Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Tenderlə “qaz vurub qazan dolduranlar” – Məhkəmələrin təmiri kimə tapşırılıb? + SİYAHI

Dekabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

01 Oktyabr 26 / 15:00
Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

Həbsdən çıxan Səlim Müslümovun yeni işi…

30 Sentyabr 26 / 14:05
Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

Bakıda 200 saylı məktəb-liseydə pul yığılır:5 qadın müavin-VİDEO 

26 Sentyabr 26 / 15:05
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi – Məhkəməni uddu

23 Sentyabr 26 / 13:13
Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevi hansı cəza gözləyir?

22 Sentyabr 26 / 16:00

Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.

“AzPolitika” xəbər verir ki, rəsmi məlumata görə, tenderin qalibi “Tvm İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 159 min manat təşkil edir.

Məlumat üçün qeyd edək ki, bu şirkətin adı bir müddət əvvəl Ağdamın Xıdırlı kəndində tikilən evlərlə bağlı gündəmə gəlib. Bu ilin sentyabrında yağışlar nəticəsində həmin şirkətin inşa etdiyi tikililərin və hasarların sıradan çıxdığı barədə məlumat və vidogörüntülər yayılmışdı. Şirkətin gördüyü işin keyfiyyəti ilə bağlı ciddi suallar ortaya çıxmışdı. Buna baxmayaraq, göründüyü kimi, bu faktlar şirkətin tender udmaq qabiliyyətinə təsir göstərməyib…

Qeyd edək ki, Xıdırlı kəndində fərdi yaşayış evlərinin tikintisini həyata keçirən “TVM İNŞAAT” MMC (VÖEN – 1101408601) 2023-cü ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsnin qalibi olub və ona 135 milyon 920 min 148 manat ödənilib. “TVM İNŞAAT” MMC 25 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb və Nizamnamə kapitalı cəmi 10 manatdır. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Şirkətin həmçinin qazandığı 123 milyon manatlıq sifarişin 25 milyon manatlıq hissəsi Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi (məhkəmə kompleksinə 25 milyon manat xərclənəcək – FED.az), 97 milyon manat isə Füzuli rayonunun Dövlətyarlı kəndindəki evlərin və mühəndis infrastrukturun yaradılmasına aiddir.

Bu şirkət son illərdə “tender liderləri”ndən birinə çevrilsə də, ondan daha iri və çox tender qazananlar da var. Məsələn, bir müddət əvvəl Azərbaycanda dövlət tenderlərindən ən çox gəlir götürən şirkətlərin siyahısını dərc edən “fed.az”-ın məlumatına görə, ötən il Azərbaycanda ümumilikdə minimum dəyəri 10 milyon manat olan 130 tender yekunlaşıb və bu tenderlərin ümumi həcmi 3 milyard 676,5 milyon manat təşkil edib. Ən iri dövlət sifarişləri arasında infrastruktur və tikinti sahəsinə aid işlər üstünlük təşkil edib.

Ən böyük məbləğli tender qazanan şirkətlər arasında ilk yeri “Nort Vest Konstrakşn” MMC (1001297281) tutur. Şirkət 2024-cü ildə tenderlərdə nə az, nə çox, 362 milyon manat sifariş qazanıb. Bu, 2024-cü ildə ölkə üzrə tenderlərlə bölüşdürülən məbləğin təxminən 10%-dir. Şirkətin 2024-cü ildə aldığı sifarişlərin 300 milyon manatdan artıq hissəsi Yuxarı Şirvan kanalının yenidən qurulmasına aiddir. Qalan 50 milyon manat isə işğaldan azad edilmiş Ağdamda kanalizasiya və yağış sistemlərinin qurulmasına aiddir.

Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC 27 dekabr 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, qanuni təmsilçisi Bədəlov Elşən Tofiq oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Dövlət sifarişlərinin məbləğinə görə 2-ci yeri “Körpü-Bina-Tikinti” MMC tutur – 159,1 milyon manat. Azərbaycanda məşhur olan bu tikinti şirkəti il ərzində təxminən 100 milyon dollara çatan bu sifarişləri kirayə üsulla satılan mənzillər, Xocalıda rabitə infrastrukturu və qüllələrin tikintisi, eləcə də su kanalının yenidən qurulması üzrə alıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 300 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.1, qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Tenderlərin sayına görə isə ilk yerdə “Avromed Company” QSC (VÖEN: 1500166751) qərarlaşıb. Şirkət 5 tender üzrə qalib olub və ümumi dəyəri 151,5 milyon manatlıq müqavilələr imzalayıb. Tenderlər əsasən dərman preparatları, tibbi avadanlıqlar və müxtəlif dövlət proqramlarının icrası üçün nəzərdə tutulmuş tibbi vasitələrin alınması ilə bağlıdır.

Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.

İri sifariş alanlardan “Elit-S” MMC (1600024541) Şirvan kanalı üzrə 119 milyon manat, “Uni Ko” MMC (1001142901) isə Füzuli və Ağdam rayonlarında Mərkəzi Xəstəxanaların tiknitisi üzrə ümumilikdəı 89 milyon manatlıq sifariş alıb.

Nəhayət, növbəti dərman şirkəti «Azəri-Med» Qsc (1500072561) 2024—cü ildə daimi sifarişçisi olan Milli Onkologiya Mərkəzi və Gömrük Hospitalından ümumilikdə 67 milyon manatlıq dərman sifarişi alıb.

2024-cü ildə sayca daha çox tender qazanan şirkətlərdən biri də “Rabitəinşaat” ASC olub (VÖEN: 1500090621). Bu şirkət də 5 tenderdə qalib gələrək 57,4 milyon manatlıq sifariş əldə edib. Tenderlər arasında Cəbrayıl, Ağdam və Laçında fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi işləri yer alır.

“Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Siyahıda növbəti yeri 7 şirkət öz aralarında bölüşür. Belə ki, həmin şirkətlərin hər biri 3 tenderin qalibi seçilib.

Üç tender udan şirkətlər bunlardır: “Azəraqrartikinti” ASC (51,5 milyon manat), “Minera” MMC (46,4 milyon manat), “Zeytun Pharmaceuticals” MMC (40,4 milyon manat), “Zn Trade” MMC (35,2 milyon manat) və “Azəri-Med” QSC (67,0 milyon manat).

C.Məmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Bu şəxslərə birdəfəlik haqq ödəniləcək

Növbəti Yazı

AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstan AÇIQLAMA YAYDI

EKSKLUZİV

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

05 Oktyabr 2026 / 20:35
1
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

05 Oktyabr 2026 / 11:00
1
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 / 10:00
1
Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

04 Oktyabr 2026 / 9:52
6

XƏBƏR LENTİ

Qazax rayon icra başçısı polkovnik Nemət Pənahovun dəfn mərasimində iştirak edərək ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Qazaxda Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu

Azərbaycan Prezidenti: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Vasif Talıbov YAP-dan çıxarılır

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı regional və qlobal təhlükəsizliyə töhfədir”

Ermənistan İrana sanksiyalara qoşulur – Paşinyan

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Paşinyan: katolikosun getməsi üçün hər şey edəcəyik

Ramiz Mehdiyev növbəti məhkəməyə məcburi gətirilə bilər

Sabah Bakıya yağış yağacaq

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bu tarixdən yollarda nəzarət güclənəcək

Bağçada işləmək istəyənlərə şad xəbər

Oktyabrda 9 gün iş olmayacaq – Tarixlər

Səlim Müslümovla bağlı yeni xəbər – O, müəllim deyilmiş – EKSKLÜZİV

Kreditlə bağlı yeni məhdudiyyət qüvvəyə mindi

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycandakı ahılların SAYI

Oktyabrın dörd günü meteor yağışı olacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy   Yan »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.