Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı türkiyədə çap olunub

Dekabr 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO

27 İyul 26 / 11:15
“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

“MoveShort” piramidasının ifşası – Yeni həbslər olacaq

15 İyul 26 / 18:22

Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı, əsərləri müxtəlif dillərə tərcümə olunaraq fərqli ölkələrdə ardıcıl yayımlanan Vahid Məmmədlinin “Leyli və Məcnun” adlı yeni romanı bu günlərdə Türk oxucusu ilə görüşdü.
İlk dəfə fantastik roman olan “Atropatena Dastanı” adlı əsəriylə Türk oxucularının qarşısına çıxan Vahid Məmmədli “İz Yayımları” tərəfindən İstanbulda çap olunan bu kitabıyla Türkiyədə ən çox oxunan yazıçılar sırasına girməyi bacarmışdı.
Vahid Məmmədlinin növbəti romanı Leyli və Məcnun yenə İstanbulda Türk Ədəbiyyatı Vəqfi tərəfindən tanınmış yazıçı və tərcüməçi, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı İmdat Avşarın tərcüməsində yayımlandı və kitab artıq Türkiyənin bütün kitab mağazalarında satışa verilmişdir. Möhtəşəm dizayn ilə işıq üzü görən kitabın üz qapağında romanın məzmununə uyğun tablo isə Türkiyənin məşhur rəssamı Prof. Dr. Rauf Tuncerə aiddir.
Romanın tərcüməçisi İmdat Avşar belə qeyd edir:
– Vahid Məmmədli Azərbaycan ədəbiyyatını Azərbaycan sərhədlərindən kənarda da böyük bacarıqla təmsil edən bir yazıçıdır. Onun bənzərsiz bir məlumat yaddaşı və böyük bir xəyal gücü var. O, bu xəyal gücü və klassik mətnləri yenidən şərh etmə istedadı sayəsində əsrlərdən bəri anlatılan Şərqin klassik mətnlərini oxucunu heyrətləndirən bir qurğuyla yenidən qələmə ala bilir. Yazarın bu seçimi hər şeydən öncə cəsarət tələb edir. Çünki Vahid Məmmədli Nizaminin, Füzulinin məsnəvilərinin qəhrəmanlarını hardaysa min illik bir keçmişdən bu günə, Azərbaycana daşıyır və Şərqin bu məşhur eşq hekayəsini öz eşq fəlsəfəsinə görə yenidən şərh edir. Vahid Məmmədlinin Məcnunu klassik mətnlərdəki Məcnun deyil, cəmiyyətin qarşısına çıxan, boyun əyməyən və sevgi uğruna mücadilə edən bir qəhrəmandır… Onun bu əsəri klassik mətnin axarında hadisələrin çağdaş bir izahıdır. Bu səbəblə əsərlərini həmişə böyük diqqətlə oxuduğum, izlədiyim və tərcümə etdiyim əziz dostumun bu kitabının da Türkiyədə böyük bir maraqla qarşılanacağından heç bir şübhəm yoxdur…
Romanın ön söz müəllifi, tanınmış ədəbi tənqidçi Mətanət Vahid qeyd edir:
– Leyli və Məcnun” romanında klassik mətnə son cizgiyə kimi yaxınlaşıb, bir-birinə toxunmadan uzaqlaşan məqamlar roman müəllifinin həm Nizami, Füzuli, Dəhləvi, Cami… kimi klassiklərlə bir sırada özündən söz etdirmək, həm də “onlardan fərqli olaraq” şərhinə talibliyidir. Nəticə etibarilə, Vahid Məmmədli elə bir roman ərsəyə gətirib ki, fərqli cəhətləri ilə bağlı arqumentlərlə yeniliyindən də söz açmaq olar, məsələyə opponentlik edib yalnız klassik müstəvidən dəyərləndirmək də. Leyli və Məcnun” romanı hər cür interpretasiya və şərhlərə açıq mətndir. Burada əsərin ana xəttini təşkil edən təsəvvüf rəmzlərindən geniş danışmaq mümkündür. Filologiya elmləri doktoru Elnarə Akimova əhatəli məqaləsində vurğunu mətnin məhz bu yönünə edərək “Leyli və Məcnun”dan əsasən təsəvvüf romanı olaraq bəhs edir: “Son zamanlar bizdə artıq davamlı şəkildə oxucunu dini kontekstlərdə düşündürmək, real və mistik dünya antitezaları mifologiya ilə yanaşı, bədii təfəkkürün də qayəsini təşkil etməkdədir. “Leyli və Məcnun” əsəri də təsəvvüf simvolikası ilə zəngin əsərdir… Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu “irfan düymələrindən” istifadə edir…” Eyni müvəffəqiyyətlə romanın tarixi-coğrafi arealına fokuslanmaq, vizual aspektləri ilə diqqət çəkən mətni intermediallıq kontekstindən dəyərləndirmək, yaxud fəlsəfi-psixoloji istiqamətdən də təhlilə cəlb etmək mümkündür.

Azərbaycan ədəbiyyatını ölkədən xaricdə uğurla təmsil və təbliğ edən Vahid Məmmədlinin uğurlarının daim olmasını diləyir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Qeyd edirik ki, kitabın təqdimatı yaxın günlərdə İstanbulda keçiriləcəkdir.

Əvvəlki Yazı

FHN şefi Ramiz Mehdiyevin oğlundan “imtina etdi”: “Özünüxilas əməliyyatı”!

Növbəti Yazı

“Azərbaycanın dövlət qurluşuna, suverenliyinə yönələn hər hansı  fəaliyyətdə vəzifəli şəxslər kimi, siyasi titullu şəxslər də toxunulmaz deyil”

EKSKLUZİV

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

13 Avqust 2026 / 16:00
0
Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

13 Avqust 2026 / 15:46
1
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

13 Avqust 2026 / 15:27
0
Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

13 Avqust 2026 / 15:09
0

XƏBƏR LENTİ

Qeyri-sabit hava avqustun 17-dək davam edəcək – XƏBƏRDARLIQ

Samuxda 9 nəfərdə qarayara aşkarlandı – Rəsmi

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb

Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq

Məktəbli formalarının qiymətləri açıqlandı

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i…

Sabah 36 dərəcə isti olacaq

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Məleykə Abbaszadə abituriyentlərə çağırış edib

DYP piyadalara müraciət edib

Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başladı

Ronaldo Messiyə başsağlığı mesajı göndərdi

Müctəba Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? – SEPAH AÇIQLADI

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bu cəhdlər yolverilməzdir – Ərdoğan

Azərbaycanın xaricdəki qadın səfirləri – Onlar kimdir?

Messi atasına bu sözlərlə vida etdi

Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur – RƏQƏMLƏR

Lukaku “Fənərbağça”da – Rəsmi

Eldar Mahmudovun yaxın çevrəsi ilə bağlı “sanballı təftiş”ə ehtiyac var

Ermənistan KTMT-də səs hüququnu itirə bilər

Sabah çimərliklərdə hava şəraiti necə olacaq?

ƏDV ödəyicilərinin sayı artıb

Məişət zorakılığının ən çox qeydə alındığı RAYONLAR

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Bakıda torpaq qiymətləri bir ayda 4% artdı

Məktəb alış-verişi bu il daha baha olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.