Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Atalarına bəla olan məmur balaları- Nələr ediblər? + FOTOALAR

Noyabr 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24

Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır.

Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.

Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.

“AzPolitika” xəbər verir ki, “Qafqazinfo” övladları ilə gündəmə gələn, belə deyək, sınanan məmurlar və deputatlarla bağlı araşdırma aparıb.

Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Baş nazirin digər sabiq müavini Əli Həsənov da vaxtilə nəvəsinə görə mətbuatın gündəmində olub. Belə ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü, 2-sinin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.

Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə yol açan digər rəsmi isə Elman Nəsirovdur. Belə ki, deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım deyib ki, E.Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan 3-4 ev qaldığını bildirib.

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün müzakirə obyektinə çevrilmişdi. Nəticədə həmin ildəki sanitar-epidemioloji vəziyyətin qaydalarına əməl etməyən məmur qonaqlar belə cərimələnmişdi.

Sabiq müdafiə sənayesi naziri, hazırda isə Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınanan məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyatı ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Belə ki, məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.

İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. Belə ki, 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması gündəm yaratmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanılan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.

Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb.

Məlumata görə, ovaxtkı rektorun oğlunun Azərbaycandan İspaniyaya uçduğu təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqda sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.

IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.

Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. Belə ki, 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar.

Əvvəlki Yazı

ABŞ Kiyevdə əməliyyat aparır? – Zelenski Trampın hədəfindədir

Növbəti Yazı

Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

EKSKLUZİV

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

24 Fevral 2026 / 13:39
16
Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

23 Fevral 2026 / 17:43
5
“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

22 Fevral 2026 / 19:43
15
Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

22 Fevral 2026 / 8:36
1

XƏBƏR LENTİ

Tarix, diplomatiya və yaddaş: Memorial Soyqırımı Muzeyində müzakirə

Cəmil Həsənli Ramiz Mehdiyev haqqında 6 il əvvəl

“Bismillah”sız heç bir iş görməyən Faiq Balabəyli…

Ramazan və Novruz bayramları ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib

Millət vəkili Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

Prezidentin təhlükəsizliyi milli hüququn mütləq tələbidir – Vəhdət partiyasından Vaşinqton insidentinə sərt reaksiya

“Mədəniyyət və Yaradıcı Sənayelər üzrə Xüsusi Təqaüd Proqramı – Gələcək üçün tarixi fürsət”- Aisa Aslanova

DİN-nin narkortiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəsi təqdirəlayiqdir

“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib

Vəhdət Partiyasından təklif: tələbə və alimlərə gediş haqqı güzəşti edilsin

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

VHP-nin 2025-ci il üçün maliyyə hesabatı

Diplomatik fəallıq, yoxsa etibarlı tərəfdaşlıq- Partiya sədri Serbiya ilə imzalan sənədləri dəyərləndirib

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.