Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Tiflisin “gözünə batan TIR-lar”… – Sərhəddə nə baş verir?

Dekabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05

Ölkəmizdən Avropaya mal daşıyan yük maşınlarını Gürcüstan  heç bir tutarlı izahat verilmədən Tiflis və Batumi gömrük postlarından buraxılmır-“Zəngəzur yolundan istifadəni gözləyin” rişxəndi…

Gürcüstan sərhədində azərbaycanlı yük maşını sürücüləri ilə bağlı vəziyyət Azərbaycanda ictimaiyyətin diqqət mərkəzində olmaqda davam edir. Musavat.com xatırladır ki, 20 gündən çoxdur ki,  ölkəmizdən Avropaya mal daşıyan yük maşınları heç bir tutarlı izahat verilmədən Tiflis və Batumi gömrük postlarından buraxılmır. Sürücülərin sözlərinə görə,  gürcü gömrükçülərinin kobud davranışı azmış kimi Gürcüstanın  DYP müxtəlif bəhanələrlə Azərbaycan seriyalı yük maşınlarını saxlayır, hərəkətə mane olur, sürücülərə əsassız cərimələr kəsir.

918753_src.jpeg (74 KB)

Azərbaycanın bu ölkdəki səfirliyi vəziyyətə müdaxilə edərək Gürcüstanın müvafiq dövlət qurumları ilə danışıqlar aparsa da,  həftəsonu da  vəziyyət demək olar ki, dəyişməz qalıb.

Bildirilir ki,  Azərbaycan  sürücüləri üçün Gürcüstan sərhədində problemlər hələ sentyabr ayından başlayıb. Yəni hələ elə yük maşınları var ki, sentyabrdan sərhədi keçmək növbəsindədir. Sürücülərə çox vaxt onların “günahlarının” nə olduğu deyilmir, sadəcə, gözləməyi məsləhət görürlər. Gürcüstan gömrükçüləri danışmaqdan imtina edir, çox vaxt azərbaycanca və türkcə bilmirlər, azərbaycanlı sürücülərə tərcüməçi vermirlər ki, bu da birbaşa beynəlxalq razılaşmalara sayğısızlıqdır.  

Bir çox sürücü tez xarab olan mallar, məsələn, Türkiyədən sitrus meyvələri, sonra isə Azərbaycandan keçməklə Qazaxıstana nəql olunur. Gürcüstan gömrükçülərinin və yol polisinin azərbaycanlı sürücülərə xitabən “Zəngəzur yolundan istifadəni gözləyin” kimi rişxəndli ifadələr işlədirlər.(mənbə:minval.az).

Ehtimallara görə, bu süni məneələr Gürcüstanın Zəngəzur dəhlizinin işə düşməsindən sonra tranzit dövlət statusunu və güzəştli statusunu itirmək qorxusu ilə bağlıdır. Baxmayaraq ki, Gürcüstanın hökumət rəsmiləri Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının, o cümlədən TRIPP marşrutu üzrə razılaşmaların irəliləyişinə dəstəyini açıq şəkildə ifadə etsələr də, gürcü ekspertlər  fərqli mövqedədirlər.  Onlar hesab edirlər ki, dəhlizin işə düşməsi ilə həqiqətən də Gürcüstanın mövqeyini və regional nəqliyyat qovşağı kimi üstünlüklərini zəifləyəcək.  Bölgədəki nəqliyyat əlaqələri açılarsa, ilk olaraq avtomobil marşrutları fəaliyyətə başlayacaq. Dəmir yolu əlaqəsinin işə salınması isə təxminən beş-altı il çəkəcək, çünki Ermənistan hissəsi hələ də qeyri-müəyyən vəziyyətdədir. Region ölkələri bu vaxtdan logistika marşrutlarını təhlil etmək və yenidən qurmaq üçün istifadə edir. Ermənistan və Azərbaycan arasında yeni marşrutlar qaçılmaz olaraq Gürcüstandan keçən yük axınını azaldacaq – itkilər təxminən 1,5-2 milyon ton təşkil edə bilər. İtkilər Orta dəhlizin tranzit axınının 15-20%-nə bərabərdir. Gürcüstan ərazisindən hər il təxminən 18-20 milyon ton yük daşınır. Bu miqyaslı itkilər olduqca ciddidir. Gürcüstan bu gün rəqabət qabiliyyətini qorumaq üçün addımlar atmalıdır: tarif siyasətini yenidən nəzərdən keçirməli, infrastrukturu inkişaf etdirməli və yük daşıyıcıları üçün stimullar təmin etməlidir.

