Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Gömrükdə müsadirə olunmuş qızılları satacaqlar – 700 MİN MANATLIQ HƏRRAC BU TARIXDƏ OLACAQ

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Azərbaycanda dövlət mülkiyyətinə keçirilmiş əmlakın satışı ilə bağlı növbəti hərrac cəmiyyətdə maraq doğuracaq səviyyədədir.

Musavat.com xəbər verir ki, söhbət təsadüfi mallardan yox, müsadirə olunmuş qızıl, gümüş və digər qiymətli metallardan gedir. Üstəlik, bu metal-kolleksiyasının start qiyməti az qala yarım milyon yox, tam 711 min 96 manat 76 qəpikdir. Yəni Gömrük Komitəsinin bu dəfə satışa çıxardığı xəzinə orta statistik daşınmaz əmlakın, hətta bir neçə mənzilin dəyərindən daha bahadır.

Dövlət Gömrük Komitəsini (DGK)saytında yer alan məılumatda hərracın 19 dekabr 2025-ci il tarixində saat 15:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcəyi qeyd olunur. Hərrac Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 83, mənzil 4/3 ünvanında baş tutacaq. Bakının mərkəz ölkənin ən bahalı qızıl kolleksiyalarından biri satışa çıxarılacaq.

DGK qızıl-zinət əşyalarının mənşəyi ilə bağlı məlumatı da açıqlayıb. Qeyd olunur ki, satışa çıxarılan qiymətli metallar dövlət mülkiyyətinə keçirilmiş – yəni gömrükdə saxlanılan, bəyan edilməyən, qaçaqmalçılıq və ya digər pozuntular üzrə müsadirə olunan əmlakdır.

700 min manatlıq qızıl haradan və kimdən müsadirə edilib?

Formal cavab yoxdur, çünki qanun buna imkan vermir. Amma hərrac faktının özü onu göstərir ki, Komitəyə təqdim edilən, lakin rəsmiləşdirilməyən, yaxud ölkəyə qanunsuz yollarla keçirilməyə cəhd edilən qiymətli metal axını hələ də böyükdür.

Hərraca giriş üçün “qızıl şərtlər”

Hərracda iştirak etmək üçün hər bir namizəd:

– Əmlakın start qiymətinin 5 faizi qədər beh ödəməlidir. İndiki halda bu rəqəm 35 min 554 manat 84 qəpik edir. Üstəlik, 0,5 faiz iştirak haqqı da əlavə olunur. Bu məbləğ isə 3 min 555 manat 50 qəpikdir.

Nəticədə, hərrac zalına daxil olmaq üçün tələb olunan ilkin ödəniş təxminən 39 min manatdır. Hərrac Azərbaycan vətəndaşı olan hər kəsin üzünə açıqdır, təkcə gömrük işçilərinə qadağa var.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gömrük Komitəsinin və tabeliyindəki qurumların əməkdaşları, eləcə də onların ailə üzvləri belə hərraclarda nə birbaşa, nə də dolayı şəkildə iştirak edə bilməzlər.

Qızıllar konkret kimlərin əlinə keçəcək?

Məsələ ondadır ki, hərracda iştirak üçün tələb olunan vəsait kifayət qədər böyükdür ki, bu proses faktiki olaraq yalnız iri biznes dairələrinin maraq zonasında ola bilər. Hərrac qaydalarına görə, məlumat dərc olunan andan etibarən beh və iştirak haqqını ödəyən şəxslərə əmlakla tanış olmaq imkanı yaradılır. Yəni qızılları gözü ilə görmək belə minlərlə manatlıq ilkin ödənişdən sonra mümkündür.

700 minlik qızılın sahibi kim olacaq?

Hərracın nəticəsi indidən maraq doğurur. Digər hərraclardan fərqli olaraq bu dəfə söhbət geniş qiymətli metal kolleksiyasından gedir. Bu kolleksiya istər zərgərlər, istər investisiya şirkətləri, istərsə də qızıl alveri edən iri biznes qrupları üçün cəlbedicidir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Gerasimovun qələbə yalanları: noyabrda “ələ keçirilən” üç yaşayış məntəqəsində döyüşlər gedir

Növbəti Yazı

Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR

EKSKLUZİV

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

05 Oktyabr 2026 / 20:35
1
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 / 11:00
1
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 / 10:00
1
Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

04 Oktyabr 2026 / 9:52
6

XƏBƏR LENTİ

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.