərkəzinin əməkdaşlarına yaxından köməklik göstərirlər. Mərkəz olaraq səpin mövsümü olduğu üçün mütəmadi sahələrdə olunub, fermerlərlə və İƏD-in nümayəndələri ilə görüşlər keçirilmişdir. Siçanabənzər gəmiricilərlə bağlı hər hansı bir kənddə narahatçılıq olarsa mübarizə tədbiri olaraq sink fosfid kimyəvi dərman preparatı ilə vətəndaşlara hər cürə dəstək olmağa hazır olunduğu bildirilmişdir. Bunun üçün kifayət qədər dərman ehtiyatının olduğu diqqətə çatdırılmışdır. Kimyəvi preparatlarla işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması üçün fermələrlə görüşlər keçirir, lazimi tövsiyələr veririk. Hazırda qəhvəyi mərmər bağacığı qışlama dövründə olduğu üçün evlərdə, yarımçıq tikililərdə, ictimai iaşə obyektlərində və digər yerlərdə monitorinqlər aparırıq. Aşkarlanan fərdlər mexaniki və kimyəvi mübarizə üsulu vasitəsilə tərəfimizdən məhv edilir. İƏD-in nümayəndələri ilə birlikdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.

Əvvəlki Yazı

Elçin Babayevin Bakı Dövlət Universitetində KAHI və LİFT islahatları

Növbəti Yazı

MDB liderləri Peterburqa toplaşır – Əliyev və Paşinyan da gedəcək?

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.