Maraqlıdır ki, bu yaxınlarda regiona səfər edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker TRIPP layihəsi ilə bağlı danışıqlar aparmaq üçün İrəvan və Bakıya səfər edib. Eyni zamanda, Dövlət Departamentinin baş müşaviri Conatan Askonas Tiflisə gəlib və orada  danışıqlar aparıb.  Gürcüstan tərəfinin bəyanatında bildirilir ki,  Tiflisin  “Tramp marşrutu” ilə bağlı mövqeyi, yüklərin təhlükəsiz keçidi müzakirə edilib.   

Azərbaycan bu gün Cənubi Qafqazda şəksiz liderdir. Bu, bütün sahələrdə – iqtisadiyyatda, siyasətdə və hərbi sahədə keçərlidir. Ölkəmiz Gürcüstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkədir. Azəbaycan çətin vəziyyətlərdə Tiflisə həmişə kömək edib.

Musavat.com 

Əvvəlki Yazı

Yunan;standan təhdid dolu AÇIQLAMA: “Bu ərazi raketlərlə örtüləcək”

Növbəti Yazı

Hava bu tarixdən kəskin DƏYİŞİR: yağış yağacaq

EKSKLUZİV

Hazırlıqlar davam edir

Hazırlıqlar davam edir

15 Yanvar 2026 / 12:02
51
165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

15 Yanvar 2026 / 11:11
8
AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

14 Yanvar 2026 / 20:57
5

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

14 Yanvar 2026 / 16:12
3

XƏBƏR LENTİ

Hazırlıqlar davam edir

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Qazaxda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Ruslan Məmmədov “Combat” Peşəkar Döyüş Liqasının prezidenti seçildi — FOTOLAR

Qazaxda daha iki binanın fasad, blok və həyətində abadlıq işləri aparılıb

NTV-də CANLI “Prezident və Media-2026” : üç gün ərzində 30-a yaxın müsahib

Azərbaycanın “İdman paytaxtı”nın loqosu təqdim edilib

Donald Tramp İran hadisələri ilə bağlı Kanal13-ə istinad etdi

DTX-nın Naxçıvan əməliyyatı: “Azərbaycan təhlükəsizlik məsələsində nümunə göstərməkdə davam edir”

GDU rektorunun yaxınları adamının restoranını məcburi satdırmaq istəyir – VİDEO

Vəhdət Partiyası paytaxtın üç qəsəbəsi ilə bağlı AYNA-ya müraciət etdi: 60 minə yaxın vətəndaş razı qalacaq

Astaranın deputatı balıq biznesinə girişib

Küçələr asfaltlanıb, işqılandırma sistemləri yenilənib – Qazaxdan REPORTAJ

Bakıda yeni ezoterik lojaya dair sənəd ortaya çıxıb

Yazılan əsər KEYFİYYƏT baxımından dəyərləndirilər, KƏMİYYƏT baxımından yox… 

Vəhdət Partiyasının sədri: “Prezident İlham Əliyevin hərbi siyasətə dair mövqeyi Azərbaycanın güclü dövlət modelini təsdiqləyir”

Bakıda çarəsiz 165 ailə Kəmaləddin Heydərova MÜRACİƏT etdi: “Cənab nazir, ümid Sizədir…”

İcra başçısı “Qazax İdman Paytaxtı-2026” çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı yaradılmış İşçi qrupunun üzvləri ilə görüşüb

Qatilin cəzası ağırlaşdı: Emil Ağacanov qətli amansızlıqla törədib

Milli birlikdən siyasi dialoqa: Vəhdət Partiyası ilə yekun vurur

Şəhidlərimizin xatirəsinə boks turniri keçirilib

Ramiz Mehdiyev və ətrafı özlərini unutdurmaq üçün süni gündəm yaratmağa çalışır- ŞOK!

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

Ruslan Eyyubova görə Bəylər Eyyubovun hədəf alınması məntiqsiz və qeyri-etikdir

“Ruslan Eyyubov işi”nin arxasından Ramiz Mehdiyev faktorunun çıxması mümkündür, çünki…

ELNARƏ AKİMOVANIN “MÜSAHİBƏ QƏZASI”.

Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.